Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 305 material.

Tənəffüs sistemi xəstəlikləri

Sporotrikoz

Sporotrikoz — "qızılgül xəstəliyi" kimi da tanınan dəri, ağciyər, sümük və oynaqlara təsir edən və geniş yayıla bilən göbələk infeksiyası. Xəstəliyin törədicisi bütün dünyada rast gəlinir. Növ 1896-cı ildə onu insan nümunəsindən təcrid edən Benjamin Şenkin şərəfinə adlandırılmışdır.

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Stikler sindromu

Stikler sindromu (ing. Stickler syndrome, irsi irəliləyişi olan artrit-oqtalmodistrofiya) — Bağlayıcı toxumaları, xüsusən də kollagenə təsir edən, nadir genetik xəstəliklər qrupudur. Stikler sindromu kollagenopatiyanın XI alt növüdür. Stikler sindromu, fərqli üz xüsusiyyətləri, göz problemləri, eşitmə itkisi, oynaqlar və skelet problemləri ilə xarakterizə olunur. İlk dəfə 1965-ci ildə Qunnar B. Stikler tərəfindən tədqiq edilmişdir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Streptokokk faringit

Streptokokk faringit və ya streptokokk anginası, A qrupu streptokokkların səbəb olduğu badamcıqlar da daxil olmaqla boğazın arxa hissəsinin infeksiyası. Ümumi simptomlara qızdırma, boğaz ağrısı, badamcıqların qızarması və boynun ön hissəsində genişlənmiş limfa düyünləri daxildir. Baş ağrısı və ürəkbulanma və ya qusma da baş verə bilər. Bəzi insanlarda skarlatinda olduğu kimi səpgilər əmələ gəlir. Simptomlar adətən infeksiyaya məruz qaldıqdan 1-3 gün sonra başlayır və 7-10 gün davam edir. Streptokokk anginası hava damcı yolu ilə — danışarkən, öskürərkən və ya asqırdıqda, üzərində damcı olan...

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Süd vəzi xərçəngi

Süd vəzi xərçəngi — insanın süd vəzisinin toxumalarında meydana gələn xərçəng xəstəliyi növü. Başlıca qadınlarda meydana gəlir; xəstələrin yalnız 1%-i kişilərdir. Qərb ölkələrində süd vəzisi xərçəngi qadınlarda ən çox rast gəlinən xərçəng növüdür. Əksərən xəstələnmələr sporadik meydana çıxır, amma anadangəlmə və qazanılma risk faktorları da mövcuddur. Sağalmayla yanaşı süd vəzisinin saxlanması və hər şeydən əvvəl həyat keyfiyyəti tibbi müalicənin əsas hədəfidir. Müalicə bir qayda olaraq cərrahi əməliyyat, kimyəvi terapiya, hormonal terapiya və şüa terapiyasının xastəliyin stadiyasına uyğun...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Süzənək

Süzənək və ya qonoreya (yun. gonorrhoia, gonos – toxum + rheo — axıram), pereloy — əsasən, sidik-cinsiyyət orqanlarının selikli qişasını zədələyən infeksion xəstəlik. Zöhrəvi xəstəliklər qrupundandır. Törədicisini (qonokokk) 1879-cu ildə A.Neyser tapmışdır. Cinsi yolla yayılır, qeyri-çinsi yolla uşaqlar doğuş zamanı xəstə anadan (qonokokk uşağın gözünə düşüb blennoreya törədir, yaxud qız uşağının çinsiyyət orqanına düşür) və ya xəstənin əşyalarından (dəsmalından, yatağından və s.) istifadə etdikdə yoluxurlar. Süzənək xəstəliyində immunitet yaranmır. Bu xəstəlik irsi deyil və hər bir insan b...

Ətraflı oxu →
Tənəffüs sistemi xəstəlikləri

Taun

Taun (lat. pestis), (XBT kodu A20.) — insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü (lat. Yersinia pestis) tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir. 1894-cü ildə fransız alimi A. Yersen və yapon alimi S. Kitazato xəstəliyin törədicisini kəş...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Təbii çiçək

Təbii çiçək və ya kiçikçiçək (ing. smallpox) — Orthopoxvirus cinsinə aid olan variola virusunun (çox vaxt çiçək virusu adlanır) yaratdığı yoluxucu xəstəlik. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz vasitəsilə yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək hərarətinə, baş ağrısına, bel ağrısına, yaddaşın depressiyasına səbəb olur. 2–3 gündən sonra bədəndə, xü...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Tinnitus

Tinnitus — xaricdə səs olmadan qulaqlarda səsin- küyün eşidilməsidir. Tinnitus özlüyündə xəstəlik olmayıb , bir neçə səbəbdən meydana çıxa bilən simptomdur . Qulaqlarda küy baş və qulaq travmaları, qulaqda iltihabi proseslər, beyin qan damarlarının ateroskleroz nəticəsində patoloji daralması (belə daralma baş beyində qan dövranının pozulmasına gətirib çıxardır. Beyin damarlarının ateroskleroz xəstəliyi insult kimi ağır pozulmanın inkişafına səbəb ola bilər.), vestibulyar apparatının fəaliyyətində pozulmalar, boyun osteoxondrozu, nevroz, stress, həddən artıq yorğunluq, eşitmə apparatında yaş...

Ətraflı oxu →
Endokrin xəstəliklər

Tireotoksik böhran

Tireotoksik böhran — Tireotoksik böhran diffuz toksik zobun cərrahi müalicəsindən sonra baş verən həyat üçün təhlükəli ağırlaşmalardandır. Müasir şəraitdə ixtisaslaşmış cərrahi klinikalarda xəstələrin əməliyyatdan əvvəl adekvat hazırlanması tireotoksik böhranın əmələgəlmə tezliyini kəskin azaltmışdır.

