Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 179 material.
Pankreatit
Pankreatit(lat. pancreatitis, yun. πάγκρεας — mədəaltı vəzi + -itis — iltihab)- mədəaltı vəzinin iltihabi xəstəliyidir. İki əsas forması var . Kəskin pankreatit və xronik pankreatit. ► Kəskin pankreatit – bu zaman iltihabı proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur. ► Xroniki pankreatit – bu zaman iltihab davamlı xarakter daşıyır. Bu zaman iltihabı proses daha yüngül xarakterli olur, lakin bu iltihabın nəticəsində çapıqlar və digər izlər qala bilər.
Ətraflı oxu →Pellaqra
Pellaqra — nikotin turşusu (bir B qrupu vitamini) və pridoksin (B6 vitamini) çatışmazlığından irəli gələrək dərinin işığın təsirinə məruz qalan yerlərində qızardığı müşahidə edilir. Həmin qızarmış yerlərdə dərinin ən üst təbəqəsi tökülür. Xəstələnmiş şəxsdə ishal da olur.. B3 vitamini ilə kifayət qədər qidalanmadıqda sinir sisteminə təsir edən pellaqra adlı xəstəlik üzə çıxır. Hüceyrələrin oksigendən istifadə edə bilməsi üçün lazımdır. Mədədə həzmin əsasını təşkil edən turşuların əmələ gəlməsini təmin edir.
Ətraflı oxu →Piblokto
Piblokto (pibloktok, həmçinin arktik isteriya kimi tanınır) Eskimoslar arasında və ümumiyyətlə Arktikadan kənarda yaşayan xalqlar arasında tez-tez rast gəlinən mədəniyyətə xas psixotik sindromdur. Əsasən, qadınlarda müşahidə olunub, isterik psixoz vəziyyətidir. Bu zaman xəstə özü və ətrafdakılar üçün irrasional və təhlükəli hərəkətlər edir, psixoz vəziyyəti sonlandıqdan sonra isə etdiklərini unudur. Bəzi iddialar pibloktonun ortaya çıxmasının əsas səbəbini, Uzaq Şimalın aborigen cəmiyyətində qadınların zülm görməsi ilə əlaqələndirirlər. Lakin, bu iddiaların doğruluğu sübut edilməmişdir və A...
Ətraflı oxu →Pika sindromu
Pika sindromu — torpaq, gil, təbaşir, kömür kimi qeyri-qida materialları ilə qidalanma meyli. Adətən bədəndə dəmir, sink, kalsium əskikliyi pika sindromunun yaranmasına səbəb olur. Amma bu cür materialların qəbulu nəinki lazımi elementlər ilə təmir edir, həmçinin qəbizlik, bağırsaqlarda parazit, cinsi istək azalması, müxtəlif zəhərlənmələr və s. hallar ilə nəticələnir.
Ətraflı oxu →Portal hipertenziya
Portal hipertenziya — Portal təzyiq dedikdə, qapı venasındakı qanın damar divarına etdiyi təzyiq nəzərdə tutulur və bu təzyiq qanın splanxik venalardan qaraciyərə və aşağı boş venaya axmasını təmin edən əsas qüvvədir. Normada qapı venası ilə boş vena arasındakı təzyiqlər fərqi 5 mm Hg st. təşkil edir. Bu fərqin 5 mm Hg st.-dan çox olması portal hipertenziya kimi qəbul olunur. Təzyiqlər fərqi 12 mm Hg st.-dan yüksək olduqda isə, varikoz qanaxma riski yaranır.
Ətraflı oxu →Portal vena trombozu
Portal vena trombozu — qapı venasının özündə və ya böyük şaxələrində (çöz və dalaq venaları, sağ və sol Qaraciyər şaxələri) kəskin və ya xroniki şəkildə ortaya çıxan, tam və ya hissəvi trombotik tıxanmadır. Xəstəliyin əsas əlaməti PH olsa da, kəskin və tam tıxanmalarda hepatosellular disfunksiya və digər qastrointestinal əlamətlər də (venoz işemiya) görünə bilər.
