Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 179 xəstəlik.
Birincili skleroz xolangit
Birincili skleroz xolangit — səbəbi və mexanizmi dəqiq məlum olmayan xolestatik xəstəlik olub, qaraciyərdaxili və xarici öd yollarında diffuz daralmalara xarakterizə olunur və autoimmun-fibrotik xəstəliklərlə birlikdə rastlana bilir. Çapıq daralmalar 0,5–2 sm uzunluqda olub, əksər hallarda həm daxili, həm də xarici öd yollarını birlikdə tutur, az hallarda isə birini (daxili 30%, xarici –10%) tuta bilir. Daralmalar diffuz şəkildə yerləşir və aralarında sağlam axacaq hissəsi olur. Nəticədə "daralma-genişlənmə" görüntüsü öd yollarında "çərəkə" mənzərəsi yaradır ki, bu da Birincili skleroz xola...
Ətraflı oxu →Böyrək daşı xəstəliyi
Böyrək daşı xəstəliyi – böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. Böyrəkdaşı xəstəliyi (BDX) – maddələr mübadiləsinin müxtəlif endogen və/və ya ekzogen səbəblərdən pozulması xəstəliyidir. Bəzi hallarda irsi xarakter daşıyır, həmin zaman sidik yolları sistemində daşların yaranması ilə səciyyələnir. Bu zaman böyrəklərdə və/və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir. Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər. Bəzi hallarda böyrək daşları özünü heç bir əlamətlə büruzə vermədən uzun müddət mövcud ola bilər. Bu halda onlar digər orqanların...
Ətraflı oxu →Bromizm
Bromizm — brom və ya bromid birləşmələrinin həddindən artıq istifadəsi və ya məruz qalması nəticəsində yaranan bir zəhərlənmə vəziyyəti. Bu vəziyyət, əsasən, bromid dərmanlarının uzun müddətli istifadəsindən və ya bromla zəhərlənmiş məhsullara təmasdan yarana bilər. Bromizm, mərkəzi sinir sistemini, dəri və mədə-bağırsaq sistemini təsir edə bilən ciddi simptomlarla müşahidə olunur.
Ətraflı oxu →Bulimiya nervoza
Bulimiya nervoza və ya sadəcə bulimiya insanın nəzarətsiz, böyük miqdarda yemək yeməsi və bu prosesi saxlamaqda çətinlik çəkməsi ilə xarakterizə olunan xəstəlikdir. Simptomlar adətən erkən yeniyetməlik dövründə müşahidə olunur və əsasən uzun müddətli dietadan sonra başlayır. Yemək prosesi onlarda çox zaman iki saata yaxın bir müddətə davam edir. Bəzi insanlarda isə bu proses qısa fasilələrlə bir neçə gün belə davam edə bilər. Bulimiklər ac olmadığı zaman yeməyə başlayır və proses mədənin tam dolu olmasını hiss edənə qədər davam edir.
Ətraflı oxu →Burun qanaxması
Burun qanaxması (epistaksis) — burun boşluğundan gələn qanın burun dəliklərindən axmasıdır. Burun qanaxmasının ön burun qanaxması və arxa burun qanaxması olmaqla iki növü fərqləndirilir. Ön burun qanaxması ən çox rast gəlinən formadır. Arxa burun qanaxmasına isə nisbətən az rast gəlinir, lakin daha çox tibbi diqqət tələb edir. Bəzən daha ağır hallarda qan gözyaşı kanalı ilə yuxarı qalxaraq göz çuxurundan çölə də axa bilir. Təzə və laxtalanmış qanın mədəyə axaraq ürəkbulanma və qusmaya səbəb olduğu hallara da rast gəlinir. Burun qanaxmaları çox nadir hallarda ölümlə nəticələnir. Məsələn, 199...
Ətraflı oxu →Dempinq sindromu
Dempinq sindromu — mədə-bağırsaq sistemində qidanın çox sürətlə həzm olunması və boşalması nəticəsində yaranan simptomlarla xarakterizə olunan tibbi vəziyyət.
Ətraflı oxu →Diabetik koma
Diabetik koma — qanda tam və nisbi insulin çatışmazlığı nəticəsində şəkərin miqdarının normadan qat-qat artıq olması fonunda meydana çıxan huşsuzluq halı. Bu hal həyat üçün təhlükəli hal olub təcili stasionar müalicə tələb edir. 25% dabetik koma halı gizli sürən və ya şəkərli diabet aşkarlanmamış şəxslərdə rast gəlinir. İnsulin azlığı və ya onun mədəaltı vəzin quyruq payında yerləşən Langerhans adacıqlarında sintezinin pozulması qanda şəkərin miqdarının normadan qat-qat artıq olmasına səbəb olur. Orqanizmin toxuma və hüceyrələri enerji mənbəyi olan şəkəri (qlükozanı) məhz insulin hormonunun...
