Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 205 material.
Rektal prolaps
Rektal prolaps — Düz bağırsağın anusdan xaricə çıxmasıdır. Rektal prolaps anal sfinkter əzələlərinin zəifləməsi ilə əlaqədar inkişaf edir. Düz bağırsağın sallanması cərrahi xəstəliklərin 0,2–0,9%-ni, ptoktoloji xəstəliklərin isə 3–5%-ni təşkil edir. Qadınlarda kişilərə nisbətən 6 dəfə çox rast gəlir (80%). Adətən 4 yaşa qədər uşaqlarda müşahidə olunur.
Ətraflı oxu →Risser əlaməti
Risser əlaməti – qalça darağının ossifikasiya dərəcəsi ¼ olmaqla bölünür. Əgər I dərəcədə (apofiz ossifikasiyası 0–25%) uşağın boyatması ilə bağlı skolioz ağırlaşırsa, IV dərəcədə (ossfikasiya 75–100%) skoliozun artması zəif olacaq, apofiz qalça darağı ilə tam birləşdikdə (V dərəcə) skolioz artmayacaq.
Ətraflı oxu →Robinov sindromu
Robinov sindromu — dirsəklərin qısalığı, cinsi hipoplaziyanın mövcudluğu, göz yarıqlarının genişliyi, yuxarı dartılmış formada burun, çənənin inkişafdan qalması, braxidaktiliya və digər əlamətlərlə müşayiət olunan xəstəlikdir. Hər iki cinsdə ola bilər və anadangəlmə olur. İntellekt normal olsa da, xəstələrin 18%-də əqli və fiziki inkişaf gec gedir.
Ətraflı oxu →Sacroiliitis
Sakroiliit (ing. sacroiliitis) – bel-oma oynağının iltihabıdır, diaqnoz klinik və instrumental (erkən mərhələdə, xüsisi ilə MRT əhəmiyyətlidir) qoyulur, AS-nın əsas təməl əlamətidir. Amma HLA B27 pozitiv olarsa və digər 2 xarakterik əlamət tapılarsa, sakroiliitsiz də AS diaqnozu qoyulur.
Ətraflı oxu →Sakralizasiya
Sakralizasiya (ing. sacralization) – V bel fəqərəsinin oma ilə anomal birləşməsidir: tam və hissəvi olur.
Ətraflı oxu →Sarkopeniya
Sarkopeniya – skelet əzələsinin yaşa bağlı atrofik degenerativ dəyişiklikləri nəticəsində əzələ kütləsi və qüvvəsinin tədricən enməsidir.
Ətraflı oxu →Savant sindromu
Savant sindromu — Çox nadir hallarda rast gəlinən bir psixi pozuntudur. Xəstəliyin əlaməti ümumi inkişafdan geri qalmış insanların “dahilik adasına” (bir və ya bir neçə bilik sahələrində mükəmməl qabiliyyətin ümumi şəxsiyyət məhdudluğu ilə ziddiyyət təşkil etməsi) malik olmasıdır. Bu sindrom həm genetik, həm də sonradan qazanılmış ola bilər. Savant sindromlu şəxslər çətinliklə oxuya, yazı yazarkən bir səhifədə yüzlərcə səhv buraxa bilərlər, amma bununla yanaşı, beyinlərində asanlıqla altırəqəmli ədədləri bir-birinə vura bilərlər və yaxud 23 may 3027–ci ilin həftənin hansı günü olduğu çox ra...
Ətraflı oxu →Selen çatışmazlığı
Selen çatışmazlığı bədəndə selen mikroelementinin çatışmazlığı ilə əlaqəli xəstəliklər kompleksidir.
