Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 205 xəstəlik.
Alternariozlar
Alternariozlar, – Alternaria cinsindən olan göbələklərin törətdiyi bitki xəstəliyi. Alternariozlar kartofda, tərəvəzdə, dənli, texniki və başqa bitkilərdə olur. Kələmkimilər fəsiləsindən olan bitkilərin bütün yer üstü hissələrini zədələyir; tünd ərplə örtülmüş ləkələr şəklində təzahür edir. Alternariozlar məhsulu azaldır, onun keyfiyyətini pisləşdirir. Xəstəlik törədiciləri toxumlarda, bitki qalıqlarında, alaq otları üzərində sporlar və mitseli şəklində qalır. Mübarizə tədbirləri: davamlı sortlar seçmək, toxumları dərmanlamaq, növbəli əkin tətbiq etmək, bitki qalıqlarını məhv etmək, icazə v...
Ətraflı oxu →Altsheymer xəstəliyi
Altsheymer xəstəliyi — demensiyanın geniş yayılmış müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlik. Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatoru Alois Altsheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılmışdır. Xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 2006-cı il statistikasına görə 26,6 milyon nəfərdir. 2050-ci ildə bu rəqəmin dörd dəfə artacağı gözlənilir.
Ətraflı oxu →Alvarez sindromu
Alvarez sindromu — heç bir səbəb olmadan köpün yaranması. Səbəbi yuxarı qarın divarı əzələlərinin yığılması üzündən bağırsaqların aşağı sıxılmasıdır. Əslində bağırsaqlarda havanın toplanması qeyd edilmir. Bir çoxları bunu psixogen pozğunluq hesab edirlər.
Ətraflı oxu →Ambliopia
Ambliopia (yun. ἀμβλύς — tutqun və ὄψ, ὀπός — göz) — "tənbəl göz" kimi də adlandırılır — beynin bir gözdən gələn məlumatı tam şəkildə qəbul edə bilməməsi və zamanla digər gözə üstünlük verdiyi görmə pozuntusu. Bu, adətən digər aspektlərdə normal görünən gözdə görmənin azalması ilə nəticələnir. Ambliyopia uşaqlarda və gənclərdə bir gözdə görmə azalmasının ən çox görülən səbəbidir. Ambliyopia dünya əhalisi arasında təxminən 1–1,5% təşkil edir.
Ətraflı oxu →Amimiya
Amimiya — mimikanın zəifləməsi və ya heç olmaması halı. Ruhi xəstəliklər, parkinson xəstəliyi zamanı müşahidə olunur.
Ətraflı oxu →Amneziya
Amneziya (yun. Αμνησία; hərfi tərcümədə "yaddaşsızlıq") — yaddaşın müəyyən müddətə itməsi və ya bəzi hadisələrin yaddan çıxması. Amneziya zamanı yaddasaxlama funksiyası və hadisələrin yada salınması zəifləyir. Amneziya dərin şüur pozuntusu ilə müşayiət edilir və zəhərlənmə, infeksiya, yaxud boğulma nəticəsində beyin hipoksiyası, başbeyin zədələnmələri, amensiya, özündəngetmə, insult zamanı müşahidə olunur.
Ətraflı oxu →Amniotik maye
Amniotik maye — Amniotik maye hamilə amniotların amniotik kisəsində olan qoruyucu bir mayedir. Bu maye böyüməkdə olan döl üçün yastıq rolunu oynayır, eyni zamanda ana ilə döl arasında qida, su və biokimyəvi maddələr mübadiləsini təşviq edir. İnsanlarda amniotik maye ümumiyyətlə su və ya maye (Latin Liquor amni) adlanır.[mənbə göstərilməlidir]
Ətraflı oxu →Ampeloterapiya
Ampeloterapiya (ing. Grape therapy) — Xroniki xəstəliklərin müalicəsində üzüm və onun təzə sıxılmış şirəsindən istifadə ampelotepiya adlanır. Ampeloterapiya dietoterapiyanın bir hissəsi olub, həkimin təyinatı əsasında medikamentoz müalicə, dietoterapiya və ya klimatoterapiya ilə birgə tətbiq edilir. Ampeloterapiya zamanı qidada müəyyən məhdudiyyətlərə yol vermək lazımdır. Daha yaxşı olar ki, müalicə müddətində kvas, şirin qazlı içkilər, hisə verilmiş, turşuya, duza qoyulmuş, çox yağlı məhsullar, çiy kələm, çuğundur və turp yeyilməsin. Həmçinin digər giləmeyvə, meyvə və göyərtilərin qəbulu d...
