Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 165 material.

Dayaq-hərəkət sistemi xəstəlikləri

Aseptik meningit

Aseptik meningit (ing. Aseptic meningitis) — beyin və onurğa beynini əhatə edən membranın serebrospinal maye testinin nəticəsi mənfi olan xəstələrdə beyin qişasının iltihabı. Aseptik meningitə viruslar, mikobakteriyalar, spiroketlər, göbələklər, dərmanlar və bədxassəli xəstəliklər səbəb olur. Həm meningit, həm də aseptik meningit üçün testlər əsasən eynidir. Bel ponksiyonu vasitəsilə serebrospinal maye nümunəsi götürülür və infeksiyanın olub olmadığını müəyyən etmək üçün leykositlərin hüceyrələrinin sayı üçün yoxlanılır və faktiki səbəbi görmək üçün əlavə testlər götürülür.

Ətraflı oxu →
Tənəffüs sistemi xəstəlikləri

Aspergilloz

Aspergilloz — Aspergillus cinsinə aid göbələklərin törətdiyi geniş spektrli xəstəlikləri əhatə edən anlayışdır. Ən çox rast gəlinən formalar allergik bronxopulmonar aspergilloz, aspergilloma (invaziv olmayan aspergilloz) və ağciyərlərin invaziv aspergillozudur. İnsanların əksəriyyəti gündəlik həyatda aspergilloz sporları ilə nəfəs alır. Lakin, immun sistemi zəifləmiş şəxslərdə (xəstəlik nəticəsində və ya immunosupressiv müalicə fonunda) bu xəstəlik inkişaf edir. Nəticədə kəskin leykoz və hematopoetik hüceyrə transplantasiyası meydana gəlir ki, bu da ölümlə nəticələnir. Ən çox rast gəlinən y...

Ətraflı oxu →
XBT-10: L20Dəri xəstəlikləri

Atopik dermatit

Atopik dermatit (ekzema) xroniki qaşınan dəri iltihabıdır. Uşaqlarda tez rast gəlinir; dəri bariyerinin qorunması müalicənin əsasını təşkil edir.

Ətraflı oxu →
Qadın xəstəlikləri və ginekologiya

Atopik ekzema

Atopik ekzema və ya atopik dermatit xəstəliyi — dərinin qaşıntılı qızartılı xroniki allergik mənşəli patologiyasıdır. Qaşıntılı qızartılar bədənin istənilən yerində yarana bilər. Lakin, əsasən yanaqlarda, bükənəklərdə, əl və ayaqda yaranır. Gecələr qaşıntı kəskinləşir. Atopik ekzema xəstəliyi erkən uşaqlıq vaxtlarından başlayır.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Autoimmunitet

Autoimmunitet orqanizmin öz sağlam hüceyrələrinə və toxumalarına qarşı immun reaksiyaları sistemidir. Bu cür anormal immun reaksiya nəticəsində yaranan hər hansı bir xəstəliyə "autoimmun xəstəlik" deyilir. Autoimmun xəstəliklərin simptomları, ilk növbədə, xəstəliyin spesifik növündən və təsir etdiyi bədənin hissəsindən asılı olaraq geniş şəkildə fərqlənə bilər. Simptomlar müxtəlifdir və mülayimdən şiddətə qədər dəyişən keçici ola bilər və adətən bədən hərarətində cüzi artım, yorğunluq və ümumiyyətlə özünü pis hiss etmək halları olur. Bununla belə, bəzi autoimmun xəstəliklər oynaq ağrısı, də...

Ətraflı oxu →
Dəri xəstəlikləri

Ayaq göbələyi

Ayaq göbələyi (lat. Tinea pedis) – yoluxucu xəstəlik olub, ayaq barmaqlarının arasında əmələ gəlir. İlk zamanlar solğun ağ və sarı ləkələr kimi yaranır sonra isə xoşagəlməz və ağrılı bir problemə çevrilir. Ayaq göbələyinə adətən tez-tez tərləyən ayaqlarda daha çox rast gəlinir. Bədənin dərisindən asılı olaraq bu infeksiyanın müalicəsi bəzən asan bəzən isə həddindən artıq çətin ola bilər.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Bakterial xəstəliklər

Bakterial xəstəliklər — bakterial xəstəliklərin sayı çoxdur: angina, faringit, meningit (faringiti virus, miningiti isə virus və birhüceyrəlilər də törədə bilir), skarlatina, tetanus, taun, vəba, sibir xorası, difteriya, vərəm, qarın yatalağı və s. Bakterial infeksiyalardan yaranan xəstəliklərin inkişafı zamanı bakteriyalar orqanizmdə iltihab reaksiyası doğuran və intoksikasiyaya (zəhərlənməyə) səbəb olan zəhər (toksinlər) ifraz edir, bununla da müxtəlif orqanları zədələyir. Toksinlər iki cür olur: Endotoksinlər Ekzotoksinlər Endotoksinlər bakteriya hüceyrələrinin məhv olmasından və dağılma...

