Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 154 material.

Ümumi tibbi vəziyyətlər

Axiliya

Axiliya (yun. a + yun. χυλός – şirə) – mədə şirəsində xlorid turşusu və pepsin fermentinin olmaması ilə səciyyələnən patoloji vəziyyət. Axiliya mədənin vəzi apratının anadan gəlmə funksional zəifliyi, mədənin selikli qişasının xəstəliyi (atrofik qastritdə mədə vəzilərinin zədələnməsi) və ya başqa xəstəliklərin (intoksikasiyalar, anemiyanın bəzi formaları, sinir sisteminin funksional xəstəlikləri və s.) təzahürüdür.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Baş ağrısı

Baş ağrısı və ya başağrısı — Hər bir insan həyatının bu və ya digər anında qisaca da olsa baş ağrısı ilə qarşılaşır. Nüfuzlu bir Amerika İnstitutu tərəfindən aparılan sorğuda müəyyən edilib ki, iştirak edən hər dörd nəfərdən üçü keçən bir il ərzındə bir dəfə də olsa baş ağrısından şikayətlənib. Baş ağrısı diqqət mərkəzində saxlanılmalı bir şikayətdir və etinasız münasibət ciddi fəsadlarla nəticələnə bilər. Baş ağrıları fərqli səbəblərdən əmələ gəlir və sağlamlıq üçün təhlükə dərəcəsi də fərqli ola bilir. Odur ki, istənilən baş ağrısı epizoduna ciddi yanaşmaq və onun requlyar xarakter alması...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Behçet xəstəliyi

Behçet xəstəliyi — ağız boşluğu və cinsiyyət orqanlarının selikli, gözün ağlı qişasının residiv verən xroniki xəstəliyi. Etiologiyası məlum deyildir. Türk dermatoloqu H.Behçet müəyyən etdiyinə görə, onun adı ilə adlanır. Əla­mətləri: ümumi narahatlıq, temperatu­run yüksəlməsi, revmatoid xarakterli ağrılar, müxtəlif böyüklükdə eroziya və xoralar və s. ağız boşluğunda xəstəliyin klinik gedişi aftoz stomatit tipli olur, bəzən tez partlayan suluqlar əmələ gəlir. Ağrının təsirindən xəstənin qida qəbulu və danışığı çə­tinləşir. Suluqlar partladıqdan son­ra yerində səthi eroziya izləri qalır. Behç...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Behr sindromu

Behr sindromu — əsasən uşaqlıq dövründə özünü göstərən nadir nevrogenetik pozğunluq. Bu sindrom ilk dəfə 1909-cu ildə Almaniya oftalmoloqu Karl Behr tərəfindən təsvir edilmişdir. Behr sindromu optik atrofiya (görmə sinirlərinin degenerasiyası) və nevroloji simptomlarla (məsələn, ataksiya, spastik parapareziya) xarakterizə olunur.

Ətraflı oxu →
Endokrin xəstəliklər

Bell iflici

Bell iflici (nervus facialis) — periferik iflic. Üz sinirinin periferik iflici olan xəstələrdə bir neçə gün ərzində alın da daxil olmaqla üzün bir hissəinin — unilateral — iflici inkişaf edir. Həmin xəstələrdə digər nevroloji pozuntular adətən müşahidə edilmir. Simptomar adətən ilk həftə ərzində zirvəyə çatır və növbəti həftələr və bir neçə ay ərzində tədricən aradan qalxır. Bell iflic diabeti olan xəstələr arasında daha çox yayılmışdır. Üz sinirinin periferik iflicinə istənilən yaşda olan xəstələr məruz qalmasına baxmayaraq, Bell iflici 35–45 yaşında olan xəstələrdə daha çox yayılmışdır. Ü...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Benedikt sindromu

Benedikt sindromu — beyin sapının orta beyin bölgəsində zədələnməsi nəticəsində meydana gələn nevroloji pozuntu. Bu sindrom ipsilateral okulomotor iflic, kontralateral tremor və kontralateral hemipareziya kimi əsas əlamətlərlə xarakterizə olunur.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Beyin qansızması

