Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 305 xəstəlik.
Abaziya
Abasia (q.yun. ἀ- – yoxluq və βάσις – yerimək) — bədən balansının pozulması və ya aşağı ətrafların motor pozğunluğu ilə əlaqəli əsasən sinir sistemi xəstəliklərində yerimə qabiliyyətinin itirilməsi. Aşağı ətrafları iflic olmur və xəstə uzanarkən lazımi həcmdə və kifayət qədər güclə müvafiq hərəkətləri edə bilir. Bu, əsasən dissosiativ pozğunluqlarda (əvvəllər isteriya adlanırdı), yəni dissosiativ hərəkət pozğunluqlarında, aşağı ətrafların hərəkət pozğunluqları və balans pozğunluqları ilə baş verir. Çox vaxt astaziya (ayaqda durma qabiliyyətinin itirilməsi) ilə müşayiət olunur. Abaziyanın xo...
Ətraflı oxu →Abses
Abses (lat. abscessus - irinlik) — iltihab nəticəsində məhdud boşluqda irin toplanması. Abses dərialtı toxumada, əzələlərdə, sümükdə, həmçinin, qaraciyər, ağciyər, dalaq, beyin və s.-də inkişaf edə bilər. Abses irintörədən mikrobların zədələnmiş dəri və selikli qişalardan orqanizmə keçməsi, yaxud qan və limfa damarları ilə digər iltihab ocağından gətirilməsi nəticəsində əmələ gəlir. Kəskin və xroniki Absesə ayrılır. Kəskin Absesdə ağrı, qızartı, məhəlli şişkinlik, yüksək temperatur, yuxusuzluq, başağrısı və s. əlamətlər olur. Plevra və qarın boşluğunda Absesin yırtılması ağırlaşmaya səbəb o...
Ətraflı oxu →Afta
Afta – bozumtul rəngli fibrinoz-ekssudativ ərplə örtülmüş və kənardan qırmızı rəngli haşiyə ilə əhatə olunmuş oval formalı eroziya. Aftanın əmələ gəlməsi ilə müşahidə olunan stomatitlərə aftoz stomatitlər deyilir. Adətən ağrılı xroniki gedişə malik və residivləşməyə meyilli olur. Etiologiyası tam aydın deyil, lakin buna səbəb olaraq stresslərin və psixo-emosional gərginliklərin, autoimmun və yüksək həssaslıq reaksiyalarının, xroniki resdiviləşən septiko-allergik vəziyyətlərin, hamiləliyin, infeksiyaların, xüsusilə də streptokok və stafilakokların böyük rolu göstərilir.
Ətraflı oxu →Ağciyər iltihabı
Ağciyər iltihabı, sətəlcəm, pnevmoniya — ağciyərin tez-tez təsadüf edilən xəstəliyi. Gedişinə görə kəskin və xronik olur. Krupoz, ocaqlı, intersisial və s. formaları var. Krupoz pnevmoniya kəskin ağciyər xəstəliyidir, bakterial pnevmoniyaların ən təhlükəlisidir. Krupoz pnevmoniyada ağciyərin bir, bəzən də bir neçə payında patoloji dəyişiklik olur; xəstəliyi, əsasən, pnevmokoklar törədir. Xəstəlik başağrısı, yüksək hərarət (39–40°S), quru və bəlğəmli öskürəklə başlayır, döş qəfəsi sancır (öskürdükdə və dərin nəfəs aldıqda artır). Xəstəliyin ikinci günündən başlayaraq selikli bəlğəm ifraz olu...
Ətraflı oxu →Ağciyər xərçəngi
Ağciyər xərçəngi — ağciyər toxumalarındakı hüceyrələrin normadan artıq çoxalması ilə müşayiət olunan bir xəstəlik. Bu nəzarət edilə bilməyən artım hüceyrələrin ətrafdakı toxumaları əhatə etməsi və ya ağciyərdən digər orqanlara yayılması ilə (metastaz) nəticələnə bilər. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə ağciyər xərçəngi dünya miqyasında xərçəng xəstəlikləri arasında ən çox ölümə səbəb olan xərçəng növüdür və dünyada hər il təqribən 1,6 milyon insanın ölümünə səbəb olur. Ölümcüllüyü yüksək olan bu xərçəng növündə dünya miqyasında insanların siqaret çəkmə vərdişlərindəki dəyişməyə...
