Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 305 material.

Mədə-bağırsaq xəstəlikləri

İrsi hemoxromatoz

İrsi hemoxromatoz - Sinonimlər: Bürünc diabet, birincili hemoxromatoz. İrsi hemoxromatoz (İHX) – genetik defekt nəticəsində dəmirin mədə-bağırsaq traktında sorulmasının artması və onun orqanizmin toxumalarında toplanması ilə müşayiət olunan ağır, çoxsistemli xəstəlikdir. İnsan orqanizmində dəmir artığının ifraz olunmasının xüsusi mexanizmi olmadığından bu hal, bir qayda olaraq, qaraciyərin, mədəaltı vəzin, ürəyin, hipofizin funksiyasının pozulmasına səbəb olur. İHX “dəmirin izafi yüklənməsi” (DİY) nozoloji qrupuna daxildir. Bu xəstəliklərin əsas klinik təzahürləri ümumi patogenetik mexanizm...

Ətraflı oxu →
İnfeksion xəstəliklər

İspan qripi

İspan qripi (isp. gripe española) — 1918–1920-ci illər aralığında H1N1-in alt qrupu olan virusun səbəb olduğu qrip epidemiyası. Güman edilir ki, bu həm yoluxmuş insanların sayında, həm də ölənlərin sayında bəşər tarixində ən geniş yayılmış qrip pandemiyası olmuşdur. Virus dünyada təxminən 550 milyon insan və ya dünya əhalisinin 29,5% -inə təsir göstərmişdir. Pasifik adalarından Arktika bölgəsinə qədər virusun genişlənməsi onun coğrafiyasından xəbər verir. İspan qripi nəticəsində 50–100 milyon aralığında insanın vəfat etdiyi təxmin edilir. Bu göstərici 1918-ci il üçün dünya əhalisinin 5 % bə...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

İsteriya xəstəliyi

İsterik tutmalar epilepsiya tutmasına çox oxşardır. Adətən o, gündüz vaxtı insanların çox olduğu yerlərdə baş verir. Bu cür isteriyaya tutulan xəstə hansısa psixi zədəyə yaxud cüzi bir hadisəyə cavab reaksiyası verir. Tutma xəstənin yıxılmasından başlayır, lakin o yıxıldıqda çalışır ki, zədələnməsin. Tutma zamanı şüur itmir, qıcolmalar çox ehtimal qəribə xarakter daşıyır, xəstə başqalarının diqqətini öz hərəkətləri ilə cəlb etməyə çalışır. Xəstə bədənini çox əyərək təkcə peysər və dabanları ilə yerə toxunur. Gözləri bağlı olur, kimsə onları açmaq istəyəndə, o müqavimət göstərərək göz bəbəkl...

Ətraflı oxu →
İnfeksion xəstəliklər

İtdirsəyi

İtdirsəyi - göz qapaqlarının kənarında yerləşən tük kisəsi və piy vəzisinin kəskin iltihabı. Törədicisi stafilokokk bakteriyalarıdır.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

İzosporoz

İzosporoz qızdırma, ishal, qarın ağrısı və çəki itkisi ilə xarakterizə olunan, çox nadir hallarda rast gəlinən invaziv xəstəlikdir. Xəstəliyin törədicisi təbiətdə geniş yayılmış Isospora cinsinə aid parazitlərdir. Bu cinsə 200-dən çox növ daxildir. Lakin, bu növlərdən yalnız ikisi insanlarda patologiyaya səbəb olur. Bu növlər Isospora natalensis və Isospora bellidir. İnfeksiya ilə çirklənmiş su və ya qidanı insan qəbul etdikdə həmin parazitlər insanın bağırsaqlarına daxil olurlar. Epitel hüceyrələrinə nüfuz edən parazitlər bölünərək çoxalır, oosistalar əmələ gətirirlər. Bu isə öz növbəsində...

