Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 305 material.
Bağırsaq keçməzliyi
Bağırsaq keçməzliyi — bağırsaqların bu, yaxud digər səviyyəsində kənar edilə bilməyən maneə əmələ gələrək, onun içindəkilərin irəliləməsini pozaraq əmələ gəlir. Bağırsaq keçməzliyinin iki əsas forması ayırd edilir: dinamik; mexaniki. Dinamik bağırsaq keçməzliyi bağırsaqların iflici yaxud spazması nəticəsində bağırsaqlarda irəlilədilmə pozulduqda inkişaf edir. Mexaniki bağırsaq keçməzliyin öz növbəsində iki növü ayırd edilir: obturasion; stranqulyasion. Birinci halda maneə bağırsağın içində yerləşərək bacanı tıxaclayır (şiş, qurd yumağı) və bağırsaq keçməzliyinə səbəb olur. Stranqulyasion ke...
Ətraflı oxu →Bakterial xəstəliklər
Bakterial xəstəliklər — bakterial xəstəliklərin sayı çoxdur: angina, faringit, meningit (faringiti virus, miningiti isə virus və birhüceyrəlilər də törədə bilir), skarlatina, tetanus, taun, vəba, sibir xorası, difteriya, vərəm, qarın yatalağı və s. Bakterial infeksiyalardan yaranan xəstəliklərin inkişafı zamanı bakteriyalar orqanizmdə iltihab reaksiyası doğuran və intoksikasiyaya (zəhərlənməyə) səbəb olan zəhər (toksinlər) ifraz edir, bununla da müxtəlif orqanları zədələyir. Toksinlər iki cür olur: Endotoksinlər Ekzotoksinlər Endotoksinlər bakteriya hüceyrələrinin məhv olmasından və dağılma...
Ətraflı oxu →Bel ağrısı
Bel ağrısı — insanlarda, xüsusən də yaşlı nəsildə tez-tez rast gəlinən ağrı. Hesablamalar göstərir ki, hər dörd insandan biri bütün həyatları boyu bir dəfə də olsa bel ağrısından şikayətlənir. Bu insanların həkimə müracət etməsinə və ya işdən qalmasına ən çox səbəb olan şikayətlərdən biridir. Amma müəyyən sadə müalicəvi tədbirlərin və bədən tərbiyəsinin həyata keçirilməsi ağrıların uzun müddət itməsinə səbəb ola bilər. Ağrıların davamlı xarakter alması və iş qabiliyyətini pozması həkimə müraciət etmək üçün əsas verir. Davam etmə xüsusiyyətlərinə görə bel ağrılarının bölünməsi: Kəskin BA: da...
Ətraflı oxu →Bell iflici
Bell iflici (nervus facialis) — periferik iflic. Üz sinirinin periferik iflici olan xəstələrdə bir neçə gün ərzində alın da daxil olmaqla üzün bir hissəinin — unilateral — iflici inkişaf edir. Həmin xəstələrdə digər nevroloji pozuntular adətən müşahidə edilmir. Simptomar adətən ilk həftə ərzində zirvəyə çatır və növbəti həftələr və bir neçə ay ərzində tədricən aradan qalxır. Bell iflic diabeti olan xəstələr arasında daha çox yayılmışdır. Üz sinirinin periferik iflicinə istənilən yaşda olan xəstələr məruz qalmasına baxmayaraq, Bell iflici 35–45 yaşında olan xəstələrdə daha çox yayılmışdır. Ü...
Ətraflı oxu →Beri-beri
Beri-beri — xəstəliyi B1 vitamininin çatışmazlığından irəli gəlir. Göstərilən xəstəliyi keçirən xəstələrin ürək nahiyəsində pozulmalar müşahidə olunur. Bu xəstəlikdə qıcolmalar və iflicolma baş verir. B1 vitamini əsasən qabığı soyulmamış dəndə, yumurta sarısında, paxlalı bitkilərin toxumalarında, az miqdarda ispanaqda, kələmdə, yerkökü və almada vardır.