Ətraflı oxu →Ağ nöqtə sindromu
Ağ nöqtə sindromu — Krevetkanın viral infeksiyası. Bu xəstəlik çox ölümcül və yoluxucu olub, krevetkaları sürətlə öldürür.
Ətraflı oxu →Alisa möcüzələr ölkəsində sindromu
Alisa möcüzələr ölkəsində sindromu, Todd Sindromu və ya liliput hallüsinasiyası — insan dərrakəsinə təsir edən nevroloji vəziyyət. Xəstəliyə yoluxanlar mikropsiya, makropsiya və ya digər hissi vəziyyətlərin pozğunluğundan əziyyət çəkirlər. Hazırkı şəraitdə bu sindrom miqren, beyin xərçəngi və psixoaktiv dərmanların istifadəsi nəticəsində yarana bilər. Xəstəliyin simptomları daha çox uşaqlıq dövründə müşahidə olunur. Bu simptomlar yuxu tutmaları zamanı da müşahidə oluna bilər. Xəstəliyə beyin hissələrində anormal qan sızmasına səbəb ola bilən yüksək hərarət də gətirib çıxara bilər.
Ətraflı oxu →Allergiya
Allergiya – ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır. Alimlərin tədqiqatlarına əsasən planetimizin hər yeddi adamından biri allergiyaya düçardır, başqa sözlə, gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyata malikdir. Ən çox yayılmış təsiredici amillər – qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı yüzlərcə digər allergen adlandırılan amillər mövcuddu...
Ətraflı oxu →Amneziya
Amneziya (yun. Αμνησία; hərfi tərcümədə "yaddaşsızlıq") — yaddaşın müəyyən müddətə itməsi və ya bəzi hadisələrin yaddan çıxması. Amneziya zamanı yaddasaxlama funksiyası və hadisələrin yada salınması zəifləyir. Amneziya dərin şüur pozuntusu ilə müşayiət edilir və zəhərlənmə, infeksiya, yaxud boğulma nəticəsində beyin hipoksiyası, başbeyin zədələnmələri, amensiya, özündəngetmə, insult zamanı müşahidə olunur.
Ətraflı oxu →Ampeloterapiya
Ampeloterapiya (ing. Grape therapy) — Xroniki xəstəliklərin müalicəsində üzüm və onun təzə sıxılmış şirəsindən istifadə ampelotepiya adlanır. Ampeloterapiya dietoterapiyanın bir hissəsi olub, həkimin təyinatı əsasında medikamentoz müalicə, dietoterapiya və ya klimatoterapiya ilə birgə tətbiq edilir. Ampeloterapiya zamanı qidada müəyyən məhdudiyyətlərə yol vermək lazımdır. Daha yaxşı olar ki, müalicə müddətində kvas, şirin qazlı içkilər, hisə verilmiş, turşuya, duza qoyulmuş, çox yağlı məhsullar, çiy kələm, çuğundur və turp yeyilməsin. Həmçinin digər giləmeyvə, meyvə və göyərtilərin qəbulu d...
Ətraflı oxu →Anaerob infeksiya
Anaerob infeksiya — yara infeksiyanın bir növüdür və oksigensiz, havasız yerdə baş verir. Mühüm cəhəti iltihab olmadan ağrının baş verməsi, ödəmin, qazın və tez bir zamanda toxumalarda yerli ölümün əmələ gəlməsidir. Anaerob infeksiyanın törədiciləri əsasən insan, heyvanların bağırsaqlarında müşahidə edilir və torpağa düşərək uzun müddət orada yaşayırlar. Ən çox əkin yerlərində, bostan və bağlarda, peyində gübrə məqsədilə istifadə olunan yerlərdə təsadüf edilir, bundan əlavə anaerob mikroblar insanın dərisində, alt və üst paltarlarında da ola bilər. Ən çox anaerob infeksiya müharibə zamanı m...
Ətraflı oxu →Anal inkontinensiya
Anal inkontinensiya — qazların, duru və bərk nəcisin saxlanıla bilməməsinə deyilir. Çanaq sümüklərinin travmaları – çanaq dibi əzələlərinin zədələnməsi nəticəsində yarana bilir.
