Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 144 material.
Qaraciyər xərçəngi
Qaraciyər xərçəngi dünya üzrə ən çox rast gəlinən 5-ci xərçəng növüdür və ümumilikdə xərçəng səbəbindən olan ölümlərə görə isə 2-ci yerdədir. Qaraciyərin bədxassəli şişləri arasında ən geniş yayılanı hepatosellular karsinomadır (HCC). HCC-dən əlavə qaraciyərin bədxassəli şişlərinə öd yolu xərçəngi və ya digər adı ilə Xolangiosellular karsinoma (CCC) da aiddir. CCC öd yollarından, HCC isə qaraciyər toxumasından yarandıqları üçün qaraciyər xərçəngi dedikdə HCC nəzərdə tutulur.
Ətraflı oxu →Qardner sindromu
Qardner sindromu (ing. Gardner's syndrome) – triadalı autosom-dominant xəstəlikdir: çoxsaylı osteomalar, yumşaq toxumalar və yoğun bağırsağın şişləri və poliplərlə xarakterizə olunur.
Ətraflı oxu →Qəbizlik
Qəbizlik — Qəbizlik nadir və ya çətin bağırsaq hərəkətlərinə aiddir. Nəcislər çox vaxt sərt və quru olur. Digər simptomlar arasında qarın ağrısı, şişkinlik və bağırsaqların tam boşalmadığı hissi ola bilər. Qəbizliyin ağırlaşmalarına hemoroid, anal fissura və ya nəcisin tıxanması daxil ola bilər. Böyüklərdə bağırsaq hərəkətlərinin normal tezliyi həftədə üç dəfədir. Körpələr gündə üç-dörd dəfə, kiçik uşaqlar isə gündə iki-üç dəfə nəcis edirlər. Qəbizliyin bir çox səbəbi var. Ümumi səbəblərə nəcisin yavaş hərəkəti, bağırsaq sindromu və çanaq dibinin pozulması daxildir. Əsas müşayiət olunan xəs...
Ətraflı oxu →QİÇS
QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu; ing. Acquired Immune Deficiency Syndrome) insanda HİV-infeksiyasının səbəb olduğu immunsisteminin zəifləməsi nəticəsində ortaya çıxan simptomların kombinasiyasını ifadə edir. Xəstələrdə həyatı təhdid edən opportunistik infeksiyalara və bədxassəli şişlərə səbəb olur. QİÇS 1 dekabr 1981-ci ildə müəyyən simptomlar toplusunun QİÇS olaraq müəyyənləşdirilməsindən sonra ABŞ Xəstəliklərin İdarə olunması və Müalicəsi Mərkəzləri (CDC) tərəfindən özlüyündə bir xəstəlik olaraq qəbul edildi. QİÇS-ə gətirib çıxara bilən HİV cinsi yolla keçən xəstəliklərə aidd...
Ətraflı oxu →Qida çatışmazlığı
Qida çatışmazlığı — qeyri-kafi qidalanma (natamam və ya qismən aclıq) nəticəsində yaranan bir sıra şərtləri əhatə edən ümumi termin. Uzun müddət davam edən qida çatışmazlığının əlamətləri zəiflik, arıqlıq, anemiya və tez-tez qarında şişkinlikdir. Qida çatışmazlığı adətən inkişaf etməkdə olan ölkələrdə yoxsulluqla əlaqələndirilir. Bununla belə, qida çatışmazlığı inkişaf etmiş ölkələrdə də müşahidə edilir və özünü artıq çəkidən əziyyət çəkən insanların faizinin artmasında göstərir. Ümumi aclıq çox vaxt distrofiyaya və kvaşiorkaya (qidada zülal çatışmazlığı fonunda ağır distrofiyanın bir növü)...
Ətraflı oxu →Qızıl yel xəstəliyi
Qızıl yel xəstəliyi — dərinin kəskin infeksion iltihabi xəstəliyi. Əsasən aşağı ətraflarda qızartılı və ağrılı şişmə ilə özünü göstərir. Müdaxilə edilmədiyi təqdirdə proqressiv seyir göstərərək həyati təhlükəli fəsadlar verir.