Beyin qansızması və ya Hemorragik insult — qeyri-travmatik beyin qansızması daha çox (60% hallarda) arterial hipertenziyanın fəsadı kimi baş verir. Hipertenziv beyindaxili qansızma başlıca olaraq, beynin perforasiyaedici arteriyaları hövzəsində — bazal nüvələr – (50%), talamus (15%), beynin ağ maddəsi (15%), körpü (10%) və beyincik (10%) hövzəsində lokallaşır. Beyin qansızmasının başqa bir səbəbi aretriovenoz malformasiyanın (AVM) yırtılması və ya kisəli anevrizmadır. AVM zamanı hematomalar əsas baş beyinin ağ maddəsində və ya bazal nüvələrdə lokallaşır. Ahıl yaşlarda əsas səbəb isə amiloid...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Beyin xərçəngi

Beyin xərçəngi — keçmişdə beyin toxumasının özünün normal komponentləri (neyronlar, glial hüceyrələr, astrositlər, oliqodendrositlər, ependimal hüceyrələr), limfa toxuması, beynin qan damarları, kəllə sinirləri, beyin qişaları, kəllə, beynin qlandalar formasiyalar (hipofiz və epifiz) və ya başqa bir orqanda yerləşən ilkin şişin metastazı nəticəsində yaranır. Şişin növü onu meydana gətirən hüceyrələr tərəfindən müəyyən edilir. Lokalizasiyadan və histoloji variantdan asılı olaraq xəstəliyin simptomları formalaşır.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Birincili skleroz xolangit

Birincili skleroz xolangit — səbəbi və mexanizmi dəqiq məlum olmayan xolestatik xəstəlik olub, qaraciyərdaxili və xarici öd yollarında diffuz daralmalara xarakterizə olunur və autoimmun-fibrotik xəstəliklərlə birlikdə rastlana bilir. Çapıq daralmalar 0,5–2 sm uzunluqda olub, əksər hallarda həm daxili, həm də xarici öd yollarını birlikdə tutur, az hallarda isə birini (daxili 30%, xarici –10%) tuta bilir. Daralmalar diffuz şəkildə yerləşir və aralarında sağlam axacaq hissəsi olur. Nəticədə "daralma-genişlənmə" görüntüsü öd yollarında "çərəkə" mənzərəsi yaradır ki, bu da Birincili skleroz xola...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Blefarospazm

Blefarospazm (yun. βλέφαρον - göz qapağı və σπασμός - spazm) — gözün dairəvi əzələsinin hər hansı anormal daralması. Blefarospazm miokimiya və ya fassikulyasiya kimi tanınan göz qapaqlarının daha çox yayılmış və daha yüngül qeyri-iradi titrəməsindən ayırmaq lazımdır. Əksər hallarda blefarospazm simptomları bir neçə gün davam edir və sonra müalicə olunmadan yox olur, lakin bəzi hallarda seğirmələr xroniki və qalıcı olur və ömürlük problemlər yaradır. Blefarospazm 2 növ olur: essensial (əsas) və reflektor. Xoşxassəli əsas blefarospazm (BEP) fokal distoniyadır, göz ətrafında qeyri-iradi və dav...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Bromizm

Bromizm — brom və ya bromid birləşmələrinin həddindən artıq istifadəsi və ya məruz qalması nəticəsində yaranan bir zəhərlənmə vəziyyəti. Bu vəziyyət, əsasən, bromid dərmanlarının uzun müddətli istifadəsindən və ya bromla zəhərlənmiş məhsullara təmasdan yarana bilər. Bromizm, mərkəzi sinir sistemini, dəri və mədə-bağırsaq sistemini təsir edə bilən ciddi simptomlarla müşahidə olunur.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Bruksizm

Bruksizm — dişləri sıxmaq və ya qıcamaq vərdişi. Bu vəziyyət adətən gecə yatarkən, şüursuz şəkildə baş verir. Bruksizm, stres, narahatlıq, diş düzülüşü problemləri və ya yuxu pozuntuları ilə əlaqəli ola bilər. Uzun müddət davam edərsə, dişlərin aşınması, diş ağrıları, çənə və baş ağrıları kimi ciddi problemlərə yol aça bilər. Müalicə üsulları arasında stresin idarə edilməsi, diş qapaqları, bəzən isə fizioterapiya və ya davranış terapiyası tətbiq edilir. Bruksizm bilinən bir davranışdır və qlobal yayılması (həm yuxuda, həm də oyaq olan zaman) 22,22% təşkil edir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Çiyin sümüyünün sınıqları

