Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 154 material.

Tənəffüs sistemi xəstəlikləri

Rubinsteyn-Teybi sindromu

Rubinsteyn-Teybi sindromu — 1963-cü ildə ilk dəfə Amerika həkimləri Y. Rubinsteyn və N. Teybi təsvir etmişdirlər. Xəstəlik ağıl zəifliyi olan uşaqlar arasında 0 ,15% hallarda rast gəlinir. Başlıca klinik əlamətləri bunlardır: sifətin anomaliyası, əyri, quş dimdiyinə bənzər burun, əks monqoloid tipli göz yarıqları, çəpgözlük, ptoz, başın kiçik olması, müxtəlif dərəcəli ağıl zəifliyi. Belə uşaqlar boyca balaca, alınları kiçik, yarıyadək tüklə örtülür. Ayaq baş barmaqlarının axırıncı falaqansının enli olması da spesifik əlamətlərdən sayılır. Anomaliya bəzən digər barmaqları da əhatə edir. Bir...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Sarkoidoz

Sarkoidoz — 140 ildən çoxdur ki, tanınmasına baxmayaraq hələ də tam səbəbi və müalicəsi bilinməyən tibbin ən çətin, ən dəyişkən xəstəliklərindən biridir. Qadınlarda kişilərə nisbətən çox rast gəlinir. Siqaret çəkənlərdə və 20–40 yaş arası qadınlarda daha çox görünür. Uşaq və yaşlılarda bu xəstəliyə nadir hallarda rast gəlinir. Danimarkalı və isveçlilərdə digər avropa ölkələrinin nümayəndələrinə nisbətən daha çox rast gəlinir. Eyni zamanda afroamerikalilarda digər irqlərə nisbətən rast gəlmə tezliyi 10 dəfə çoxdur. Xəstəlik aylarla, illərlə davam edə bilir. Xəstəliyin etiologiyası barədə tam...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Seboreyalı dermatit

Seboreyalı dermatit və ya seboreik dermatit xroniki bir dəri xəstəliyidir. Simptomlar arasında qabıqlı, pulcuqlu, yağlı və bəzən qaşınan və iltihablı dəri olur. Yağ istehsal edən vəzilərlə zəngin olan dərinin sahələri tez-tez baş dərisi, üz və sinə də daxil olmaqla təsirlənir. Körpələrdə əsasən baş dərisi təsirlənir. Baş dərisinin yüngül seboreik dermatiti, dərinin quru, qabıqlı təbiətinə görə kəpək kimi təsvir edilə bilər. Lakin, kəpək baş dərisinin hər hansı bir quruluğuna və ya qabıqlanmasına aid ola bildiyindən, bütün kəpək seboreik dermatit deyil. Seboreik dermatit bəzən səhvən seborey...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Septo-optik displaziya

Septo-optik displaziya (SOD) — Həmçinin de "Morsye sindromu" olaraq da bilinən, nadir hallarda görülən anadangəlmə bir qüsur sindromu. Bu sindrom, görmə sinirinin inkişaf etməməsi, hipofiz vəzinin funksional pozulması və septum pellusidumun olmaması (beynin orta xətti hissəsi) kimi xüsusiyyətləri özündə birləşdirir. Klinik diaqnoz üçün bu xüsusiyyətlərdən iki və ya daha çoxunun mövcud olması lazımdır—yalnız 30% xəstələr bu üç xüsusiyyəti daşıyır. Fransız-İsveçrəli həkim Jorj de Morsye, 1956-cı ildə septum pellusidumun rudimentar və ya olmaması ilə optik sinirlər və xiasmın hipoplaziyasının...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Sever xəstəliyi

Sever xəstəliyi — Axill vətərinin birləşdiyi yerdə ağrı, daban sümüyünün sklerozu və anomaliyası. Bu, 7–11 yaşda başlayır və yetişkənlik dövründə spontan itir.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Sifilis

Sifilis — xroniki yoluxucu dəri zöhrəvi xəstəlik olub, gedişatında dərinin, selikli qişaların, daxili orqanların, sümük və sinir sisteminin zədələnməsi müşahidə olunur. Xəstəliyin törədicisi solğun treponema (treponema pallidum) yarımnövündən olan spiraxetalardır (lat. spirochaetales).

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Sirroz

Sirroz — Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formalaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təri...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Şizofreniya

Şizofreniya (yun. σχίζω — yarmaq və φρήν - ağıl, düşüncə)— psixoz xarakterli bir psixi pozuntu növüdür. Şizofreniya sözünün mənşəyi iki yunan sözü — "parçalanma" və "fikir"ə dayanır, çünki şizofren xəstələrin beyinlərində və reallıqda baş verən hadisələr arasında parçalanma vardır. İnsanın düşüncə, duyğu və davranışlarında, özünün və ətrafındakılara əhəmiyyətli dərəcədə təsir edən bəzi dəyişikliklərə səbəb olan bir xəstəlikdir. Bu dəyişikliklər keçici ya da qalıcı ola bilər. Şizofreniya irsi xəstəliklərdən biridir. Şizofren şəxslərdə müxtəlif şəxsiyyət dəyişkənliyi müşahidə edilmir: onların...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Şok

Şok (ing. shock zərbə deməkdir) — orqanizmin fövqəladə xarici qıcığa qarşı həyati vacib üzv və sistemlərin funksiyasını mühafizə etmək üçün vermiş olduğu kəskin kompensator cavab reaksiyası və eyni zamanda nəticə etibarilə sinir, qan dövranı, tənəffüs sistemlərində, maddələr mübadiləsində proqressiv pozğunluqlarla müşahidə olunan patoloji proses, həyat üçün təhlükəli bir haldır. Şokun ilkin simptomlarına zəiflik, sürətli ürək döyüntüsü, sürətli nəfəsalma, tərləmə, narahatlıq və artan susuzluq daxildir. Bu simptomları huşsuzluq və ya ürək dayanması kimi daha ağırlaşmış hallar izləyə bilər. Ş...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Stenokardiya