Ətraflı oxu →Postxolesistektomik sindrom
Postxolesistektomik sindrom — Cərrahiyyədə ən yanlış anlayışlardan biri "postxolesistektomik sindrom" (PXES) terminidir. Çünki bu anlayışın nə tərifi, nə tərkibi, nədə ki vaxtı dəqiqləşməmişdir. Hətta bu vəziyyətin sindrom olması da şübhəlidir.
Ətraflı oxu →Prostat xərçəngi
Prostat vəzinin xərçəngi — bədxassəli şiş. Dünyada prostat vəzinin xərçəngi ilə xəstələnmə halları xüsusən yaşlı kişilər arasında ilbəil artmaqda davam edir. Hazırkı dövrə qədər, xəstəliyin əmələgəlmə səbəbləri, hələ də dəqiq şəkildə müəyyən edilməmişdir. Həkimlər xəstəliyin əmələ gəlməsində bir sıra əsas risk (təhlükə) faktorlarının olduğunu qeyd edirlər: — yaş faktoru; ən əsas faktor hesab edilir; kişinin yaşı nə qədər çox olarsa, prostat vəzinin xərçənginin inkişaf etməsi təhlükəsi bir o qədər də artmış olur; — kişi cinsiyyət üzvlərinin uzun müddət ərzində mövcud olan müxtəlif iltihabi v...
Ətraflı oxu →Psevdomembranoz kolit
Psevdomembranoz kolit bağırsaq florasının müvazinətinin yatrogen olaraq antibiotik vasitəsilə pozulması nəticəsində lat. Clostridium difficile bakteriyalarının həddsiz çoxalmasından və onların ifraz etdiyi zəhərli toksinlərinin təsirindən meydana çıxmış bir hal, hərarətin qalxması, kəskin qarın ağrıları və ishal, dehidrotasiya (maye itirmə) ilə özünü büruzə verən bağırsaq iltihabıdır.
Ətraflı oxu →Qalxanabənzər vəzin xərçəngi
Qalxanabənzər vəzin xərçəngi — Qalxanabənzər vəzin xərçəngi ABŞ-də bütün kanserlərin 1%-ni təşkil edir, illik rast gəlmə tezliyi 1 milyonda 40 nəfərdir. Hər il 1 milyon nəfərdən 6-sı Qalxanabənzər xərçəngindən vəfat edir. Qalxanabənzər xərçənginin 90–95%-i folikulyar hüceyrələrdən inkişaf edən yüksək differensasiyalı şışlərdir. Bu qrupa papilyar, folikulyar və Hürthle hüceyrəli xərçəng daxildir. Medulyar xərçəng tiroid kanserlərinin 6%-ni (bunların 20–30%-i ailəvi MEN tip 2a və 2b xəstələridir). Anaplastik xərçəng aqressiv bəd xassəlidir və 1 % təşkil edir. Belə xəstələrə ən çox yod çatmazl...
Ətraflı oxu →Qaraciyər absesi
Qaraciyər absesi — Abses qaraciyər toxumasında nekroz, infeksion iltihab və septik əlamətlərlə xarakterizə olunan xəstəlikdir.
Ətraflı oxu →Qaraciyərin alkoqol xəstəliyi
Qaraciyərin alkoqol xəstəliyi — Qaraciyərin alkoqol xəstəliyi qaraciyər hüceyrələrinə etanolun zədələyici təsiri ilə xarakterizə olunur. Bəzi ölkələrdə qaraciyərin alkoqol mənşəli xəstəliyinin yayılma dərəcəsi qaraciyərin başqa xəstəlikləri, məsələn, B və C virus hepatitlərinin rastgəlmə səviyyəsi ilə müqayisə edilə bilər.