Ətraflı oxu →Sensenbrenner sindromu
Sensenbrenner sindromu (OMIM #218330) — Nadir (2010-cu ilə qədər 20-dən az hal bildirilmişdir) çoxsistemli bir xəstəlik. İlk dəfə 1975-ci ildə Judith A. Sensenbrenner tərəfindən təsvir edilmişdir. Bu, avtosomal resessiv irsiyyətlə keçir və bir neçə genin məsul olduğu görünür. Üç genin məsul olduğu müəyyən edilmişdir: intraflagellar transport (IFT)122 (WDR10), IFT43 — primar siliaların IFT kompleks A mexanizmasının bir alt birləşməsi, və WDR35 (IFT121: TULP4). Bu sindrom Sensenbrenner–Dorst–Owens sindromu, Levin sindromu və kranioektodermal displaziya (CED) kimi də tanınır.
Ətraflı oxu →Şeqren sindromu
Şeqren sindromu, quru sindrom – ən çox rast gəlinən autoimmun xəstəlikdir. İlk növbədə ağız (kserostomiya), gözyaşı (kseroftalmiya) vəzilərinin tədricən sekretor çatışmazlığı və sistem əlamətlərlə gedir. I-li və II-li olur. Anti-Ro/SS-A, və anti-La/SS-B I ŞS seroloji markerləridir. ANA (85–90%) və RF (50–60%) pozitiv olur, qızıl standard kiçik ağızsuyu vəzilərinin biopsiyasıdır.
Ətraflı oxu →Silloqomaniya
Silloqomaniya — yığıcılıq sindromu, yığıcılıq pozuntusu, kompulsiv yığıcılıq kimi tanınan psixi pozuntu.
Ətraflı oxu →Şinsilint
Şinsilint (ing. Shin splints) – peşə, yasıtı pəncəlik, xüsusi ilə qaçışla məşğul olanlarda dizdən aşağı baldırın ön və ya arxa səthində ağrı yaranır.
Ətraflı oxu →Şıqqıldayan barmaq
Şıqqıldayan barmaq (ing. trigger finger) – bükülmüş halda olan zədələnmiş barmaq səy nəticəsində şıqqıltılı səslə açılır.
Ətraflı oxu →Smit-Magenis sindromu
Smit-Magenis sindromu — Smit-Magenis sindromu (SMS) zəka geriliyi, üz anomaliyaları, yuxu problemləri və özünə zərər vermək kimi çoxsaylı davranış problemləri kimi təzahürləri olan irsi bir xəstəlikdir. Smit-Magenis sindromu insidansı 15.000–25.000 insanda 1 hadisədir . Smit-Magenis sindromu ümumiyyətlə xromosom 17 (17p) qısa qolundan qaynaqlanır və bəzən 17p sindromu olaraq da adlandırılır.
Ətraflı oxu →Solipsizm sindromu
Solipsizm sindromu — Bir şəxsin gerçəkliyin, gerçək olmadığı hissini yaşadığı psixoloji vəziyyət və hal. Uzun müddət təcrid olunma dövrləri, insanları bu vəziyyətə sala bilər. Xüsusilə, solipsizm sindromu, uzun müddət kosmosda yaşayan fərdlər üçün potensial narahatlıq olaraq müəyyən edilmişdir.
Ətraflı oxu →Somatizasiya pozuntusu
Somatizasiya pozuntusu — somatik simptomlarla bağlı təkrarlanan, çoxsaylı və cari, klinik cəhətdən əhəmiyyətli şikayətlərlə xarakterizə edilən psixi və davranış pozuntusu. Xəstəliklərin Beynəlxalq Statistik Təsnifatının ən son versiyası olan BST-10 hələ də somatizasiya sindromunu ehtiva edir.
Ətraflı oxu →Sosial loferlik
Sosial loferlik (ing. social loafing) — insanların qrup halında işlədikdə fərdi olaraq daha az səy göstərməsi fenomeni. Başqa sözlə, bir qrupun tərkibində olduqda, bəzi insanlar öz məsuliyyətlərini və iş yükünü digərlərinin boynuna qoyaraq daha az çalışırlar.
Ətraflı oxu →Streff sindromu
Streff sindromu — Əsasən görmə və ya emosional stress zamanı uşaqlarda müşahidə olunan bir görmə vəziyyəti.
Ətraflı oxu →