Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 63 material.

Qadın xəstəlikləri və ginekologiya

Dismenoreya

Dismenoreya — menstruasiya (aybaşı) zamanı ortaya çıxan simptomlar. "Ağrılı aybaşı'" da adlanır. Birincili və ikincili dismenoreya ayırd edilir. Aybaşı ağrıları ginekoloji diaqnostika üçün böyük önəm kəsb edir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Doğuş zamanı temperatur

Doğuş zamanı temperatur (doğuş zamanı infeksiya, Puerperalfieber, MKB 10. Klass XV O85 Doğum sonrası sepsis) — doğuş zamanı yoluxucu infeksiyanın yaratdığı xəstəliklərin kollektiv adı. Bu tip xəstəliklərin təsvirinə Hippokratda artıq rast gəlinir. Xəstəlik XVII əsrdə ilk doğum xəstəxanasının qurulmasından bəri epidemiyaya çevrilmişdir. Epidemiya XVIII və XIX əsrlərdə, doğum evlərində şagirdlərə mamalıq öyrənməyə icazə verməyə başladıqda daha da gücləndi. Xəstəliyin səbəbi 1847-ci ildə antiseptiklərin istifadəsinə ehtiyac olduğuna işarə edən İqnats Zemmelveys tərəfindən aşkar edildi - kəşfi...

Ətraflı oxu →
Qadın xəstəlikləri və ginekologiya

Dölün inkişafının ləngiməsi

Dölün inkişafının ləngiməsi (uşaqlıqdaxili inkişafın ləngiməsi, intrauterin inkişafın ləngiməsi, dölün inkişafının ləngiməsi sindromu, fetal hipotrofiya kimi adları ilə də tanınır) dölün ölçüsünün hamiləliyin müəyyən mərhələsində gözləniləndən aşağı olması halıdır. Dölün böyüməsinin ləngiməsi diaqnozunun qoyulması üçün ən çox yayılmış üsul, hamiləliyin müəyyən müddətində olan döl ölçüsünün yeni doğulmuş uşaq ölçüsünə nisbətən hesablanmasıdır. Bu xəstəliyin rast gəlinmə tezliyi 5,0-17,6% arasında dəyişir.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Dubin-Conson sindromu

Dubin-Conson sindromu — genetik patologiya olub ilk dəfə bir-birindən müstəgil olaraq Dubun və Conson tərəfindən 1954-cü ildə təsvir edilmişdir. Dubin-Conson sindromu ömürlük yüngül sarılıqla müşayiət olunan və çox az rast gəlinən qaraciyər patologiyasıdır. Bu xəstəlik zamanı natamam bilirubin mübadiləsi qeyd olunur və xəstənin qanında davamlı hiperbilirubinemiya müəyyən edilir. Yəni bu zaman qanda bilirubin normadan yüksək olur və beləliklə də dəri və selikli qişalarda toplanaraq sarılıq yaradır. Adətən qanda ümumi bilirubinin miqdarı 34–85 mkmol/l olur (Norma: <17 mkmol/l). Bəzən qanda üm...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Dueyn sindromu

Dueyn sindromu — göz hərəkətlərini idarə edən sinirlərin anormal inkişafı nəticəsində meydana gələn göz hərəkəti pozuntusu. Bu sindrom əsasən gözün yan tərəfə hərəkət etməsində çətinlik, göz qapaqlarının daralması və bəzən gözün geri çəkilməsi ilə xarakterizə olunur. Dueyn sindromu adətən uşaqlıqda müşahidə edilir və çox vaxt yalnız bir göz təsirlənir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Eklampsiya

Eklampsiya — ağır preeklampsiya və eklampsiya, az hallarda rast gəlinsə də, hamiləliyin çox ciddi fəsadı hesab olunur. Eklampsiyadan ölüm halları 1,8%, eklampsiyanın başqa ağırlaşmaları 35% təşkil edir. Ağır preeklampsiya hamilə qadınların ölümünə səbəb olan xəstəliklər sırasında qanaxma və emboliyalarla birlikdə ilk 3 yeri bölüşdürür. Preeklampsiya kəskin böyrək çatışmazlığı, serebrovaskulyar və kardiovaskulyar ağırlaşmalar, DDL sindrom ilə təzahür edir, bununla da ana ölümü riskinin artmasına səbəb olur. Eklampsiya preeklampsiyanın ağırlaşmasıdır; Hamiləliyin 3-cü trimestrində və doğuşdan...

