Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 179 material.

Mədə-bağırsaq xəstəlikləri

Kor həlqə sindromu

Kor həlqə sindromu (ing. blind loop syndrome) – bağırsaq anastomozlarında nazik bağırsaqda staz nəticəsində bakteriyaların sürətlə artması, malabsorbsiya və steatoreya, oynaq sindromu baş verir. Kor ilgək və ya durğun bağırsaq sindromu nazik bağırsaqda bakteriyaların çox artması ilə (bakteriyaların miqdarı >105/ml) əlaqədar meydana çıxan funksional pozğunluqlar (diareya, steatoreya) və malabsorbsiyadır. Malabsorbsiya malnutrisiyaya, sepsisisə və böyrək çatmazlığına gətirib çıxara bilir.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Kron xəstəliyi

Kron xəstəliyi, terminal ileit – mədə-bağırsaq sisteminin ayrı-ayrı sahələrinin iltihabı, qalınlaşması, xoralaşmasıdır. Xroniki formada ağrı, ishal, malabsorbsiya, üveit, oynaq sindromu (iri, asimmetrik, çox vaxti aşağı ətrafların periferik artriti, spondilit, sakroiliit, neqativ RF və ANA, düyünlü eritema) yaranır. Periferik artrit epizodları bağırsaq kəskinləşməsi dövründə olur, halbuki spondilit isə bağırsaq patologiyasının ağırlığından asılı olmayaraq yaranır. Ailə üzvləri arasında Crohn xəstəliyi olan insanlarda xəstəlik 25 dəfə çox rast gəlir. Kron xəstəliyinin Aşkenazi yəhudiləri ara...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Lata

Lata (Malay dilindən götürülmüş bu söz, Azərbaycan dilində qıdıqlanma, qıdıq mənalarını verir) — Cənub-Şərqi Asiya sakinləri arasında baş verən psixopatoloji sindromdur. Sindromun əsas səbəbi insanın yaşadığı güclü stresdir. Lata sindromundan əziyyət çəkən xəstə tutmalar zamanı qışqırır, söyüş söyür, səbəbsiz gülür, ətrafdakı insanların söz və hərəkətlərini təqlid edir. Somatik simptomlara isə ürək hərəkətlərinin artması və həddindən artıq tərləmə aid edilir. Xəstəliyin fizioloji səbəbləri hələ müəyyən edilməmişdir. Lata sindromu qorxudan yaranan xəstəlik hesab olunur və tarixən xəstəlikdən...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Layella sindromu

Layella sindromu — nadir hallarda rast gəlinən, lakin çox ağır keçən allergik reaksiyasıdır. Xəstəliyin aparıcı əlaməti — II dərəcəli yanığın kliniki mənzərəsini xatırladan, dəri təbəqələrinin bir sıra zədələnməsidir: hiperemik (qızarmış) dəri fonunda çox böyük şəffaf yaxud qanlı suluqların əmələ gəlməsi. Dəri dəyişikliklərindən başqa xəstə güclü intoksikasiya və ürək-damar, tənəffüs sistemi tərəfindən pozulmalara məruz qalır. Belə ağır reaksiyalar müxtəlif dərman preparatlarının tətbiqindən sonra baş verə bilər, lakin ən çox Layella sindromunun inkişafı sulfanilamid preparatlarının, yaxud...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Leykoz

Leykoz, leykemiya və ya ağ qan xəstəliyi — sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyi. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında "ağ qan qırmızı qanı yeyir" ifadəsi ilə məşhurdur. Uşaq yaşlarında xərçəng xəstəliyinə tutulanların 35%-i leykoz xəstələridir. Leykozlarda onların formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikulo-endoteli toxuması zədə...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Lyambliyoz

Lyambliyoz — nazik bağırsaqda, bəzən isə öd kisəsində parazitlik edən lyambliyalar tərəfindən törədilən xəstəlik.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Manubriosternal sindrom

Manubriosternal sindrom – döş sümüyünün yuxarı və ya önə yaxın sahədə kəskin ağrı tutmaları ilə özünü göstərir. Bəzən həmən birləşmədə ağrı (hərəkətdə və nə-fəsalmada güclənir) və şişkinlik olur.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Melanoma

Melanoma — Piqment hüceyrələrindən inkişaf edən bədxassəli şiş və xərçəng növüdür. Melanositlər əsasən dəridə yerləşir və dərinin rəngini müəyyən edən melanin piqmentini ifraz edir. Melanoma ən təhlükəli dəri xərçəngi formalarından biri hesab olunur. Onlar adətən dəridə olur, lakin bağırsaqlar və gözlər kimi bədənin digər hissələrində də görülə bilər.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Meningit

Meningit — baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyi. Bütün yaş qruplarında rast gəlinir. Hava-damcı yolu ilə keçir. Bəzi bakteriyalar (meninqokoklar, pnevmokoklar, streptokoklar, haemophilus, vərəm çöpləri, qarın yatalağı çöpləri, listeriyalar), viruslar (enteroviruslar, I və II tip sadə herpes virusu, epidemik parotit virusu, arboviruslar), parazitlər (amöb, malyariya) və göbələklər tərəfindən törədilir. Müxtəlif ağırlıq dərəcələri və təzahürləri (yüngül nazofaringit və meninqokokk gəzdiriciliyindən yayılmış meninqokokkemiya və meninqoensefalitə qədər) olur. Mümkün olan fəs...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Metabolik xəstəliklər