Ətraflı oxu →Beyin qansızması
Beyin qansızması və ya Hemorragik insult — qeyri-travmatik beyin qansızması daha çox (60% hallarda) arterial hipertenziyanın fəsadı kimi baş verir. Hipertenziv beyindaxili qansızma başlıca olaraq, beynin perforasiyaedici arteriyaları hövzəsində — bazal nüvələr – (50%), talamus (15%), beynin ağ maddəsi (15%), körpü (10%) və beyincik (10%) hövzəsində lokallaşır. Beyin qansızmasının başqa bir səbəbi aretriovenoz malformasiyanın (AVM) yırtılması və ya kisəli anevrizmadır. AVM zamanı hematomalar əsas baş beyinin ağ maddəsində və ya bazal nüvələrdə lokallaşır. Ahıl yaşlarda əsas səbəb isə amiloid...
Ətraflı oxu →Birincili skleroz xolangit
Birincili skleroz xolangit — səbəbi və mexanizmi dəqiq məlum olmayan xolestatik xəstəlik olub, qaraciyərdaxili və xarici öd yollarında diffuz daralmalara xarakterizə olunur və autoimmun-fibrotik xəstəliklərlə birlikdə rastlana bilir. Çapıq daralmalar 0,5–2 sm uzunluqda olub, əksər hallarda həm daxili, həm də xarici öd yollarını birlikdə tutur, az hallarda isə birini (daxili 30%, xarici –10%) tuta bilir. Daralmalar diffuz şəkildə yerləşir və aralarında sağlam axacaq hissəsi olur. Nəticədə "daralma-genişlənmə" görüntüsü öd yollarında "çərəkə" mənzərəsi yaradır ki, bu da Birincili skleroz xola...
Ətraflı oxu →Blefarospazm
Blefarospazm (yun. βλέφαρον - göz qapağı və σπασμός - spazm) — gözün dairəvi əzələsinin hər hansı anormal daralması. Blefarospazm miokimiya və ya fassikulyasiya kimi tanınan göz qapaqlarının daha çox yayılmış və daha yüngül qeyri-iradi titrəməsindən ayırmaq lazımdır. Əksər hallarda blefarospazm simptomları bir neçə gün davam edir və sonra müalicə olunmadan yox olur, lakin bəzi hallarda seğirmələr xroniki və qalıcı olur və ömürlük problemlər yaradır. Blefarospazm 2 növ olur: essensial (əsas) və reflektor. Xoşxassəli əsas blefarospazm (BEP) fokal distoniyadır, göz ətrafında qeyri-iradi və dav...
Ətraflı oxu →Botulizm
Botulizm — Clostridium botulinum bakteriyası tərəfindən törədilən nadir və təhlükəli xəstəlik. Botulizm və ya botulismus nadir rastlanan amma çox təhlükəli klostridial infeksiyadır. Botulizm əsasən tok-sienfeksion xəstəlikdir. Botulizm Van Armenger {1896} tərəfindən araşdırılmışdır. Araşdırmasında tam olaraq vetçina yediyi üçün zəhərlənmiş bir qrup insanı və vetçinanı öyrənmiş, ölən bir xəstənin qara ciyəri ilə vetçinadan C botulizmi təcrid etmişdir. Yenə eyni araşdırmacı bu faktora aid toksinləri ortaya qoymuşdur. Toyuqlarda isə 1913-cü ildə ortaya qoyulmuşdur.
Ətraflı oxu →Böyrək daşı xəstəliyi
Böyrək daşı xəstəliyi – böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. Böyrəkdaşı xəstəliyi (BDX) – maddələr mübadiləsinin müxtəlif endogen və/və ya ekzogen səbəblərdən pozulması xəstəliyidir. Bəzi hallarda irsi xarakter daşıyır, həmin zaman sidik yolları sistemində daşların yaranması ilə səciyyələnir. Bu zaman böyrəklərdə və/və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir. Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər. Bəzi hallarda böyrək daşları özünü heç bir əlamətlə büruzə vermədən uzun müddət mövcud ola bilər. Bu halda onlar digər orqanların...
Ətraflı oxu →Bradzot
Bradzot (ildırımvari ölüm) — itigedişli toksiko infeksion xəstəlik olub, şirdan və onikibarmaq bağırsağın hemorroji iltihabı ilə səciyyələnir. Xəstəlik qeyri kontagiozdur.
Ətraflı oxu →Bronxial astma
Bronxial astma – ilk növbədə bronxların – ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmanı qeyri-allergik astmadan fərqləndirirlər. Qeyri-allergik astmada xroniki iltihablı tənəffüs yolları həddən artıq həssasdırlar. Hər hansı qıcıqlanma bronxların spazmasına aparır, tənəffüs məhdudlaşır və bu da öskürək və boğulmalara gətirib çıxarır. Astmatiklər üçün tutmalara səbəb olan bir çox faktorlar vardır, məsələn; siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, sabun,...