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Kalsinoz

Kalsinoz (ing. calcinosis) – kalsium duzlarının toxumalarda anomal çökməsidir. dəri (calcinosis cutis) – kalsiumun dəridə toplanması baş verir: distrofik, metastatik, idiopatik və yatrogen olur. şiş – iri kalsifisə olunmuş düyünlər oynaqətrafı boşluqlara toplanaraq ağrı və hərəkət məhdudluğu yaradır. Tipləri: birincili normofosfatemik, birincili hiperfosfatemik və ikincili şiş kalsinozu.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Kardiogen şok

Kardiogen şok, ürəyin funksiyasının kəskin pozulması nəticəsində orqanlara kifayət qədər qan axınının olmaması ilə əlaqəli təcili tibbi vəziyyətdir. Kifayət qədər qan axınının olmamasının əlamətləri arasında oliquriya (azalmış sidik ifrazı), ətrafların soyuması, həmçinin şüurun bulanıqlaşması yer alır. Xəstələrdə eyni zamanda çox aşağı qan təzyiqi və ürək ritmi müşahidə oluna bilər. Kardiogen şokun səbəbləri arasında kardiomiyopatiyalar, aritmiya və mexaniki faktorlar yer alır. Kardiogen şokun ən çox rast gəlinən səbəbi miokard infarktıdır. Kardiogen şokun müalicəsi onun səbəbindən asılıdır...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Katarakta

Katarakta və ya Mirvari suyu — göz büllurcuğunun görmə qabiliyyətinin zəifləşməsinə və korluğa səbəb olan donuqlaşması ilə nəticələnən göz xəstəliyidir. Katarakta bəbəyin arxasında yerləşən və görməmizdə vacib rol oyanayan büllurun şəffaflığını itirərək bulanıqlaşması və tədricən görmənin itməsinə səbəb olan xəstəlikdir. Yunan dilindən tərcümədə katarakta – "şəlalə" deməkdir. Qədim yunanlar belə hesab edirdilər ki, katarakta zamanı bəbəyin bulanıq boz rəngi onun üzərinə şəlalə kimi düşən və görməni zəiflədən pərdə ilə bağlıdır. Kataraktalı xəstə ətrafa sanki "çirkli pəncərə" arxasından baxı...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Kavasaki xəstəliyi

Kavasaki xəstəliyi, dəri-selikli limfa düyünlər sindromu (ing. mucocutaneous lymph node syndrome) – 5 yaşa qədər uşaqlarda yüksək hərarətin artması (100%), yayılmış səpgi, oral-faringial əlamətlər, konyunktivit, limfadenopatiya, dəri qabıqlanması, ovuc və pəncənin qızarması, ürək qüsuru, tac damarların anevrizması başverir. Hərarətə antibakterial terapiya təsir etmir, seçim müalicə xəstəliyin ilk dövründə venadixili immunoqlobulindir.

Ətraflı oxu →
Dayaq-hərəkət sistemi xəstəlikləri

Keratit

Kaeratit (rus. Керати́т) — gözün buynuz qişasının iltihabı. Travmatik və ya infeksion (qrip, vərəm) mənşəli ola bilər. Keratit bəzən görmənin itirilməsi ilə nəticələnə bilər .

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Kəllə-beyin zədələnməsi

Kəllə-beyin zədələnməsi, Kəllə-beyin travması (qısaca KBT, yun. τραύμα — zədə), adından göründüyü kimi hər hansı bir zərbə nəticəsində kəllə və baş beyinin müştərək zədələnməsi deməkdir. Kəllə-beyin zədələnməsi açıq və qapalı olmaqla iki yerə bölünür. Zərbə nəticəsində kəllə qapağının tamlığının pozulması ilə müşayiət olunarsa, onda bu açıq kəllə-beyin zədələnməsi, əks təqdirdə isə qapalı kəllə-beyin zədələnməsi adlanır. Kəllə-beyin zədəsi almış hər bir kəs nevroloji simptomların meydana çıxıb — çıxmamasından asılı olmayaraq beyin qanaxması kimi fəsadlaşmanı vaxtında müəyyən etmək üçün hosp...

Ətraflı oxu →
Dəri xəstəlikləri

Kəmərləyici dəmrov

Kəmərləyici dəmrov (lat. herpes zoster) ― şiddətli ağrı ilə dəridə birtərəfli herpetiform səpgilər ilə xarakterizə olunan viral xarakterli bir xəstəlikdir. Xəstəliyin törədicisi, herpesvirus ailəsinin varicella zoster virusudur (Varicella zoster), orqanizmlə ilk təmasda (çox vaxt gənc yaşda) tipik suçiçəyi xəstəliyinə səbəb olur. Suçiçəyi keçirmiş insanlarda virus neyronlarda gizli vəziyyətə keçir. Sonradan, həmin insanların 10–20%-də, əsasən yaşlılarda və zəifləmiş immun sistemi hallarında (daha çox stress nəticəsində), o, daha aktivləşə və kəmərləyici dəmrova səbəb ola bilər.