Ətraflı oxu →Qaraciyər sirrozu
Sirroz qaraciyərin diffuz fibroz və düyünlərlə yenidən qurulmasıdır. Xroniki hepatit, alkoqol və digər toksik amillər əsas səbəblərdəndir.
Ətraflı oxu →Qaraciyər travmaları
Qaraciyər travmaları — Qaraciyər qarının kut və açıq travmalarında ən çox zədələnən orqanlardan biridir. Qaraciyər zədələnmələrinin müalicə tələb etməyən kiçik hematomalardan başlamış, geniş parenxima destruksiyası və magistral damarların zədələnməsinə qədər dəyişən müxtəlif ağırlıq dərəcələri vardır. Qaraciyər zədələnmələrinin təxminən 80% digər zədələnmələrlə birlikdə rastlanır və təxminən 70–80% yüngül dərəcəli olur. Şübhəsiz ki, zədələnmənin ağırlıq dərəcəsi klinik gedişi və müalicə taktikasını müəyyən edən ən əsas amildir.
Ətraflı oxu →Qaraciyər venaları
Qaraciyər venaları — qaraciyər parenximasında portal elementlərə çəp şəkildə (iki əl barmaqlarının iç-içə keçirilmiş vəziyyətinə bənzər şəkildə) yerləşən damarlar olub, qaraciyərin pay və sektorlarının sərhədlərinin müəyyən olunmasında həlledici rol oynayırlar. İki qrup qaraciyər venaları var: böyük yuxarı venalar və kiçik aşağı venalar.
Ətraflı oxu →Qaraciyər xərçəngi
Qaraciyər xərçəngi dünya üzrə ən çox rast gəlinən 5-ci xərçəng növüdür və ümumilikdə xərçəng səbəbindən olan ölümlərə görə isə 2-ci yerdədir. Qaraciyərin bədxassəli şişləri arasında ən geniş yayılanı hepatosellular karsinomadır (HCC). HCC-dən əlavə qaraciyərin bədxassəli şişlərinə öd yolu xərçəngi və ya digər adı ilə Xolangiosellular karsinoma (CCC) da aiddir. CCC öd yollarından, HCC isə qaraciyər toxumasından yarandıqları üçün qaraciyər xərçəngi dedikdə HCC nəzərdə tutulur.
Ətraflı oxu →Qaraciyər yetməzliyi
Qaraciyər yetməzliyi (QcY) — rezeksiyalardan sonra, xüsusən, sirrotik qaraciyərlərdə aparılan böyük həcmli rezeksiyalardan sonra baş verən, müalicəsi çətin və həyatı təhlükəsi yüksək olan ağırlaşmadır. Bu ağırlaşma rezeksiyalardan sonra təxminən 12% (3–75%) hallarda rast gəlir, 80–90% hallarda ölümlə nəticələnir və rezeksiyalardan sonrakı ölüm hallarının başlıca səbəbidir. Rezeksiyadan sonrakı qaraciyər yetməzliyinin inkişaf mexanizmi tam aydınlaşdırılmamışdır.
Ətraflı oxu →Qastrit
Qastrit — mədənin selikli qişasında iltihabi və ya iltihabi-distrofik dəyişiklikləri ilə müşayiət olunan, adətən uzunmüddətli gedişə malik xəstəliyidir. Qastrit morfoloji diaqnoz sayılır. Həkim, mədə selikli qişasının bioptatının morfoloji tədqiqatı olmadığı hallarda digər müvafiq müayinələrin nəticələrinə və xəstənin şikayətlərinə əsasən ancaq "funksional dispepsiya" diaqnozu qoya bilər. Qastrit gedişinə görə kəskin və xroniki olar bilər. Qarın nahiyəsində təkrarlanan şiddətli ağrı və qusma appendisitin əlaməti ola bilər. Appendisit çox vaxt qastritlə səhv salınır. Müalicə olunmayan append...
Ətraflı oxu →