Ətraflı oxu →Qlükaqonoma
Qlükaqonoma — mədəaltı vəzinin alfa hüceyrələrinin çox nadir bir şişidir və qlükaqon hormonunun həddindən artıq istehsalı ilə nəticələnir. Adətən nekrolitik köçəri eritema kilo itkisi və yüngül şəkərli diabet ilə əlaqəli olan qlükaqonomlu insanların əksəriyyətində kortəbii şəkildə büruzə verir. Bununla belə, halların təxminən 10%-i çoxsaylı endokrin neoplaziya tip 1 (MEN-1) sindromu ilə əlaqələndirilir.
Ətraflı oxu →Qulaqdibi xəstəliyi
Qulaqdibi xəstəliyi və ya parotit – viruslar vasitəsilə yayılan kəskin infeksiyalı xəstəlik. Əsasən uşaqlarda və yeniyetmələrdə rast gəlinir. Adından da göründüyü kimi qulaqdibi xəstəliyi qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərinin şişməsi nəticəsində yaranan bir virus xəstəliyidir. Bu xəstəliyin virusu orqanizmə daxil olduqdan 10–18 gün sonra xəstəlik ortaya çıxır. Xəstəliyə kişilərdə qadınlara nisbətən daha tez-tez rast gəlinir.
Ətraflı oxu →SAPHO sindromu
SAPHO sindromu – S-sinovit (iri oynaqların oliqoasimmetrik artriti, birtərəfli sakroiliit), A – acne, P – pustulosis (pustulyoz psoriaz, ovuc-pəncə pustulyozu və ya irinli adenit), H – hiperostoz (xüsusilə döş qəfəsinin ön səthi körpücük-akromion hiperostozu ilə), O – osteit (simfizin birləşməsi, sakroiliit, spondilodissit). Aseptik artrit müxtəlif dəri elementləri ilə gedir. Törədici kimi Propionibacterium acnes güman edilir. HLA-B27 xəstələrin bir qismində pozitiv olur.
Ətraflı oxu →Sarkoma
Sarkoma — bədxassəli şişdir, mezenximal (birləşdirici toxuma) mənşəli hüceyrələrdən yaranan xərçəng növüdür. Birləşdirici toxuma sümük, qığırdaq, əzələ, yağ, damar və ya digər struktur toxumaları əhatə edən geniş bir termindir və sarkomalar bu toxumaların hər hansı birində yarana bilər. Nəticədə, şişin yarandığı xüsusi toxuma və hüceyrə növünə görə təsnif edilən sarkomanın bir çox alt növləri var. Sarkomalar ilkin birləşdirici toxuma şişləridir, yəni birləşdirici toxumalarda yaranır. Bu, bədənin başqa yerindən (məsələn, ağciyər, döş toxuması və ya prostat vəzi) xərçəngin birləşdirici toxuma...
Ətraflı oxu →Sarkoma Yuinq
Sarkoma Yuinq (ing. Ewing´s sarcoma) – sümüyün birincili bəd xassəli şişi olub, birbaşa sümük hüceyrələrindən yaranır.
Ətraflı oxu →Sarkopsilloz
Sarkopsilloz və ya tungiaz (lat. Sarcopsyllosis, Tungiasis, "Nigua", "Pique" kimi tanınır) dermatofiliazlar qrupundan olan tropik parazitar xəstəlik olub, dərinin zədələnmiş yerində qaşınma və ağrı ilə xarakterizə olunur."Pio and bicho de pie", "Pique" Xəstəliyə Afrikanın, Karib dənizinin, Mərkəzi və Cənubi Amerikanın, Hindistanın tropik bölgələrində yaşayan Tunqa cinsinə mənsub kiçik (bədən ölçüsü təxminən 1 mm) dişi birələr səbəb olur. Tungiasis dərinin iltihabına, şiddətli ağrıya, qaşınmaya və zədələnmiş hissədə yaraya səbəb olur. Şişmiş qırmızı yaranın mərkəzində qara nöqtə yaranır, ətr...