Ətraflı oxu →
Dəri xəstəlikləri

Kəpənək simptomu

Kəpənək simptomu (ing. Malar rash) – SLE-də kəskin fotohəssas dəri zədələnməsinin variantı olub, sistem xəstəliyin aktivliyini göstərir, burun və yanaqlarda eritema (burun-dodaq büküşlərini zədələmir) dəridən qalxan papula və ya pilək, çapıqsız sağalır. Sifətin qızarmasının digər səbəblərinini (rozasea, seboreya, kontakt, atopik, aktinik dermatiti) istisna etmək lazımdır.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Kəskin pankreatit

Kəskin pankreatit — mədəaltı vəzin fermentativ autoliz prosesi nəticəsində ödemi və ya aseptik nekrozu ilə başlayıb ikincili irinli infeksiyanın qoşula bilməsi ilə xarakterizə olunan xəstəlikdir. KP pankreas toxumasının məhəlli və ya diffuz şəkildə destruksiyasına gətirib çıxara bilər ki, bu hal pankreonekroz adlanır. Bu zaman peritonarxası toxumanın da nekrozu müşahidə oluna bilər. Bəzən irinli infeksiyanın qoşulması nekroz sahəsinin absesləşməsinə səbəb olur.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Kəskin qaraciyər çatışmazlığı

Kəskin qaraciyər çatışmazlığı — qaraciyər xəstəliklərinin ilk əlamətlərindən (məsələn, sarılıq) dərhal sonra ciddi ağırlaşmaların meydana çıxmasıdır. Bu hal qaraciyərin ciddi zədələnməsini (qaraciyər hüceyrələrinin öz funksiyalarını 80–90% itirməsi) göstərir. Əsas ağırlaşmalar hepatik ensefalopatiya və zülalın biosintezinin pozulmasıdır (bu, zərdab albumini və qandakı protrombin vaxtı ilə ölçülür). 1993-cü il təsnifatına görə, hiperkəskin 1 həftə ərzində, kəskin 8–28 gün ərzində, subkəskin isə 4–12 həftə ərzində inkişaf edir; həm xəstəliyin nə qədər sürətlə inkişaf etməsi, həm də onun əsas...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Kəskin respirator infeksiyalar

Kəskin respirator infeksiyalar tənəffüs yollarının selikli qışasının zədələnməsi ilə əmələ gələn yoluxucu xəstəliklərdir. Bu cür infeksiyalar əsasən hava-damcı yolu ilə ötürülür, tənəffüs yollarının müxtəlif hissələrinə təsir edir və insanlar arasında sürətlə yayılır. Kəskin respirator infeksiyalar zökəm, faringit, laringit, traxeit, bronxit, bronxiolit, ağciyər iltihabı və bronxopnevmoniya şəklində özlərini göstərirlər. Bu cür xəstəliklərin davam etmə müddəti 30 gündür. Əksər infeksiyalarda xəstəlik öz-özünə sağalır, lakin bəzi hallarda tibbi yardım da tələb oluna bilər. Bu cür xəstəliklər...

Ətraflı oxu →
XBT-10: N30Uroloji xəstəliklər

Kəskin sistit

Kəskin sistit sidik kisəsinin iltihabıdır; əsasən bakterial mənşəlidir. Qadınlarda daha tez rast gəlinir və tez müalicə olunmalıdır.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Kimyəvi yanıqlar

Kimyəvi yanıqlar — turşuların, qələvilərin, ağır metal duzların, yaxud digər kimyəvi aktiv birləşmələrin təsiri nəticəsində baş verən yanıqlar. Kimyəvi yanıqlar "termiki yanıqlar"a nisbətən az rast gəlinir (2,5–5,1% təşkil edir). Kimyəvi yanıqlar adətən, güclü turşu və qələvi olan kimyəvi maddələrin təsirindən baş verir. Təmizləyici maddələr (evdə istifadə olunan ağardıcılar, kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələr və s.) dərini asan zədələyə bilər. Termik yanıqlarında olduğu kimi, bu yanıqlarda da kimyəvi maddə nə qədər güclüdürsə və onunla təmas müddəti nə qədər çoxdursa yanı...

Ətraflı oxu →