Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 165 material.

Dəri xəstəlikləri

Papula

Papula – lat. pimple sözüdür. Dəri səviyyəsindən yuxarı qalxan, 1 sm-dən kiçik, epidermis və ya dermanın səthi qatını zədələyən boşluğu olmayan sıx konsistensiyalı düyüncükdür. İltihabi (çərhayı və ya qırmızı rəngli, təzyiq etdikdə bir müddət solğun olur) və qeyri-iltihabi olur.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Parazitar xəstəliklər

Parazitar xəstəliklər — parazitlərin (protozoylar, helmintlər və buğumayaqlılar) yaratdığı xəstəliklər qrupu. Bu xəstəlikdə parazit insan orqanizminə zərər verir və ya onun hesabına yaşayır. Onlar yoluxucu xəstəliklərin tərkib hissəsidir. Parazitar xəstəliklər yoluxucu xəstəliklərin bir hissəsi olsa da, adətən bir-birindən ayrılırlar və yoluxucu xəstəliklər birhüceyrəli orqanizmlərin (viruslar, bakteriya, göbələklər, ibtidailər) törətdiyi xəstəliklər hesab olunur. Bir sözlə viruslar maddə quruluşunun qeyri-hüceyrəvi formasına aiddir. Parazitar xəstəliklərin törədiciləri - çoxhüceyrəli heyva...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Paresteziya

Paresteziya — dəridə hiss edilən və açıq-aydın uzunmüddətli təsiri olmayan sızıltı, qaşınma, uyuşma, sancma və ya yanma hissidir. Narahat ayaqlar kimi sindromlar zamanı sızıltı, uyuşma, yanma, qaşınma və ağrı kimi hisslər eyni vaxtda baş verə bilər. Bu söz yunan dilində olan para ("anormal") və aistesia ("hiss") sözlərinin birləşməsindən əmələ gəlmişdir. Dəridə olan hissləri onurğa beyni vasitəsilə ötürən periferik həssas sinirlərdə və ya trigeminal sinir yollarındakı hər hansısa bir pozğunluq paresteziyanın yaranmasına səbəb ola bilər.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Patau sindromu

Patau sindromu və ya Trisomiya 13 xromosom anamaliyasıdır. Trisomiya 13 sindromunda hüceyrələrdə 13-cü xromosom cütündə 2 xromosom yerinə 3 xromosom olur. 13-cü xromosom aşağıdakı xüsusiyyətlərə görə fərqlənir. Bu xüsusiyyətlərin birləşməsi Trisom 13 sindromuna tutulmuş uşaqlarda müəyyən problemlərə yol açır. Hərtərəfli əqli yubanma Qeyri-adi kiçik gözlər İnkişaf gecikməsi Dovşan dodaqlılıq - yuxarı dodaqda qeyri-adi yarıq Damaqda yarıq Əlavə əl vəya ayaq barmaqlarının olması 13-cü xromosom uşağın normal inkişafını pozur, yəni uşağın ürəyində, böyrəyində deffektlər əmələ gəlir. Ayrılmamaqla...

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Paxidermoperiostoz

Paxidermoperiostoz, Tureyn-Solent-Qol sindromu – birincili hipertrofik osteo-artropatiya olub, irsidir, ən çox kişilərdə, əl barmaqlarının qalınlaşması, təbil çubuqları, dərinin hipertrofiyası (paxiderma), kobud çizgili sifət, seboreya, hiperhidroz, periostit

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Pellaqra

Pellaqra — nikotin turşusu (bir B qrupu vitamini) və pridoksin (B6 vitamini) çatışmazlığından irəli gələrək dərinin işığın təsirinə məruz qalan yerlərində qızardığı müşahidə edilir. Həmin qızarmış yerlərdə dərinin ən üst təbəqəsi tökülür. Xəstələnmiş şəxsdə ishal da olur.. B3 vitamini ilə kifayət qədər qidalanmadıqda sinir sisteminə təsir edən pellaqra adlı xəstəlik üzə çıxır. Hüceyrələrin oksigendən istifadə edə bilməsi üçün lazımdır. Mədədə həzmin əsasını təşkil edən turşuların əmələ gəlməsini təmin edir.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Pemfiqus

Pemfiqus xəstəliyi və ya elmi adı pemphigus dərinin iltihabi avtoimmun xroniki xəstəliyi. Dəridə, selikli qişalarda, konyuktivada su toplayan yaralar şəklində özünü göstərir. Ciddi qidalanma pozuntusu yaradır. İmmunosupressiv dərmanlar icadına qədər bu xəstələrin 90%-i qidalana bilmədiyi üçün itirilirdi. Lakin immunosupressiv müalicə üsulları ortaya çıxdıqdan sonra bu rəqəm 10%-ə qədər enmişdir.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Pilonidal xəstəlik

Pilonidal xəstəlik — adətən ombanın yanları arasında və tez-tez yuxarı ucunda bir kist şəklində meydana gələn bir dəri infeksiyası növüdür.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Podaqra