Çiyin sümüyünün sınıqları — mexaniki təsirin xarakterindən asılı olaraq (qabağa uzadılmış əlin və bədənə sıxılmış əlin üstünə yıxıldıqda) çiyin sümüyü baş hissəsində, üst 1/3, orta 1/3 hissədə sına bilər, lakin iri damarların və sinirlərin zədələnməsi ehtimalı olan daha təhlükəli sınıqlar çiyin sümüyünün aşağı hissəsindədir.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Çoxlu sistem atrofiyası

Çoxlu sistem atrofiyası degenerativ nevroloji xəstəlikdir. Beynin müəyyən nahiyələrində sinir hüceyrələrinin degenerasiyası nəticəsində əmələ gəlir. Həmin hüceyrələrin degenerasiyası hərəkət, tarazlıq və bədənin digər vegetativ funksiyalarının pozulmasına səbəb olur. Sidiyə nəzarət və ya qan təzyiqinin tənzimlənməsində yaranan problemlərlə nəticələnir. Bu sindromun yaranma səbəbləri elmə məlum deyildir və heç bir spesifik risk faktoru müəyyən edilməmişdir. Aparılan araşdırmalarda bu xəstəliyə, əsasən, 50–60 yaşlı kişilərdə rast gəlindiyi müəyyən edilmişdir.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Dağınıq skleroz

Dağınıq skleroz (lat. sclerosis disseminata) — sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında əlaqəni pozur və bunun nəticəsində bir sıra simptom və sindromlar yaranır. Dağınıq skleroz xronik, vaxtaşırı kəskinləşmə ilə keçən və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir. Xəstəliyin başlanmasından 20 il sonra xəstələrin 60%-i sərbəst hərəkət edə bilmir. Çox hallarda xəstəlik ömrün uzunluğuna o qədər də təsir etmir, lakin nadir hallarda x...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Degenerativ xəstəlik

Degenerativ xəstəlik toxuma və ya orqanlara təsir edən və zamanla daha da pisləşən degenerativ hüceyrə dəyişikliklərinə əsaslanan davamlı prosesin nəticəsidir. Neyrodegenerativ xəstəliklər zamanı mərkəzi sinir sisteminin hüceyrələri fəaliyyətini dayandırır və ya neyrodegenerasiya nəticəsində ölür (məsələn, altsheymer xəstəliyi). Degenerativ xəstəliklərin digər iki ümumi qrupu qan dövranı sisteminə təsir edənlər (məsələn, koronar arteriya xəstəliyi) və neoplastik xəstəliklərdir (məsələn, xərçəng xəstəliyi). Bir çox degenerativ xəstəliklər mövcuddur və bəziləri yaşlanma ilə əlaqələndirilir. B...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Dəniz xəstəliyi

Dəniz xəstəliyi bir digə adı ilə yırğalanma olan bu hal gəmidə olarkən dəniz bərk dalğalandıqda, təyyarədə və ya maşında gedərkən baş verə bilir. əsas səbəbi daxili qulağın vestibulyar aparatının qıcıqlanmasıdır. əsasən sağlamlığı zəif adamlarda və vegetoniklərdə baş verir. əsas səbəblərdən biri vestibulyar aparatın oyanması zamanı qanda natriumun miqdarının azalmasıdır. iki variantda özünü göstərir: astenik variant zamanı baş ağrısı, ürəkbulanma, qusma, iştahanın pozulması, başgicəllənmə, soyuq tər, bradikardiya, hipotoniya, huşun tormozlanması və yuxuculuq əlamətləri özünü göstərir. ajiot...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Diabetik neyropatiya

Diabetik neyropatiya (q.yun. νεϋρον — "sinir" + q.yun. πάθος — "əzab, xəstəlik") — şəkərli diabetdə kiçik qan damarlarının zədələnməsi ilə əlaqəli sinir sisteminin pozğunluqları — yalnız iş qabiliyyətinin azalmasına deyil, həm də tez-tez baş verən ağırlaşmalardan biridir. Ağır əlillik hallarının yaranmasına və xəstələrin ölümünə səbəb olur. Patoloji proses bütün sinir liflərinə təsir göstərir. Müəyyən liflərin zədələnmə dərəcəsindən asılı olaraq müxtəlif növ diabetik neyropatiya müşahidə olunur: sensor (həssas), sensor-motor, avtonom. Eləcə də neyropatiyalar mərkəzi və periferik olaraq ayır...

Ətraflı oxu →