Ətraflı oxu →Bronxiolit
Bronxiolit — bronxiol adlanan kiçik hava yollarının viral infeksiyalar səbəbilə iltihablanması nəticəsində inkişaf edən alt tənəffüs yolu xəstəliyidir. İltihablanma, hava yollarının daralmasına və körpənin nəfəs alıb verməsini çətinləşdirən xırıltılı tənəffüsə yol aça bilər. Ən çox səbəbi RSV-dir, qrip və soyuqdəymə virusları da bronxiolitə səbəb ola bilər.
Ətraflı oxu →Bronxit
Bronxit (lat. bronchitis, bronx + -itis — iltihab) — bronx divarları selikli qişasının iltihabıdır. Bronxlar udulan havanı ağciyərlərə aparan müxtəlif diametrli şaxələnmiş boru şəbəkələrindən ibarət olaraq bronxial ağac adlanır. Bronxit tamamilə müstəqil xəstəlik olaraq inkişaf edə bilər (birincili bronxit), lakin o çox vaxt kəskin respirator infeksiyanın və ya soyuqdəymənin (ikincili bronxit) ağırlaşmasıdır və bronxların iltihabının bir xüsusiyyəti də ondan ibarətdir ki, bakterial infeksiyanın qoşulma təhlükəsi var. Tənbəki tüstüsü və toz bronxit xəstəliyi risqini artırırlar. Hətta "passiv...
Ətraflı oxu →Bruton xəstəliyi
Bruton xəstəliyi (Aqammaqlobulinemiya) – I-li humoral immunodefisitdir, B-limfositlərin yetişməsi pozulur, Ig və plazmositlərin olmamasıdır. İlkin əlamətlər 1 yaşa qədər olur, residivləşən infeksiyalar, vaksinasiya nəticəsində şiddətlənmə, autoimmun xəstəliklər, bəd xassəli şişlər, epizodik artrit və ya miqrəedici poliartralgiya.
Ətraflı oxu →Bubon taunu
Bubon taunu — taunun insanlarda ən çox təsadüf edilən forması. Taun — daşıyıcıları siçanlarda parazitlik edən bitlər olan Yersinia pestis bakteriyası tərəfindən törədilən kəskin təbii bakterial mənşəli xəstəlikdir. Kəskin təhlükəli infeksiya hesab edilir. İnkubasiya dövrü 2-6, nadir hallarda isə 1-12 gün olur.
Ətraflı oxu →Burun arakəsməsinin hematoması
Burun arakəsməsinin hematoması burun arakəsməsini zədələyən, selikli qişa altına qan sızması nəticəsində hematomanın yaranması ilə müşayiət olunan bir xəstəlikdir. Əgər hematoma infeksiyalaşarsa, sonradan abses əmələ gələ bilər. Burun arakəsməsi hematomasının yaranma səbəbi çox zaman travmalar olur. Burun arakəsməsinin hematoması burun arakəsməsinin qığırdağı ilə onun üstündə yerləşən perixondrium (qığırdaqüstü toxuma) arasında qan toplanmasıdır (burun arakəsməsinin qığırdaq hissəsinin en kəsiyinə uyğun nahiyə). Hematoma, burun arakəsməsinin qığırdağını onu qidalandıran selikli qişadan ayır...
Ətraflı oxu →Burun qanaxması
Burun qanaxması (epistaksis) — burun boşluğundan gələn qanın burun dəliklərindən axmasıdır. Burun qanaxmasının ön burun qanaxması və arxa burun qanaxması olmaqla iki növü fərqləndirilir. Ön burun qanaxması ən çox rast gəlinən formadır. Arxa burun qanaxmasına isə nisbətən az rast gəlinir, lakin daha çox tibbi diqqət tələb edir. Bəzən daha ağır hallarda qan gözyaşı kanalı ilə yuxarı qalxaraq göz çuxurundan çölə də axa bilir. Təzə və laxtalanmış qanın mədəyə axaraq ürəkbulanma və qusmaya səbəb olduğu hallara da rast gəlinir. Burun qanaxmaları çox nadir hallarda ölümlə nəticələnir. Məsələn, 199...
Ətraflı oxu →