Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 144 material.

Ürək-damar xəstəlikləri

Sklerodermiya

Sklerodermiya — dəri, qan damarları, əzələlər və daxili orqanlarda dəyişikliklərə səbəb ola bilən bir qrup autoimmun xəstəlik. Xəstəlik sadəcə dəri ilə də lokalizasiya ola və ya digər oqranlara da yayıla bilər. Sklerodermanın simptomları vəziyyətin növündən və şiddətindən asılı olaraq dəyişə bilər. Sklerodermanın ən çox görülən simptomlarından biri dərinin, xüsusən də barmaqlarda, əllərdə, üzdə və ayaqlarda qalınlaşması və sərtləşməsidir. Dəri daha parlaq və sıx görünə bilər. Həmçinin soyuq temperatur və ya stresə cavab olaraq əl və ayaq barmaqlarında olan qan damarlarının daralması halı, ə...

Ətraflı oxu →
XBT-10: C50Onkoloji xəstəliklər

Süd vəzisi xərçəngi

Süd vəzisi xərçəngi qadınlarda ən çox rast gəlinən onkoloji xəstəliklərdəndir. Mamografiya skrininqi və özünümüayinə erkən aşkarlamaya kömək edir.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Süd vəzi xərçəngi

Süd vəzi xərçəngi — insanın süd vəzisinin toxumalarında meydana gələn xərçəng xəstəliyi növü. Başlıca qadınlarda meydana gəlir; xəstələrin yalnız 1%-i kişilərdir. Qərb ölkələrində süd vəzisi xərçəngi qadınlarda ən çox rast gəlinən xərçəng növüdür. Əksərən xəstələnmələr sporadik meydana çıxır, amma anadangəlmə və qazanılma risk faktorları da mövcuddur. Sağalmayla yanaşı süd vəzisinin saxlanması və hər şeydən əvvəl həyat keyfiyyəti tibbi müalicənin əsas hədəfidir. Müalicə bir qayda olaraq cərrahi əməliyyat, kimyəvi terapiya, hormonal terapiya və şüa terapiyasının xastəliyin stadiyasına uyğun...

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Sümük şişi

Sümük şişi termini həm xoşxassəli, həm də bədxassəli sümük şişləri üçün istifadə edilən bir termindir. Lakin, daha çox osteosarkoma və ya osteoma kimi ilkin sümük şişləri üçün də istifadə olunur. Bəzi hallarda bu termin ikincili, metastatik sümük şişlərini də təsvir edir (məsələn, neyroblastomadan metastazlar, prostat xərçəngi və s.). Sümük xərçəngi isə bu xəstəliyə qoyulan səhv adlandırma hesab edilir.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Svit sindromu

Svit (Sweet) sindromu — Nadir bir dəri xəstəliyi. Yüksək hərarət, yüksəlmiş ağ qan hüceyrə sayı və dəridə şişkin, qırmızı, papul və plakatlarla xarakterizə olunur. Histoloji müayinədə, "neytrofil qranulosit"lərinin sıx infiltratları görünür.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Təbii çiçək

Təbii çiçək və ya kiçikçiçək (ing. smallpox) — Orthopoxvirus cinsinə aid olan variola virusunun (çox vaxt çiçək virusu adlanır) yaratdığı yoluxucu xəstəlik. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz vasitəsilə yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək hərarətinə, baş ağrısına, bel ağrısına, yaddaşın depressiyasına səbəb olur. 2–3 gündən sonra bədəndə, xü...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Tinnitus

Tinnitus — xaricdə səs olmadan qulaqlarda səsin- küyün eşidilməsidir. Tinnitus özlüyündə xəstəlik olmayıb , bir neçə səbəbdən meydana çıxa bilən simptomdur . Qulaqlarda küy baş və qulaq travmaları, qulaqda iltihabi proseslər, beyin qan damarlarının ateroskleroz nəticəsində patoloji daralması (belə daralma baş beyində qan dövranının pozulmasına gətirib çıxardır. Beyin damarlarının ateroskleroz xəstəliyi insult kimi ağır pozulmanın inkişafına səbəb ola bilər.), vestibulyar apparatının fəaliyyətində pozulmalar, boyun osteoxondrozu, nevroz, stress, həddən artıq yorğunluq, eşitmə apparatında yaş...

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Titse sindromu

Titse sindromu (ing. Tietze´ s syndrome), xondrit qabırğa (ing. costochondritis) – əvvəlcədən qısamüddətli qızdırmadan sonra qabırğa qığırdaqlarının döş sümüyü kənarına birləşdiyi (xüsusi ilə II–IV qabırğanın sol kənarı) yerdə ağrılı şişkinlik yaranır.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

TRAPS sindrom

TRAPS sindrom – şiş nekrozu faktoruna qarşı reseptorla assosiasiya olunmuş autoiltihabi periodik sindrom – əvvələr ailəvi İrland qızdırması adlanırırdılar, adətən uşaqlar xəstələnir, 5 gündən çox qızdırma, miqrəedici eritema, artralgiya, mialgiya, gözün zədələnməsi, serozitlər (daha çox peritonitlər), kolxisinin effektsiz və QK effektli olması.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Trombotik trombositopenik purpura