Metabolik xəstəliklər — maddələr mübadiləsinin (metabolizm) normal gedişatının pozulması ilə əlaqəli xəstəliklər qrupunun ümumi adı. Normal maddələr mübadiləsi katabolizm və anabolizm proseslərinin ahəngdar birləşməsindən qaynaqlanır. Metabolik xəstəliklərin səbəbləri irsi metabolik pozuntular, endokrin orqanların xəstəlikləri və ya metabolik əhəmiyyətli orqanların (məsələn, qaraciyər) fəaliyyətindəki digər pozuntular ola bilər, əksər hallarda müəyyən fermentlərin olmaması və ya onların çatışmazlığı ilə əlaqədardır.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Metastatik qaraciyər şişləri

Metastatik qaraciyər şişləri — Qaraciyər orqanizmdə limfa düyünlərindən sonra ən çox metastaz olan orqandır. Metastatik şişlər qaraciyərin birincili bəd xassəli şişlərindən 20 dəfə çox rast gəlir. Mədə-bağırsaq şişlərinin hamısı, diğər şişlərin yarısından çoxu qaraciyərə metastaz verir.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Mədəaltı vəzin xərçəngi

Mədəaltı vəzi xərçəngi və ya pankreatik duktal adenokarsinoma (PDAC) — Pankreas axacağının epitelindən başlanğıc götürən Bəd-xassəli şişdir. Hər il dünyada bu xərçəng səbəbindən 200 mindən artıq insan dünyasını dəyişir. PDAC Amerika və Avropa ölkələrində əsasən 60 yaşdan yuxarı insanlarda müşahidə edilir. Bundan əlavə bu xərçəng növünün risk faktorlarına xroniki pankreatit, siqaretçəkmə də aiddir. Xəstəliyin əsas simptomlarına isə Sarılıqı, qarın və ya bel ağrılarını, istəmədən çəki itirilməsini, iştahasızlığı misal göstərmək olar. PDAC-ın müalicəsində cərrahiyyə, kimyaterapiya və şüa terap...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Mədəaltı vəzi travmaları

Mədəaltı vəzi travmaları — Mədəaltı vəzi travmaları abdominal zədələnmələr arasında 2% halda rast gəlir. Zədələnmələrin 2/3-sini açıq, 1/3-ni isə qapalı travmalar təşkil edir. Mədəaltı vəzi travmaları travmaları adətən çoxlu orqan zədələnmələri ilə birlikdə rast gəlir və xəstələrdə pankreasla yanaşı təxminən 3–4 orqan zədələnir. Açıq travmalarda letallıq 5–15%, atəşli silah yaralanmalarında və qapalı travmalarda isə 50%-ə qədər çatır. Ölüm başlıca olaraq erkən dövrdə qanaxmaya, gec dövrlərdə isə intraabdominal infeksiyaya bağlıdır.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Mədəciklərarası çəpərin qüsuru

Mədəciklərarası çəpərin qüsuru — mədəciklərararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalması, anadangəlmə ürək qüsuru.

Ətraflı oxu →
XBT-10: C16Onkoloji xəstəliklər

Mədə xərçəngi

Mədə xərçəngi — mədənin selikli qişasının epitel hüceyrələrində əmələ gələn bədxassəli şişdir. Əvvəl ümumi zəiflik, iştahın azalması, arıqlama, anemiya, psixi depressiya meydana çıxır. Ağrı sindromu şişin mədənin pilorik və kardial hissəsinə yayıldıqdan sonra əmələ gəlir. Mədə dibinin xərçəngi də uzun müddət simptomsuz gedə bilər. İlk şikayətlər enterokardia tipli agrılar olur. Proses diafraqma və plevraa keçdikdə təkrarlanır. Daha sonra mədə xərçəngi üçün xarakter olan gecikmiş.

Ətraflı oxu →
XBT-10: K25Mədə-bağırsaq xəstəlikləri

Mədə xorası

Mədə xorası — insan xəstəlikləri arasında ən "qoca"sı

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Miller-Diker Sindromu

Miller-Diker Sindromu — anadangəlmə qüsurlarla xarakterizə olunan sindromdur. Doğuş qüsurları körpədə doğulanda tapılan fiziki qüsurlardır və beyin, ürək, ağciyər, qaraciyər, sümük və ya bağırsaq daxil olmaqla bədənin bir çox fərqli hissəsini təsir edə bilər. MDS bitişik gen sindromudur, bir-birinə bitişik çoxsaylı gen lokuslarının silinməsi nəticəsində yaranan bir xəstəlikdir. Xəstəlik 17p xromosomun kiçik qolunun bir hissəsinin (LIS1 və 14-3-3 epsilon genlərini əhatə edən) silinməsi səbəbindən meydana gəlir və bu da qismən monosomiya ilə nəticələnir. Balanssız translokasiyalar ola bilər (...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Minamata xəstəliyi

Minamata xəstəliyi — Yaponiyanın Minamata qəsəbəsindəki xüsusi şirkətə mənsub olan zavod uzun illər yaxındakı körfəzə tərkibində civə olan maye axıtmışdır. Bu maye yerli əhalinin qidasını təşkil edən balıq və xərçəngin orqanizminə keçmişdir. Nəticədə bu qidalardan istifadə edən qəsəbə əhalisininn əsəb sistemi pozulmuş, eşitmə və görmə qabiliyyətini itirimiş, əksəriyyəti iflic vəziyyətinə düşmüş və ölmüşdür. Bu xəstəlik tarixə minamata xəstəliyi kimi daxil omuşdur.

Ətraflı oxu →