Ətraflı oxu →Diz qapağının sınıqları
Diz qapağının sınıqları — diz qapağı adətən ona düz istiqamətdə təsir edən zərbədən (yıxılma zamanı) baş verir. Nadir hallarda xarici impuls ilə provokasiya edilmiş, gözlənilmədən, cəld, sərt diz oynağında ayağın bükülməsi nəticəsində ola bilər. Diz qapağının sınıqlarında hərəkət zamanı güclənən ağrı, şişkinlik, diz qapağında aktiv hərəkətin məhdudlaşması meydana çıxır.
Ətraflı oxu →Dubin-Conson sindromu
Dubin-Conson sindromu — genetik patologiya olub ilk dəfə bir-birindən müstəgil olaraq Dubun və Conson tərəfindən 1954-cü ildə təsvir edilmişdir. Dubin-Conson sindromu ömürlük yüngül sarılıqla müşayiət olunan və çox az rast gəlinən qaraciyər patologiyasıdır. Bu xəstəlik zamanı natamam bilirubin mübadiləsi qeyd olunur və xəstənin qanında davamlı hiperbilirubinemiya müəyyən edilir. Yəni bu zaman qanda bilirubin normadan yüksək olur və beləliklə də dəri və selikli qişalarda toplanaraq sarılıq yaradır. Adətən qanda ümumi bilirubinin miqdarı 34–85 mkmol/l olur (Norma: <17 mkmol/l). Bəzən qanda üm...
Ətraflı oxu →Düz bağırsaq polipləri
Düz bağırsaq polipləri — Polip yoğun bağırsağın (kolon və düz bağırsağın) selikli qişasının anomal böyüməsi nəticəsində inkişaf edən və bağırsağın mənfəzinə doğru böyüyən kütlədir.
Ətraflı oxu →Ebşteyn anomaliyası
Ebşteyn anomaliyası nadir anadangəlmə ürək qüsuru, üçtaylı qapaq anomaliyası olub, rastgəlmə tezliyi digər anadangəlmə ürək qüsurları ilə müqayisədə 1%-dir. İlk dəfə 1866-cı ildə patoloq-anatom Ebşteyn tərəfindən izahı verilmişdir. Bu zaman üçtaylı qapağın arxa və arakəsmə qapaqcığı müxtəlif dərəcədə aşağı sürüşmüş ya düşmüş olaraq mədəcik divarına pərçimlənmiş və sağ mədəciyin proksimal hissəsi nazik, məməyəbənzər əzələ və xordalar deformasiyalaşmış olur. Çox vaxt dartılmış açıq qalmış oval dəlik vasitəsilə qulaqcıqlarla rabitədə olur.
Ətraflı oxu →Ekzema
Ekzema (q.yun. ἔκζεμα) — "qaynayıram" deməkdir və ən qədim dəri xəstəliklərindən hesab olunur, və adətən "qotur" kimi adlanır. Lakin buna baxmayaraq dəri xəstəliyi kimi ilk dəfə XIX əsrin əvvəllərində ingilis dermotoloqları Uillen, Beytman, Biyett tərəfindən qeydə alınmışdır. Ekzema – xroniki, residivlərlə müşayiət olunan, dünyanın bütün ölkələrində təsadüf olunan polietioloji allergik dəri xəstəliyidir. Ekzemanın etiologiyası və patogenezi haqqında indiyədək dəqiq bir fikir yoxdur, ancaq bu barədə bir neçə nəzəriyyə mövcuddur. Belə ki, ekzema xəstəliyinin sinir sistemi ilə əlaqədar olmasın...
Ətraflı oxu →Embrion
Embrion — çoxhüceyrəli bir orqanizmin inkişafının başlanğıc mərhələsidir. Ümumiyyətlə, cinsi olaraq çoxalan orqanizmlərdə embrional inkişaf döllənmədən dərhal sonra başlayan və toxuma və orqanlar kimi bədən quruluşlarının meydana gəlməsi ilə davam edən həyat dövrünün bir hissəsidir. Hər bir embrion, ziqot kimi inkişafına, hüceyrələrin birləşməsindən (yəni bir dişi yumurtanın erkək sperma ilə mayalanmasından) əmələ gələn ayrı bir hüceyrə kimi başlayır. Embrional inkişafın ilk mərhələlərində, tək hüceyrəli bir ziqot, hüceyrələrin dolaşığına bənzəyən bir blastula meydana gətirmək üçün parçalan...
