Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 144 material.

Ürək-damar xəstəlikləri

Beyin xərçəngi

Beyin xərçəngi — keçmişdə beyin toxumasının özünün normal komponentləri (neyronlar, glial hüceyrələr, astrositlər, oliqodendrositlər, ependimal hüceyrələr), limfa toxuması, beynin qan damarları, kəllə sinirləri, beyin qişaları, kəllə, beynin qlandalar formasiyalar (hipofiz və epifiz) və ya başqa bir orqanda yerləşən ilkin şişin metastazı nəticəsində yaranır. Şişin növü onu meydana gətirən hüceyrələr tərəfindən müəyyən edilir. Lokalizasiyadan və histoloji variantdan asılı olaraq xəstəliyin simptomları formalaşır.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Beyker kistası

Beyker kistası və ya dizaltı kista (ing. Baker´s cyst) – diz oynağının arxa səthində sinovial cibdən və ya kapsulanın zəifliyi nəticəsində sinovial membranın qabarmasıdır. Dizaltı çuxurda minimal ağrı ilə gedən şişkinlik yaranır.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Bruton xəstəliyi

Bruton xəstəliyi (Aqammaqlobulinemiya) – I-li humoral immunodefisitdir, B-limfositlərin yetişməsi pozulur, Ig və plazmositlərin olmamasıdır. İlkin əlamətlər 1 yaşa qədər olur, residivləşən infeksiyalar, vaksinasiya nəticəsində şiddətlənmə, autoimmun xəstəliklər, bəd xassəli şişlər, epizodik artrit və ya miqrəedici poliartralgiya.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Büllur xəstəliyi

Tamamlanmamış osteogenez (lat. osteogenesis imperfecta) və ya Büllur – genetik xəstəliklər qrupuna aid olan, sümüklərin həddindən artıq kövrək olması ilə nəticələnən xəstəlik. Xəstələrdə kollagen miqdarı lazım olan qədər deyil, ya da mövcud olan kollagenin tərkibi normaya uyğun olmur. Kollagen maddəsi orqanizimdə mühüm zülal olduğu üçün, onun çatışmamazlğı sümüklərin zəif və kövrək olmasına gətirib çıxardır.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Çəhrayı dəmrov

Çəhrayı dəmrov (lat. Pityriasis rosea) ləkəli səpgilərlə xarakterizə olunan az yoluxucu və allergik bir dəri xəstəliyidir. Xəstəliyin orta müddəti 4 həftədən 6 həftəyə qədərdir, nadir hallarda isə altı aya qədər uzana bilər. Bu infeksiyanın yoluxucu olduğuna dair fikir var, amma bu fikrin doğruluğu nisbidir və ya səhvdir. 10-55 yaş arası insanlar əsasən bu xəstəlikdən təsirlənirlər; xəstəliyin yaranmasına səbəb soyuqdəymə və immunitetin zəifləməsidir.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Dağınıq skleroz

Dağınıq skleroz (lat. sclerosis disseminata) — sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında əlaqəni pozur və bunun nəticəsində bir sıra simptom və sindromlar yaranır. Dağınıq skleroz xronik, vaxtaşırı kəskinləşmə ilə keçən və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir. Xəstəliyin başlanmasından 20 il sonra xəstələrin 60%-i sərbəst hərəkət edə bilmir. Çox hallarda xəstəlik ömrün uzunluğuna o qədər də təsir etmir, lakin nadir hallarda x...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Degenerativ xəstəlik

Degenerativ xəstəlik toxuma və ya orqanlara təsir edən və zamanla daha da pisləşən degenerativ hüceyrə dəyişikliklərinə əsaslanan davamlı prosesin nəticəsidir. Neyrodegenerativ xəstəliklər zamanı mərkəzi sinir sisteminin hüceyrələri fəaliyyətini dayandırır və ya neyrodegenerasiya nəticəsində ölür (məsələn, altsheymer xəstəliyi). Degenerativ xəstəliklərin digər iki ümumi qrupu qan dövranı sisteminə təsir edənlər (məsələn, koronar arteriya xəstəliyi) və neoplastik xəstəliklərdir (məsələn, xərçəng xəstəliyi). Bir çox degenerativ xəstəliklər mövcuddur və bəziləri yaşlanma ilə əlaqələndirilir. B...

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Depersonalizasiya

Depersonalizasiya — psixoloji xəstəlik növü. Bu zaman insan sanki öz şəxsiyyətindən və bədənindən ayrılır, qıraqdan öz hərəkətlərini müşahidə edir və hesab edir ki, bu onun özü deyil və ona müdaxilə edə bilməz. Bəzən xəstə özünü robot və ya kompüter oyununun personajı kimi qəbul edir. Depersonalizasiyaya səbəb olan keçmişdə keçirilən travma və ya beyin şişi belə ola bilər.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Dəri xərçəngi

Dəri xərçəngi (ing. Skin cancer) — dəri xəstəliklərindən biri. Dəri hüceyrələrinin anormal böyüməsi olan dəri xərçəngi ən çox günəşə məruz qalan dəridə meydana gəlir. Ancaq, xərçəngin bu həddən artıq çox görülən növü normal şəraitdə günəş şüasına məruz qalmayan dəri nahiyələrində də meydana gələ bilməkdədir. Dəri xərçənginin bazal hüceyrəli karsinoma, skuamoz hüceyrəli karsinoma və melanoma olmaq üzrə üç əsas növü mövcuddur. Ultrabənövşəyi şüalara (UV-infra qırmızı) məruz qalmağı məhdudlaşdıraraq və ya məruz qalmaqdan imtina edərək dəri xərçəngi riskini azalda bilərsiniz. Dərinizin şübhəli...