Ətraflı oxu →
XBT-10: N80Qadın xəstəlikləri və ginekologiya

Endometrioz

Endometrioz — endometrium (uşaqlığın daxili təbəqəsi) kimi hüceyrələrin bu təbəqədən kənarda böyüyüb çoxalan geniş yayılmış ginekoloji xəstəlik. Əksər hallarda, reproduktiv yaşda olan qadınlarda inkişaf edir, lakin hərdən bu xəstəliyin halları qızlarda (hətta ilk menstruasiya başlamazdan əvvəl) və yaşlı qadınlarda, menopozdan və menstruasiya dayandırıldıqdan sonra baş verir. Bu toxumada, aylıq qanaxma ilə özünü göstərən normal endometriumda olduğu kimi eyni dəyişikliklər baş verir. Bu kiçik qanaxmalar ətrafdakı toxumalarda iltihaba səbəb olur və xəstəliyin əsas təzahürlərinə səbəb olur: ağr...

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Gigantizm

Gigantizm (yun. γίγας) — həddindən artıq böyümə və orta göstəricidən xeyli yüksək boya sahib olma ilə xarakterizə olunan bir vəziyyətdir. İnsanlarda bu vəziyyət uşaqlıq dövründə böyümə hormonlarının həddindən artıq istehsalı nəticəsində yaranır. Nadir rast gəlinən bir pozğunluqdur və böyümə lövhələrinin (ing. growth plate) bağlanmasından əvvəl baş verən yüksək böyümə hormonu səviyyələri nəticəsində ortaya çıxır. Bu hormon artımı adətən hipofiz vəzindəki anormal şişlərin (adenomaların) böyüməsi səbəbindən baş verir. Gigantizmi akromeqaliya ilə qarışdırmaq olmaz. Akromeqaliya eyni pozğunluğun...

Ətraflı oxu →
Qadın xəstəlikləri və ginekologiya

Ginekomastiya

Ginekomastiya (yun. γῠνή - qadın və μαστός - döş) — kişilərdə vəzilərin və yağ toxumalarının hipertrofiyası ilə süd vəzilərinin böyüməsi . Yetkinlik dövründə süd vəzilərinin ağrılı sıxlaşması tez-tez baş verir (xüsusilə qalın paltarla fiziki təmasda olanda və s.), sonradan bu öz-özünə yox olur. Sinənin böyüməsinin ölçüsü 1 ilə 10 sm arasında dəyişə bilər. Orta ölçüsü təxminən 4 sm-dir. Çox vaxt gjinekomastiya kişi idmançılarda gərginliyin kəskin düşməsi, eləcə də daimi psixoloji gərginlik nəticəsində baş verir. Aktiv idman həyatı zamanı qadın və kişi hormonlarının potensial balansı testoste...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

HELLP sindromu

HELLP sindromu hamiləliyin ilk III ayında (35> həftəsində) nadir hallarda rast gəlinən fəsadlaşma olub, ürəkbulanma, qusma, sağ qabırğaaltı nahiyyədə olan ağrılar, ödem, baş ağrıları ilə xarakterizə olunur. Sindrom ilk dəfə 1954-cü ildə amerikan ginekoloqu Cak A. Pritçard tərəfindən təhlil edilmişdir. Pritçard sindromu üç xarakterik əlamətinin ingiliscə baş hərfləri ilə adlandırır: H — ing. Hemolysis — hemoliz EL — ing. Elevated Liver enzymes — qaraciyər fermentlərinin aktivliyinin artması LP — ing. Lоw Platelet соunt — trombositopeniya (trombosit sayının azalması) HELLP sindromunda ana let...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Hepatit E

Hepatit E — (HEV) bir virusun yaratdığı qaraciyər xəstəliyi. Hepatit E virusu oral yolla, əsasən çirklənmiş su vasitəsilə ötürülür. Xəstəliyin ağır gedişi demək olar ki, yalnız hamilə qadınlarda müşahidə olunur. Hamiləliyin üçüncü trimestrində xəstəlik ən təhlükəlidir və bu dövrdə ölüm 25% -ə qədər çata bilər.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Hurler sindromu

Hurler sindromu — Hurler xəstəliyi və əvvəllər qorqulizm adlanan mukopolisakkaridoz tip IH (MPS-IH) olaraq da bilinən Hurler sindromu, lizosomlarda qlikozaminoglikanlar (GAG) adlanan böyük şəkər molekullarının yığılması ilə nəticələnən genetik bir xəstəlikdir. Bu molekulların parçalanmaması, sinir sistemi, skelet sistemi, gözlər və ürək daxil olmaqla bunlarla məhdudlaşmayan müxtəlif orqan sistemlərinin zədələnməsinə səbəb olan geniş bir sıra simptomlarla nəticələnir. Əsas mexanizm, QAQ-larin dağılmasından məsul olan bir ferment alfa-L iduronidaz çatışmazlığıdır. Bu ferment olmadan bədəndə d...