Ətraflı oxu →Endokrinologiya
Endokrinologiya (endokrin + ologiya) — endokrin sistemi, onun xəstəlikləri və hormonlar kimi tanınan spesifik ifrazatları ilə məşğul olan biologiya və tibb sahəsi. Endokrinologiya tibbin ən gənc və sürətlə inkişaf edən sahələrindən biridir və endokrin sistemdəki pozuntularla əlaqəli xəstəliklərin müalicəsi ilə məşğul olur. O, həmçinin inkişaf hadisələrinin inteqrasiyası ilə əlaqələndirilir: yayılma, böyümə və differensiasiya, həmçinin maddələr mübadiləsinin psixoloji və ya davranış fəaliyyəti, böyümə və inkişaf, toxuma funksiyası, yuxu, həzm, tənəffüs, ifrazat, əhvali-ruhiyyə, stress, lakta...
Ətraflı oxu →Endometrioz
Endometrioz — endometrium (uşaqlığın daxili təbəqəsi) kimi hüceyrələrin bu təbəqədən kənarda böyüyüb çoxalan geniş yayılmış ginekoloji xəstəlik. Əksər hallarda, reproduktiv yaşda olan qadınlarda inkişaf edir, lakin hərdən bu xəstəliyin halları qızlarda (hətta ilk menstruasiya başlamazdan əvvəl) və yaşlı qadınlarda, menopozdan və menstruasiya dayandırıldıqdan sonra baş verir. Bu toxumada, aylıq qanaxma ilə özünü göstərən normal endometriumda olduğu kimi eyni dəyişikliklər baş verir. Bu kiçik qanaxmalar ətrafdakı toxumalarda iltihaba səbəb olur və xəstəliyin əsas təzahürlərinə səbəb olur: ağr...
Ətraflı oxu →Eyzenmenger sindromu
Eyzenmenger sindromu — anadangəlmə ürək qüsurlarında sistem arterial təzyiqin qüsur dəliyi vasitəsilə ağciyər arteriyasına ötürülməsi nəticəsində meydana çıxan ağciyər arteriyasının hipertenziyasıdır. Bu zaman ağciyərlərin damar sistemində, xüsusilə kiçik diametrli ağciyər arteriolalarında obstruktiv dəyişikliklər (damar divarının gedən struktiv dəyişikliklər nəticəsində qalınlaşması prosesi) gedərək onlarda diffuz daralmalar əmələ gəlir ki, bu da onların qandaşıma funksiyasının pozulmasına gətirib çıxarır. Eyzenmenger sindromunda ağciyər arteriyasındakı təzyiq sistem arterial təzyiqə bərab...
Ətraflı oxu →Fallo tetradası
Fallo tetradası — tez-tez rast gəlinən göy tip – sianotik anadangəlmə ürək qüsuru olub, patanatomiyası Mədəciklərarası çəpərin qüsuru, ağciyər arteriyasının daralması – stenozu, sağ mədəcik çıxacağının obstruksiyası: infundibulyar (25%), valvular (15%) və ya qarışıq (60%) sağ mədəciyin hipertrofiyası və aortanın dekstrapozisiyası – sağa yerdəyişməsi əlamətlərilə səciyyələnir.
Ətraflı oxu →Giqant-hüceyrəli arteriit
Giqant-hüceyrəli arteriit və ya Xorton xəstəliyi – 50 yaşdan yuxarı, xüsusi ilə qadınlarda rast gələn iri damar vaskulitidir, çox vaxt revmatik polimialgiya ilə birgə təsadüf edir. Klinik yeni tip baş ağrıları, çənənin "fasiləli" axsaması (kladikasyon), görmənin pozulması (korluq birdən və ağrısız yaranır və biopsiyanın cavabını gözləmədən yüksək doza QK tələb olunan haldır), EÇS 50 mm/saat yuxarı olması, temporal arteriyada nəbzin zəifləməsi və ya olmaması, sistem əlamətlərlə özünü göstərir. Seroloji analizlər (RF, anti-CCP, ANA) mənfidir. Aortanın zədələnməsi anevrizmaya gətirir və IgG 4-...
Ətraflı oxu →