Ətraflı oxu →Amputasiya
Amputasiya — ətrafın, yaxud hər hansı digər orqanın periferik hissəsinin kəsilməsindən ibarət cərrahiyyə əməliyyatı. Ətrafın və ya onun hissəsinin oynaqdan kəsilməsi ekzertikulyasiya adlanır. Amputasiyadan sonra güdülün anatomik və ya funksional yararsızlığı ilə əlaqədər aparılan təkrar əməliyyat isə reamputasiya adlanır. Amputasiya əsasən xəstənin həyatına yalnız xəstə orqanı kəsməklə xilas etmək mümkün olduqda tətbiq edilir. Amputasiyada baş verən ağırlaşma halları zamanı şok, irinləmə, tromboembolya və pnevmoniya kimi hallar müşahidə edilir. Güdül sağaldıqdan sonra amputasiya edilmiş ətr...
Ətraflı oxu →Anadangəlmə kontraktur araxnodaktiliya
Anadangəlmə kontraktur araxnodaktiliya – Marfanabənzər xarici görkəm və döş qəfəsinin ağır deformasiyaları, amma Marfandan fərqli olaraq oynaqlarda hərəkətlilik azalır, iri oynaqların kontrakturası, "bükülmüş qulaqlar", ürək-damar və gözün zədələnməsinin olmaması.
Ətraflı oxu →Anafilaktik şok
Anafilaktik şok (AŞ) (Termini yunan mənşəyli olub yun. ἀνά ana (qarşı) və yun. φύλαξις filaksis (qorunma) sözlərinin birləşməsindən əmələ gəlmişdir) – dərman, zəhər və yeməyə qarşı yaranan və həyat üçün təhlükə yaradan kəskin böhranlı allergik reaksiyadır. Bu vəziyyət sürətlə inkişaf edərək ağır hemodinamik pozğunluqlar törədir, orqanizmdə dərin hipoksiya yaradır, həyati vacib orqanların zədələnməsi ilə müşayiət edilir. AŞ sürətli immunoloji reaksiya kimi, sensibilizasiya olmuş orqanizmə allergenin təkrar daxil olması zamanı tosqun hüceyrələrdən və bazofillərdən mediatorların xaric olması n...
Ətraflı oxu →Andermann sindromu
Andermann sindromu — Həmçinin "Charlevoix" xəstəliyi və ya "KCC3 aksonopatiyası" kimi də tanınan, nadir görülən neyrodegenerativ genetik pozuntu.
Ətraflı oxu →Ankraofobiya
Ankraofobiya – Güclü küləkdən və ya hava axınından həddindən artıq dərəcədə qorxma ilə xarakterizə olunan spesifik fobiya növü. Bu fobiyadan əziyyət çəkən insanlar açıq havada küləyə məruz qalmaqdan, hətta qapalı məkanlarda ventilyator və ya kondisioner kimi hava axını yaradan cihazlardan qorxa bilərlər.
Ətraflı oxu →Antofobiya
Antlofobiya (ing. Anthophobia) — İnsanların çiçəklərə və ya çiçək açan bitkilərə qarşı qeyri-adi və hədsiz qorxusu olan spesifik bir fobiya.
Ətraflı oxu →Apifobiya
Apifobiya — Arılardan və arı sancmasından irrasional qorxuya verilən ad.
Ətraflı oxu →Apşou-Şulman sindromu
Apşou-Şulman (ing. Upshaw-Schulman) – anadangəlmə TTP aiddir, ADAMTS13 pro-teazanın çatışmazlığı ilə bağlıdır.
Ətraflı oxu →Aqalaktiya
Aqalaktiya – heyvanlarda süd əmələ gəlməsinin tamamilə kəsilməsi. Aqalaktiyanın səbəbləri: süd vəzisinin irsi olaraq zəif inkişafı, onun yaşla əlaqədar dəyişikliyi, saxlanma şəraitinin pozulması nəticəsində dişi heyvanlarda baş verən stress vəziyyətlər; keyfiyyətsiz yemləmə, laktasiya dövrünün uzanması, sağımın azaldılması, fizioloji yetkinliyə çatmamış dişi danaların mayalandırılması. Südün azalması hipoqalaktiya adlanır. Bu da həmin səbəblərdən baş verir və aqalaktiya ilə yanaşı çox böyük iqtisadi zərər vurur: süd istehsalı azalır, nəsil zəifləyir və hətta məhv olur. Qadınlarda da doğuşda...
Ətraflı oxu →Arias sindromu
Arias sindromu — II Tip Kriqler-Nacar sindromu (Qlükuronil transferaza çatışmazlığ) da adlandırılır.
Ətraflı oxu →