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Blau sindromu

Blau sindromu — nadir rast gəlinən genetik avtoinflamatuar xəstəlik. Bu sindrom əsasən dəri, oynaq və gözlərdə iltihablarla müşayiət olunur. Erkən başlayan sarkoidoz bənzər simptomlarla xarakterizə olunduğu üçün bəzi mənbələrdə bu adla da tanınır.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Bromizm

Bromizm — brom və ya bromid birləşmələrinin həddindən artıq istifadəsi və ya məruz qalması nəticəsində yaranan bir zəhərlənmə vəziyyəti. Bu vəziyyət, əsasən, bromid dərmanlarının uzun müddətli istifadəsindən və ya bromla zəhərlənmiş məhsullara təmasdan yarana bilər. Bromizm, mərkəzi sinir sistemini, dəri və mədə-bağırsaq sistemini təsir edə bilən ciddi simptomlarla müşahidə olunur.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Çapıqlı alopesiya

Çapıqlı alopesiya (ing. Scarring alopecia) çapıqların əmələ gəlməsi ilə müşayiət olunan alopesiyanın bir növüdür. Çapıqsız alopesiyadan öz xüsusiyyətlərinə görə kəskin fərqlənir. Saç tökülməsinə müxtəlif xəstəliklər səbəb olur. Bu zaman saç follikulları məhv olur və onların yerlərində çapıq toxumaları formalaşır. Xəstəlik özünü müxtəlif şəkillərdə göstərir. Belə ki, bəzi hallarda saç tökülməsi heç bir simptom olmadan baş verir və ona görə də insan buna çox diqqət yetirmir. Xəstəliyin şiddətli simptomlarla özünü göstərdiyi hallar da mövcuddur. Bu simptomlar şiddətli qaşınma, yanma, ağrı ilə...

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Çəhrayı dəmrov

Çəhrayı dəmrov (lat. Pityriasis rosea) ləkəli səpgilərlə xarakterizə olunan az yoluxucu və allergik bir dəri xəstəliyidir. Xəstəliyin orta müddəti 4 həftədən 6 həftəyə qədərdir, nadir hallarda isə altı aya qədər uzana bilər. Bu infeksiyanın yoluxucu olduğuna dair fikir var, amma bu fikrin doğruluğu nisbidir və ya səhvdir. 10-55 yaş arası insanlar əsasən bu xəstəlikdən təsirlənirlər; xəstəliyin yaranmasına səbəb soyuqdəymə və immunitetin zəifləməsidir.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Dermatit

Dermatit (yun. δέρμα, δέρματος — dəri + lat. itis — keçmək, dönmək) — dərinin üzərinə xarici fiziki və ya kimyəvi faktorun birbaşa təsir etdiyi yerdə əmələ gələn iltihab. Bəzən bu termin daha geniş mənada dərinin hər hansı iltihabının adı kimi istifadə olunur (məs. atopik dermatit). Tibbdə çaşqınlığı azaltmaq üçün "kontakt dermatit" termini qəbul edilir. Digər səbəblərdən yaranan dəri zədələri toksikermiya adlanır.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Dermatomiozit

Dermatomiozit – dəri və əzələlərin sistem və iltihabı xəstəliyi.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Dermatoz

Dermatoz — (yun. δέρμα - dəri) müxtəlif dəri xəstəlikləri. Dermatoz həm anadangəlmə, həm də qazanılmış ola bilər. İnsan dəri sistemi dermatozlar kimi tanınan xəstəliklərin geniş spektri, eləcə də bir çox qeyri-patoloji vəziyyətlərə (məs. müəyyən şərtlərdə melanonikiya) malikdir.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Dəri xərçəngi

Dəri xərçəngi (ing. Skin cancer) — dəri xəstəliklərindən biri. Dəri hüceyrələrinin anormal böyüməsi olan dəri xərçəngi ən çox günəşə məruz qalan dəridə meydana gəlir. Ancaq, xərçəngin bu həddən artıq çox görülən növü normal şəraitdə günəş şüasına məruz qalmayan dəri nahiyələrində də meydana gələ bilməkdədir. Dəri xərçənginin bazal hüceyrəli karsinoma, skuamoz hüceyrəli karsinoma və melanoma olmaq üzrə üç əsas növü mövcuddur. Ultrabənövşəyi şüalara (UV-infra qırmızı) məruz qalmağı məhdudlaşdıraraq və ya məruz qalmaqdan imtina edərək dəri xərçəngi riskini azalda bilərsiniz. Dərinizin şübhəli...

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Diatez

Diatez (yun. diáthesis) — insan orqanizmində, daha çox uşaqlıq vaxtında irsi olaraq əmələ gəlmiş pataloji reaksiya və ya xəstəlik. Azyaşlı uşaqlarda allergiya ilkin olaraq özünü diatez şəklində büruzə verir. İlk öncə uşağın üzünün dərisində qızartı və şişkinlik əmələ gəlir, dəri qabıq verir. Bir çox valideynlər bu əlamətlərin meydana gəlməsinə çox diqqətsiz yanaşır, onların gələcəkdə baş verə biləcək ağır xəstəliklərin əvvəli ola biləcəyindən heç şübhələnmirlər də.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Difteriya

Difteriya — corynebacterium diphteriae adlı mikroorqanizmin boğaz, burun, göz və dəridə olan məsamələrə düşməsi nəticəsində yaranan yoluxucu xəstəlik.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Dishidroz

Dishidroz və ya pomfoliks (q.yun. δυσ-" – tərləmə, "osis" – proses, yəni " tərləmə prosesi") — əsasən əllərin və ayaqların dərisini zədələyən, simptomları ekzemanı xatırladan və dəridaxili şəffaf qabarcıqların yaranması ilə müşayiət olunan dəri xəstəliyidir. Əvvəllər bu xəstəliyin tər vəzilərinin axarlarının tutulması ilə əlaqəli olduğu düşünülürdü. Sinonimləri: su xəstəliyi, dishidrotik ekzema, pomfoliks, disgidrotik dermatit.

Ətraflı oxu →