Ətraflı oxu →Sepsis
Sepsis — yunan sözü olub, mənası "çürümə" deməkdir. Qədim yunan alimləri sepsis zamanı qanın çürüdüyünü düşünürdü. Bu səbəbdən irinli infeksiyaya sepsis deyirdilər. Sepsis, infeksion xəstəlik törədicilərinin səbəb olduğu nizamsız sistemli immun reaksiyası nəticəsində yaranan və həyat üçün təhlükəli olan poli-orqan çatışmazlığıdır. Bu vəziyyət adətən bakteriyalar tərəfindən törədilir, lakin viruslar, göbələklər və ya parazitlər də səbəb ola bilər. Sepsisin tərifi vahid deyil və davamlı müzakirə mövzusudur. Sepsisin köhnə tərifləri əsasən qan dövranında xəstəlik törədicilərinin aşkarlanmasına...
Ətraflı oxu →Septik artrit
Septik artrit, infeksion artrit – ən çox fiziki yükə məruz qalan iri oynaqların, xüsusilə diz oynağında qəflətən başlayan şişkinlik və yüksək temperatur və bir oynağın zədələnməsi ilə gedən haldır.
Ətraflı oxu →Sfinqolipidoz
Sfinqolipidozlar (ing. sphingolipidosis sözündən götürülmüşdür) sfinqolipid metabolizmasının pozulması nəticəsində əmələ gələn lizosomal toplanma xəstəliklərinin, lipidlər xəstəlikləri (lipidozlar) sinfinə aid edilir. Bu qrupun əsas nümayəndələri Nimann-Pik xəstəliyi, Fabry xəstəliyi, Krabbe xəstəliyi, Qoşe xəstəliyi, Tay-Sachs xəstəliyi və metaxromatik leykodistrofiyadır. Bu xəstəliklər autosomal resessiv şəkildə ötürülən xəstəliklər hesab edilir. Bu xəstəliklərdən biri olan Fabri xəstəliyi X xromosomu ilə resessiv ötürülən, çox nadir rast gəlinən genetik xəstəlikdir.
Ətraflı oxu →Simulyasiya
Simulyasiya (lat. simulatio — görünmə, iddia) — vəzifədən və ya işdən azad olmaq, həbsdən yayınmaq, dərman qəbul etmək və həbs cəzasını yüngülləşdirmək kimi arzu olunan nəticəyə nail olmaq üçün nəzərdə tutulmuş fiziki və ya psixoloji simptomların uydurulması, simulyasiyası və ya şişirdilməsi. Simulyasiya tibbi diaqnoz olmasa da, "klinik diqqət mərkəzi" və ya "sağlamlıq xidmətləri ilə əlaqə səbəbi" kimi qeyd edilə bilər. Həm ICD-10 (Xəstəliklərin və əlaqəli sağlamlıq problemlərinin Beynəlxalq Statistik Təsnifatı), həm də DSM-5 (Diaqnostik və Statistik Manual) tərəfindən kodlanır. Simulyatorl...
Ətraflı oxu →Sippl sindromu
Sippl sindromuna (MEN II, MEN IIa) — qalxanabənzər vəzin xərçəngi (tirokalsitonin istehsal edən C-hüceyrəli karsinoma), ikitərəfli feokromositoma və hiperparatireoz (paratiroid bezlərinin hiperplaziyası və ya adenomatozu) daxildir. Dərinin amiloidozu və Hirşprung xəstəliyi ilə kombinasiyaları da mövcuddur.
Ətraflı oxu →Şiş
Şiş (lat. oedema) — orqanlarda, orqanizmin hüceyrədənkənar toxuma boşluqlarında mayenin həddindən artıq yığılması. Çox vaxt ayaqlara və qollara təsir göstərir.
Ətraflı oxu →