Podaqra (q.yun. ποδάγρα; rus. Подагра) — əsasən ayaqda əmələ gələn metobolik xəstəlik. Əvvəllər bu xəstəlik yalnız yüksək təbəqəli insanlarda təsadüf edilirdi. Bunun səbəbi həddən artıq qida və spirtli içkilərin qəbulu idi. Sadə insanlarda bu xəstəliyə rast gəlinmirdi. Məhz bu səbəbdən podaqranı "krallar xəstəliyi" adlandırırdılar. Podaqra oynaqların xroniki iltihabi xəstəliyidir. Podaqra zamanı oynaqlarda urat duzları yığılır. Adi insanlar adətən bu xəstəliyi məhz "duzlar" adlandırırlar. Bu kifayət qədər yayılmış xəstəlikdir. Kişilərdə qadınlarla müqayisədə bu xəstəliyə daha tez-tez rast g...

Ətraflı oxu →
Endokrin xəstəliklər

Prader-Villi sindromu

Prader-Villi sindromu — 15-ci xromosomdakı bəzi genlərin funksiyasını itirməsindən yaranan genetik bir xəstəlik. Yeni doğulmuş uşaqlarda simptomlara əzələ zəifliyi, zəif qidalanma və yavaş inkişaf daxildir. Uşaqlıqdan bu xəstəliyə tutulmuş insanlar daimi bir aclıq yaşayırlar, bu da tez-tez piylənməyə və tip 2 diabetə səbəb olur. Bu xəstəliyə malik olan insanlarda yüngül və orta dərəcədə zəka qüsurları və davranış problemləri də geniş yayılmışdır. Çox vaxt bu xəstəliyə məruz qalmış insanlar dar bir alına, kiçik qollara və ayaqlara, qısa boya və açıq dəri və saç rənginə malik olurlar. Onların...

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Psoriatik artrit

Psoriatik artrit – daha çox qızlarda olur və ön üveit aşkar edilir. Artrit psoriazla olmalı, ya artrit göstərilən əlamətlərdən 2 və daha çoxu olmalıdır: daktilit; dırnaqların patoloji dəyişikliyi; ailə anamnezində təsdiqlənmiş psoriaz

Ətraflı oxu →
XBT-10: L40Dəri xəstəlikləri

Psoriaz

Psoriaz xəstəliyi— əsasən dərinin zədələnməsiylə müşahidə olunan mürəkkəb xronik qeyri-infeksion xəstəlikdir.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Pullu dəmrov

Pullu dəmrov və ya psoriaz dərinin xroniki, autoimmun, qaşıntılı, qızartılı və qabıqlı səpkiləriylə özünü göstərən yoluxucu olmayan xəstəliyidir.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Qarayara

Qarayara və ya Sibir yarası (yun. anthrax - kömür) — kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlik. Xəstəlik lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Qızıl yel xəstəliyi

Qızıl yel xəstəliyi — dərinin kəskin infeksion iltihabi xəstəliyi. Əsasən aşağı ətraflarda qızartılı və ağrılı şişmə ilə özünü göstərir. Müdaxilə edilmədiyi təqdirdə proqressiv seyir göstərərək həyati təhlükəli fəsadlar verir.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Qotur

Qotur, qoturluq (lat. scabies) — qoturluq gənəsi Sarcoptes scabiei vasitəsilə yoluxulan dəri xəstəliyi. Davamlı birbaşa təmasda olduqda insandan insana keçir.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Radiasiya xəstəliyi

Radiasiya xəstəliyi canlı orqanizimdə (məsələn, insanda) müxtəlif növ ionlaşdırıcı şüalara məruz qalma nəticəsində yaranan və zərərli şüalanmanın növündən, onun dozasından, şüa mənbəyinin yerindən, dozanın paylanma vaxtından asılı olaraq bir sıra simptomlarla xarakterizə olunan xəstəlikdir. Radiasiya xəstəliyinin ağır fəsadı immun çatışmazlığıdır ki, bunun nəticəsində infeksiyalar qanyaradıcı orqanların işində pozuntular əmələ gətirir və daxili orqanların fəaliyyətini pozaraq çoxlu orqan çatışmazlığına səbəb olur. Radiasiya xəstəliyini ionlaşdırıcı şüalanmanın yaratdığı yerli radiasiya xəsa...

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Reaktiv artrit

Reaktiv artrit – aseptik iltihabi artrit; 1– 4 həftə əvvəl urogenital və qastrointestinal infeksiya olur; konkret infeksiya ilə əlaqə var, amma oynaq boşluğunda infeksion amil aşkar edilmir. Əsasən 20–40 yaşda olur, urogenital forma daha çox kişilərdə olur. Artrit adətən asimmetrik, oliqoartritik olub, çox vaxtı aşağı ətrafların iri oynaqları zədələnir. Dəyirmi balanit və blennorragik keratodermiya çox xarakterikdir. HLA-B27 pozitivliyində oynaqdan kənar əlamətlər (dəri, göz, entezit) olur. Proqnoz əlverişlidir, ancaq 10–20% xroniki gediş, immunosupressiv müalicəyə ehtiyac olur.

Ətraflı oxu →