Ətraflı oxu →Anal stenoz
Anal stenoz — Anal kanalın daralması, diametrinin azalması və elastiklik qabiliyyətinin itirilməsi anal stenoz və ya anal darlıq adlandırılır. Anal darlıq həqiqi anatomik darlıq, əzələ sıxlıması və funksional daralma formalarında olur. Anodermada əməliyyatdan sonrakı çapıq toxumasının inkişafı həqiqi anal daralmadır. Anal kanalın normal diametri sakitlikdə 3 sm, açılma zamanı 5–9 sm, tam sıxılma zamanı isə 2,5 sm hədlərindədir.
Ətraflı oxu →Anevrizmatik sümük kistası
Anevrizmatik sümük kistası – osteolitik zədələnmədir, adətən lüləli sümüklərin metafizində olur, kortikal qat genişlənmiş və üfürülmüş şəkildə olur, kortikal qat və yumşaq toxumalar arsında sərhədin itməsi sınığa səbəb olur.
Ətraflı oxu →Angelman sindromu
Angelman sindromu — Angelman sindromu və ya Angelman sindromu (AS) əsasən sinir sistemini təsir edən genetik xəstəlik. Simptomlara kiçik bir baş və spesifik üz görünüşü, şiddətli zəka geriliyi, funksional nitq çatışmazlığı ilə məhdudlaşan inkişaf qüsurları, tarazlıq və hərəkət problemi, tutmalar və yuxu problemləri daxildir. Uşaqlar ümumiyyətlə xoşbəxt olur və suya xüsusi maraq göstərirlər. Semptomlar ümumiyyətlə bir il ərzində nəzərə çarpır. Angelman sindromu, bir insanın anasından miras qalan 15-ci xromosomun bir hissəsinin funksiyasının olmaması səbəbindən meydana gəlir. Əksər hallarda,...
Ətraflı oxu →Angiofibroma
Angiofibroma (angio + lat. fibralif + oma – şiş), hemangiofibroma – damar və lifli birləşdirici toxuma qarışığından ibarət xoşxassəli şiş. Selikli qişa angiofibroması rəngli, enli və ya ensiz ayaqcıqlı polip şəklində olur. Tez-tez baş verən qansızmalar nəticəsində şiş qonur rəng ala bilər. Burun-udlaq angiofibroması xüsusi klinik forma kimi təsvir olunur. Dəri angiofibroması kiçik formalı, aydın sərhədə malik düyün olub, kəsik səthi sarımtıl-qırmızı və ya qonur rənglidir. Dəri angiofibroması hüceyrə elementlərinin üstünlüyündən asılı olaraq lipid və ya siderotik ola bilər. Lipid dəri angiof...
Ətraflı oxu →Anizokoriya
Anizokoriya (anizokor, yunan sözü olub ; a(n): inkar şəkilçi, isos: bərabər, kore: bəbək) — bəbək müxtəlifliyi nevroloji simptom olub, göz bəbəklərinin müxtəlif ölçülü olmaları ilə xarakerizə olunur. Adətən göz bəbəklərinin biri normal daralmış olur, digəri isə bir qədər genəlmiş olur. Normada göz bəbəkləri izokor yəni bərabər ölçüdə olurlar.
Ətraflı oxu →Anoreksiya
Anoreksiya və ya nevrotik anoreksiya (lat. anorexia neurosa, an – inkar şəkilçisi + yun. όρυός – iştaha ) – qidalanmaya olan fizioloji tələbatın saxlanması ilə iştahanın olmaması, kökəlmədən əsassız qorxu hissi, eyni zamanda arıqlamağa güclü və dayanıqlı meyllə səciyyələnən qida qəbulu pozuntusudur. Qida mərkəzinin üzvi zədələnmələri (məs., şişlər, travma, insult, zəhərlənmələr və s.), sinir sisteminin funksional pozğunluqları (məs., nevrozlar, stress vəziyyətləri və s.), endokrin xəstəlikləri (hipofiz kaxeksiyası, addison xəstəliyi və s.), xroniki üzücü xəstəliklər (vərəm, yaman şişlər və...
Ətraflı oxu →