Ətraflı oxu →
İnfeksion xəstəliklər

Toksik şok sindromu

Toksik şok sindromu — Bakterial toksinlər tərəfindən yaranan bir vəziyyət.

Ətraflı oxu →
İnfeksion xəstəliklər

Toksoplazmoz

Toksoplazmoz — insanlarda və heyvanlarda Toksoplasma gondii tərəfindən törədilən parazitar xəstəlik. Toksoplazmoz infeksiyaları müxtəlif neyropsixiatrik və hərəkət vəziyyətləri ilə əlaqələndirilir. Əksər hallarda xəstəlik simptomsuz keçir. İnfeksiyanın mənbəyi ev və vəhşi heyvanların müxtəlif növləridir (180-dən çox) (pişiklər, itlər, dovşanlar, yırtıcılar, ot yeyənlər, gəmiricilər).

Ətraflı oxu →
İnfeksion xəstəliklər

Tonzillit

Tonzillit və ya angina (lat. angina – sıxılma, boğma, boğulma) — boğazgəlmə, badamcıqların və boğaz limfaidlərinin iltihablı kəskin infeksion xəstəliyi. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Travmatik şok

Travmatik şok — faza formasında gedən patoloji prosesdir. Qan dövranının, tənəffüsün, maddələr mübadiləsinin, mərkəzi sinir sisteminin, humoral tənzimin pozulmasının müşayiəti ilə reflektor yolla zədəyə qarşı cavabıdır. Qanitirmə, soyuq, yorulma, aclıq və bu kimi başqa zədələyici amilin uzun vaxt təsiri şokun daha tez və ağır gedişinə mənfı təsir göstərir. Döş qəfəsinin, qarın boşluğunun üzvlərinin, onurğa sütununun, çanağın, kəllənin zədələnmələri zamanı və yanıqlarda daha tez-tez şok müşahidə edilir. Şok — ing. shock sözündən olub, zərbə, sarsıntı deməkdir. Şok, kəskin ağrıya qarşı orqani...

Ətraflı oxu →
İnfeksion xəstəliklər

Traxoma

Traxoma (lat. trachōma, q.yun. τραχύς sözündən) – konyuktivanın xroniki dənəvarı, infeksion xəstəliyidir. Traxoma yunanca trachus sözündən olub nahamar deməkdir. Bu zaman konyuktiva nahamarlaşdığı üçün traxoma adını almışdır.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Trombotik trombositopenik purpura

Trombotik trombositopenik purpura, TTP, Eli Moschcowitz sindromu – birincili və ikincili (immunodepressiv dərmanlar, xərçəng, HİV infeksiyası, ağır hamiləlik, Eschericha coliyə bağlı hemorragik kolit). Letallıq yüksəkdir. 5 əlaməti var: qızdırma, mental status pozulması, böyrək zədələnməsi, hemolitik anemiya, trombositopeniya. İdiopatik ola və SLE-də yarana bilər (bu kəskin TTP adlanır) və bu əsas xəstəliyin kəskinləşməsi kimi qəbul edilə bilər. Periferik qanda şistositlərin tapılması, komplementin normal səviyyəsi və ADAMTS13 aktivliyinin aşağı olması və ya ona qarşı AT aşkarı SLE üçün xar...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Tromboz

Tromboz (thrombōsis "laxtalanma" ← q.yun. θρόμβος "laxta") — qan damarlarının içərisində qan laxtalarının (trombların) ömür boyunca formalaşması prosesi olub, qanın sərbəst axınını əngəlləyir. Tromboz həm bədənin qoruyucu mexanizmi, həm də patoloji proses ola bilər. Birinci halda, tromboz qanaxmanın dayandırılmasına kömək edir: qan damarı zədələndikdə qan laxtalanma sistemi aktivləşir, qan laxtası (tromb) əmələ gəlir, damar divarındakı qüsuru örtərək qan itirilməsinin mexaniki olaraq qarşısını alır. İkinci halda, tromboz müxtəlif xəstəliklərin və patoloji vəziyyətlərin gedişatını çətinləşdi...

Ətraflı oxu →
İnfeksion xəstəliklər

Tropik xəstəliklər

Tropik xəstəliklər — tropik və subtropik bölgələrdə üstünlük təşkil edən və ya yalnız orada rast gəlinən yoluxucu xəstəliklər qrupu. Bu xəstəliklər mülayim iqlim olan bölgələrdə nadir halda olur, ilk növbədə həşəratların sayını məhdudlaşdıran soyuq mövsümün olması ilə. Ağcaqanad və milçək kimi həşəratlar çox vaxt xəstəliyin daşıyıcısıdır. Onlar protozoylar, bakteriya və ya virusları insanlara və heyvanlara əksər halda dişləmə yolu ilə ötürüb yayırlar. Tropik meşələrin insanlar tərəfindən öyrənilməsi, meşələrin qırılması, immiqrasiyanın artması və tropik bölgələrə beynəlxalq hava səyahətləri...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Ürək astması

Ürək astması — bir neçə dəqiqədən bir neçə saata qədər davam edən boğulma tutmaları ilə özünü göstərən və miokard infarktı, kardioskleroz, ürək xəstəlikləri və ürək çatışmazlığı (sol ürək) ilə əlaqəli digər xəstəliklərlə baş verən simptom. Bu, ağciyərlərdə və ətrafında mayenin yığılmasına səbəb olur (ağciyər tıkanıklığı), ağciyərlərin qanı oksigenlə təmin etmək qabiliyyətini pozur. Öskürək və hırıltı mümkündür. Rentgen müayinəsi ürəyin ölçüsünün və ağciyər toxumalarında mayenin artdığını göstərir.

Ətraflı oxu →