Stenokardiya (lat. angina pectoris) — ürək xəstəliyi. Stenokardiya ürəyin işemik xəstəliklərindəndir. Stenokardiya və ya "döş inağı", adətən, döş sümüyünün arxasında tutmaşəkilli, sıxıcı, kəskin ağrı və narahatlıq hissi ilə, ağrının sol çənəaltı nahiyəyə, sol qola yayılması ilə müşayiət olunan xəstəlik halıdır. Bu ağrının yaranmasına səbəb ürəyi qidalandıran damarlarda qan dövranının pozulması və nəticədə oksigen çatışmazlığının baş verməsidir. Stenokardiya tutması bir çox hallarda ateroskleroz, koronar damar xəstəlikləri, fiziki və emosional gərginlik səbəbi ilə və ya idiopatik olaraq baş...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Şteynnert xəstəliyi

Şteynnert xəstəliyi (Miotoniya atrofik) – adətən kişilərdə 30 yaşdan sonra, yuxarı ətraf, boyun və üz əzələlərinin atrofiyası, əzələlərin rigidliyi və boşalmasının pozulması nəticəsində parkinsonabənzər poza olur.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Streptokokk faringit

Streptokokk faringit və ya streptokokk anginası, A qrupu streptokokkların səbəb olduğu badamcıqlar da daxil olmaqla boğazın arxa hissəsinin infeksiyası. Ümumi simptomlara qızdırma, boğaz ağrısı, badamcıqların qızarması və boynun ön hissəsində genişlənmiş limfa düyünləri daxildir. Baş ağrısı və ürəkbulanma və ya qusma da baş verə bilər. Bəzi insanlarda skarlatinda olduğu kimi səpgilər əmələ gəlir. Simptomlar adətən infeksiyaya məruz qaldıqdan 1-3 gün sonra başlayır və 7-10 gün davam edir. Streptokokk anginası hava damcı yolu ilə — danışarkən, öskürərkən və ya asqırdıqda, üzərində damcı olan...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Süzənək

Süzənək və ya qonoreya (yun. gonorrhoia, gonos – toxum + rheo — axıram), pereloy — əsasən, sidik-cinsiyyət orqanlarının selikli qişasını zədələyən infeksion xəstəlik. Zöhrəvi xəstəliklər qrupundandır. Törədicisini (qonokokk) 1879-cu ildə A.Neyser tapmışdır. Cinsi yolla yayılır, qeyri-çinsi yolla uşaqlar doğuş zamanı xəstə anadan (qonokokk uşağın gözünə düşüb blennoreya törədir, yaxud qız uşağının çinsiyyət orqanına düşür) və ya xəstənin əşyalarından (dəsmalından, yatağından və s.) istifadə etdikdə yoluxurlar. Süzənək xəstəliyində immunitet yaranmır. Bu xəstəlik irsi deyil və hər bir insan b...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Takayasu xəstəliyi

Takayasu xəstəliyi (ing. Takayasuˋs dis.), nəbzin olmaması xəstəliyi (ing. pulseless disease), aorta qövsü sindromu – ən çox Asiya mənşəli 40 yaşa qədər qadınlarda olur. Yuxarı ətraf və döşqəfəsi damarları daha çox zədələnir. Qollarda asimmetrik arterial təzyiq (fərqi 10 mm-dən çox olur). Arterial nəbz azalır. Fasiləli axsama, subklavian arteriya və aorta üzərində küy, baş ağrıları, arterial hipertenziya, ürək və ağciyərlərin zədələnməsi, qızdırma, artralgiya və çəki itkisi. Qızıl standart angioqrafiyadır. Histoloji fokal panarteriit aşkar edilir.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Tarsal tunel sindromu

Tarsal tunel sindromu (TTS) — Tibial sinirin ayaqda sıxılması və ya sıxışması ilə yaranan ağrılı bir vəziyyət.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Tetanus

Tetanus — ağır, kəskin, təhlükəli yoluxucu xəstəlikdir. Yunan dilində "tetanos" qıcolma, donma mənasını ifadə edir. Eritrositlərin parçalanması (hemolizi) və skelet əzələlərinin qıcolması ilə müşahidə olunan, asfiksiya (boğulma) və ölümlə nəticələnə bilən mərkəzi sinir sisteminin zədələnməsi ilə səciyyələnir. Tetanus toksini botulizm toksini kimi dünyada ən güclü bioloji pis xəstəlik hesab olunur. Tetanus mikrobu təbiətdə geniş yayılmışdır. Gövşəyən heyvanların (40%) bağırsaqlarında daim yaşayır, torpağa düşür, spor əmələ gətirərək hər yerdə havada və torpaqda uzun müddət (illərlə) qalır. İ...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Təbii çiçək

Təbii çiçək və ya kiçikçiçək (ing. smallpox) — Orthopoxvirus cinsinə aid olan variola virusunun (çox vaxt çiçək virusu adlanır) yaratdığı yoluxucu xəstəlik. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz vasitəsilə yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək hərarətinə, baş ağrısına, bel ağrısına, yaddaşın depressiyasına səbəb olur. 2–3 gündən sonra bədəndə, xü...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Təşviş pozuntusu

Təşviş pozuntuları — təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu və digər psixi pozuntular aiddir.

Ətraflı oxu →