Ətraflı oxu →
Uroloji xəstəliklər

HUS

HUS (ing. haemolytic uraemic syndrome) – mikroangiopatik trombositopeniyalara aid olub, ibarətdir: hemolitik anemiya, kəskin böyrək pozğunluğu, trombositopeniya. Uşaqlarda daha çox görünür, Escherichia Coli ilə bağlıdır, qanlı ishalla özünü göstərir. Septisemiya, hamiləlik eklampsiyası, dərman reaksiyası nətəcəsində yarana bilər, protrombin indeksi, aktivləşmiş hissəvi tromboplastin vaxtı və fibrinigen normaldır, D-dimer artmır, dializ letallığı azaldır.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Karni kompleksi

Karni kompleksi — nadir görülən genetik xəstəlik. Əsasən, dəri, ürək, endokrin sistemi və digər orqanları təsir edən müxtəlif şişlərlə xarakterizə olunur. Bu kompleks "PRKAR1A" genindəki mutasiyalar nəticəsində yaranır və adətən uşaqlıq və ya yeniyetməlik dövründə müşahidə edilir. Karni kompleksi xəstənin həyat keyfiyyətinə ciddi şəkildə təsir edə bilən və müxtəlif klinik əlamətlərlə müşahidə olunan bir vəziyyətdir.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Karsinoid sindromu

Karsinoid sindrom — az-az rast gəlinən xərçəng növü olan karsinoid şişlərin (sarımtıl və dairəvi formalı) bəzi maddələri (serotonin, morilin, prostoqlandinlər və s.) qana ifraz etməsi nəticəsində formalaşır. Karsinoid şişlər ən çox mədə-bağırsaq traktında, ağciyərlərdə, bəzən isə yumurtalıqlarda rast gəlinir. Mədə-bağırsaq traktında karsinoid şişlər daha çox soxulcanabənzər (appendikulyar) çıxıntı, nazik bağırsaqlar və düz bağırsaqda rast gəlinir.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Katarakta

Katarakta və ya Mirvari suyu — göz büllurcuğunun görmə qabiliyyətinin zəifləşməsinə və korluğa səbəb olan donuqlaşması ilə nəticələnən göz xəstəliyidir. Katarakta bəbəyin arxasında yerləşən və görməmizdə vacib rol oyanayan büllurun şəffaflığını itirərək bulanıqlaşması və tədricən görmənin itməsinə səbəb olan xəstəlikdir. Yunan dilindən tərcümədə katarakta – "şəlalə" deməkdir. Qədim yunanlar belə hesab edirdilər ki, katarakta zamanı bəbəyin bulanıq boz rəngi onun üzərinə şəlalə kimi düşən və görməni zəiflədən pərdə ilə bağlıdır. Kataraktalı xəstə ətrafa sanki "çirkli pəncərə" arxasından baxı...

Ətraflı oxu →
Qadın xəstəlikləri və ginekologiya

Kleptomaniya

Kleptomaniya və ya Oğurluq xəstəliyi — ehtiyacı olmadığı halda balaca, dəyərsiz əşyaları oğurlamaq istəyinə qarşı qoya bilməmək.​ Bir impuls kontrol pozuntusudur. Şəxsin əslində o malı satın ala biləcək maddi imkana sahib olduğu, ancaq buna baxmayaraq bu davranışı reallaşdırdığı müşahidə edilmişdir. Bu davranış daha əvvəldən düşünülməmiş və planlaşdırılmamış olub, birdən həyata keçirilir. Davranış birindən intiqam alma məqsədiylə edilmir. Fərd bu davranışın səhv və əlverişsiz olduğunun fərqindədir. Kleptomaniklər bu davranışı reallaşdırmaq üçün başqalarından kömək istəmirlər. Tarixdə Fransa...

Ətraflı oxu →
Qadın xəstəlikləri və ginekologiya

Langer–Giedion sindromu

Langer–Giedion sindromu (LGS) — Çox nadir bir avtosomal dominant irsi xəstəlik. Xromosom 8-dəki kiçik bir materialın silinməsi ilə yaranır. Bu sindrom 1960-cı illərdə bu vəziyyət üzərində əsas tədqiqatları aparan iki həkimin adı ilə adlandırılıb. Diaqnoz adətən doğuşda və ya erkən uşaqlıq dövründə qoyulur.

Ətraflı oxu →