Trombotik trombositopenik purpura, TTP, Eli Moschcowitz sindromu – birincili və ikincili (immunodepressiv dərmanlar, xərçəng, HİV infeksiyası, ağır hamiləlik, Eschericha coliyə bağlı hemorragik kolit). Letallıq yüksəkdir. 5 əlaməti var: qızdırma, mental status pozulması, böyrək zədələnməsi, hemolitik anemiya, trombositopeniya. İdiopatik ola və SLE-də yarana bilər (bu kəskin TTP adlanır) və bu əsas xəstəliyin kəskinləşməsi kimi qəbul edilə bilər. Periferik qanda şistositlərin tapılması, komplementin normal səviyyəsi və ADAMTS13 aktivliyinin aşağı olması və ya ona qarşı AT aşkarı SLE üçün xar...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Tromboz

Tromboz (thrombōsis "laxtalanma" ← q.yun. θρόμβος "laxta") — qan damarlarının içərisində qan laxtalarının (trombların) ömür boyunca formalaşması prosesi olub, qanın sərbəst axınını əngəlləyir. Tromboz həm bədənin qoruyucu mexanizmi, həm də patoloji proses ola bilər. Birinci halda, tromboz qanaxmanın dayandırılmasına kömək edir: qan damarı zədələndikdə qan laxtalanma sistemi aktivləşir, qan laxtası (tromb) əmələ gəlir, damar divarındakı qüsuru örtərək qan itirilməsinin mexaniki olaraq qarşısını alır. İkinci halda, tromboz müxtəlif xəstəliklərin və patoloji vəziyyətlərin gedişatını çətinləşdi...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Uşaqlıq boynu xərçəngi

Uşaqlıq boynu xərçəngi, uşaqlıq ağzı xərçəngi, serviks xərçəngi və ya servikal xərçəng — bütün dünyadakı qadın xərçəngləri arasında döş və bağırsaq xərçəngindən sonra 3. sıxlıqda görülən xərçəng tipidir. Uşaqlıq boynu xərçəngi qadın artıma orqanlarından biri olan rəhmin (uterus) ağız qismi olan rəhm ağzının (serviks) normal xarici inkişaf nəticəsində yaranan pis xasiyyətli şişinə verilən addır. Ancaq darama testlərini məşhur olaraq istifadə edərək serviks xərçənginin görülmə sıxlığını və bu xərçəngə bağlı ölüm nisbətlərini azaltmaq mümkündür. Uşaqlıq ağzının səthini yaradan hüceyrə təbəqəsi...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Vena kava kompression sindrom

Vena kava kompression sindrom və ya Hamiləlikdə hipotoniya sindromu hamiləlik zamanı dölün eyni zamanda uşaqlığın böyüyərək aşağı boş venanı sıxaraq, qanın ürəyə axınına maneə törətməsindən meydana çıxan hamiləlik fəsadı olan şok vəziyyəti. Bu halı qarın boşluğunda sürətlə inkişaf edən irihəcmli şiş toxuması da yarada bilər. Bu hal əsasən hamiləliyin sonuna yaxın özünü büruzə verir. Bu zaman hamilə qadınlar arxası ustə uzana bilmirlər. Ürəkdöyünmə, tənginəfəslik, ürəkbulanma, qan təzyiqinin kəskin düşməsi, dəri və selikli qişaların avazıması və göyərməsi, soyuq tərbasma, huşun qaralması bu...

Ətraflı oxu →
Tənəffüs sistemi xəstəlikləri

Vərəm

Vərəm infeksion xəstəlik olub, adətən, Mycobacterium tuberculosis bakteriyası tərəfindən törədilir. Xəstəlik əsasən ağciyərlərə təsir edir, ancaq vücudun başqa hissələrinə də təsir edə bilir. Yoluxmuş fərdlərin çoxu heç bir simptom göstərmir. Simptomsuz orqanizmlərin 10%-ində xəstəlik aktiv mərhələyə keçir və müalicə olunmazsa, yarısı ölür.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Xərçəng xəstəliyi

Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərilməlidir].

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Xolangiokarsinoma

Xolangiokarsinoma — öd axacaqları epitelindən inkişaf edən bəd xassəli şişdir. İnkişaf etdiyi yerə görə intrahepatik və ekstrahepatik (xoledox xərçəngi) növləri vardır. İntrahepatik xolangiokarsinoma qaraciyərin birincili bəd xassəli şişləri arasında hepatosellular xərçəngdən sonra ikinci yerdə durur.

Ətraflı oxu →
XBT-10: C18Onkoloji xəstəliklər

Yoğun bağırsaq xərçəngi

Yoğun bağırsaq (kolorektal) xərçəngi tez-tez poliplərdən inkişaf edir. Kolonoskopiya skrininqi ilə poliplər çıxarılaraq xərçəngin qarşısı alına bilər.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Zollinger-Ellison sindromu

Zollinger-Ellison sindromu — Qastrinoma G hüceyrələrinin şişi olub, aşırı qastrin ifraz edir, mədə turşusu hipersekresiyası, mədə və 12 barmaq bağırsaq xoraları törədir, əksər hallarda bəd xassəlidir. Qastrinoma pankreasın adacıq şişləri arasında insulinomadan sonra ikinci yerdə durur. Adacıqların bədxassəli şişlərindən və I tip MEN-də ən çox rast gələndir.

Ətraflı oxu →