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Diatez

Diatez (yun. diáthesis) — insan orqanizmində, daha çox uşaqlıq vaxtında irsi olaraq əmələ gəlmiş pataloji reaksiya və ya xəstəlik. Azyaşlı uşaqlarda allergiya ilkin olaraq özünü diatez şəklində büruzə verir. İlk öncə uşağın üzünün dərisində qızartı və şişkinlik əmələ gəlir, dəri qabıq verir. Bir çox valideynlər bu əlamətlərin meydana gəlməsinə çox diqqətsiz yanaşır, onların gələcəkdə baş verə biləcək ağır xəstəliklərin əvvəli ola biləcəyindən heç şübhələnmirlər də.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Diz qapağının sınıqları

Diz qapağının sınıqları — diz qapağı adətən ona düz istiqamətdə təsir edən zərbədən (yıxılma zamanı) baş verir. Nadir hallarda xarici impuls ilə provokasiya edilmiş, gözlənilmədən, cəld, sərt diz oynağında ayağın bükülməsi nəticəsində ola bilər. Diz qapağının sınıqlarında hərəkət zamanı güclənən ağrı, şişkinlik, diz qapağında aktiv hərəkətin məhdudlaşması meydana çıxır.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Donma

Donma — dəri, dərialtı və daha dərin toxumaların soyuğun təsirindən yerli zədələnməsi. Donmalar zamanı toxumaların nekrozu soyuğun bilavasitə təsiri ilə deyil, yerli qan dövranının və innervasiyanın pozulması ilə şərtlənir: reaktivliyə qədərki dövrdə kapilyarların və kiçik arteriyaların spazmı, reaktiv dövrdə isə onların parezi, yerli qan dövranının zəifləməsi, qan damarlarında staz, kiçik damarlarda tromboz proseslərinin inkişafı. Sonralar damar divarında morfoloji dəyişikliklər başlayır: endotelin şişməsi, endotelial hüceyrələrin plazmatik hüceyrələr tərəfindən hopulması, nekrozun əmələ g...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Düyünlü eritema

Düyünlü eritema (ing. eritema nodosum) – pannikulitin bir növüdür, daha çox 20–45 yaşlı qadınlarda, hiperemiyalı, ağrılı, müxtəlif ölçülü düyüncüklərdir, dərialtı piy toxumasının geniş yayılmış kəskin iltihabıdır. Dəri əvvəl çərhayı və qırmızı, sonra isə qəhvəyi və göyərmiş olur. Ən çox aşağı ərtaflarda (baldırın ön səthində) olur. Bakteriya və göbələk infeksiyaları, vərəm, sarkoidoz, BİX və xərçəng kimi xəstəliklərin ilk əlaməti ola bilər. Əsas xəstəliklə əlaqədar yarandıqda halsızlıq, qızdırma, çəki itirmə, öskürək və sümüklərdə ağrı olur. Sağalma 4–6 həftə ərzində, nadir hallarda xora ya...

Ətraflı oxu →
Endokrin xəstəliklər

Düyünlü zob

Düyünlü zob və ya qalxanabənzər vəzin düyünləri — adətən normal qalxanabənzər vəz daxilində əmələ gələn düyünlərdir (toxuma və ya mayenin yüksəlmiş sahələri). Onlar hiperplastik və ya şiş ola bilər. Qalxanabənzər vəzin şişlərinin yalnız kiçik bir hissəsi bədxassəli olur. Zobda kiçik, asimptomatik düyünlər tez-tez rast gəlinir və çox vaxt nəzərə çarpmır. Böyüyən və ya simptomlar yaradan düyünlər tibbi yardıma ehtiyac duya bilər. Zob uninodulyar — bir düyünlü, multinodulyar — çox düyünlü - və diffuz ola bilər.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Ekxondroma

Ekxondroma (ing. ecchondroma) – xoşxassəli qığırdaq şişi.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Ekzema

Ekzema (q.yun. ἔκζεμα) — "qaynayıram" deməkdir və ən qədim dəri xəstəliklərindən hesab olunur, və adətən "qotur" kimi adlanır. Lakin buna baxmayaraq dəri xəstəliyi kimi ilk dəfə XIX əsrin əvvəllərində ingilis dermotoloqları Uillen, Beytman, Biyett tərəfindən qeydə alınmışdır. Ekzema – xroniki, residivlərlə müşayiət olunan, dünyanın bütün ölkələrində təsadüf olunan polietioloji allergik dəri xəstəliyidir. Ekzemanın etiologiyası və patogenezi haqqında indiyədək dəqiq bir fikir yoxdur, ancaq bu barədə bir neçə nəzəriyyə mövcuddur. Belə ki, ekzema xəstəliyinin sinir sistemi ilə əlaqədar olmasın...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Faringit

Faringit — udlaq kimi tanınan boğazın arxa hissəsinin iltihabı. Adətən boğaz ağrısı və qızdırma ilə nəticələnir. Digər simptomlar arasında burun axması, öskürək, baş ağrısı, udma çətinliyi, limfa düyünlərinin şişməsi və boğuq səs ola bilər.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Fibrosarkoma

Fibrosarkoma (ing. fibrosarcoma) – fibroblastlardan əmələ gələn BT bəd xassəli şişidir.

Ətraflı oxu →