Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 181 material.

Ürək-damar xəstəlikləri

Aortal çatışmazlıq

Aortal çatışmazlıq (və ya aortal qaytarma, requrgitasiya) — qanın aortal qapaqdan axının əks istiqamətində aortadan sol mədəciyə sızması sonucunda əmələ gələn ürək qüsuru. Aortal çatışmazlıq qapaqlardakı və ya aortanın kökündəki (başlanğıcında) anormallıqlar nəticəsində meydana gələ bilər.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Aortal stenoz

Aortal stenoz (daralması, qısa AS) — bədənin ən iri arteriyası sayılan, bütün bədənə qan aparan aortanın daralması. Stenozun yerindən asılı olaraq 3 növü ayırd edilir. Ən yayqın biçimi valvulyar (qapaq) daralmadır (75–80%). Aortal qapaq ürəyin sol mədəciyi və aorta arasında yerləşir. Sol mədəciyin və ürək çəpərinin əzələ kütləsinin böyüməsi və sol mədəciyin çıxış yolunun daralmasıyla səciyyələnən hipertrofik kardiomiopatiya da qazanılmış aortal stenozlardan sayılır.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Appendisit

Appendisit (lat. appendicitis) — kor bağırsağın soxulcanabənzər çıxıntısının iltihabı. Qarın boşluğunun ən geniş yayılmış kəskin xəstəliyi hesab olunur. Appendisit çox vaxt daima bağırsaqlarda qalan və normal həzm prosesi üçün lazım olan qarışıq qeyri-spesfik bakteriyaların fəaliyyəti ilə əlaqədar baş verir. Qeyri-spesfik bakteriyalardan bağırsaq çöpləri üstünlük təşkil edir. Soxulcanabənzər çıxıntının spesifik flora ilə (vərəm, sifilis və s.) zədələnməsinə çox nadir hallarda təsadüf edilir. Morfoloji olaraq kataral (ancaq selikli qişanın iltihabı), fleqmonoz (çıxıntının bütün qişalarının i...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Apraksiya

Apraksiya (lat. apraxia yun. ἀπραξία — "fəaliyyətsizlik") — Böyük beyin yarımkürələri və ya döyənək cismin (lat. corpus collosum) aparıcı yollarının zədələnməsindən irəli çıxan məqsədyönlü hərəki fəaliyyət pozğunluğu. Apraksiyanın kinetik, kinestetik və konstruktiv formaları var. Kinetik Apraksiya zamanı müəyyən iş görmək üçün tələb olunan hərəkətlərdə ardıcıllıq pozulur. Xəstə ətrafdakı cismlərdən necə istifadə edəcəyini unudur. Kinestetik Apraksiya zamanı xəstə ayrı-ayrı hərəkətləri ya heç edə bilmir, ya da təhrif olunmuş şəkildə edir. Konstruktiv Apraksiyada xəstə asimmetrik elementli hə...

Ətraflı oxu →
XBT-10: I49Ürək-damar xəstəlikləri

Aritmiya

Aritmiya ürək ritminin pozulmasıdır: çox sürətli, çox yavaş və ya qeyri-müntəzəm vuruşlar. Bəzi formalar xoşxassəli olsa da, digərləri insult və ürək çatışmazlığı riskini artırır.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Arqiroz

Arqiroz və ya arqiriya (q.yun. ἄργυρος — gümüş + -ia) — gümüşün, onun birləşmələrinin, gümüş tozunun, koloidal gümüşün və ya gümüş nanohissəciklərin bədənində uzun müddət çöküntü nəticəsində yaranan bir xəstəlik. Gümüşü və ya mavi-boz rəngli çalar alan dərinin güclü dönməz piqmentasiyası ilə xarakterizə olunur. Lazer terapiyası və ya dermabraziya məhdud kömək edə bilsə də, müalicəsi yoxdur. Arqirozun inkişafı gümüşə əsaslanan vəsaitlərin nəzarətsiz və səmərəsiz istifadəsi hallarında qeydə alınıb . Gümüşün istehsalı və emalı ilə məşğul olan işçilərdə də arqioz xəstəliyi barədə məlumat verili...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Arterial hipertenziya

Arterial hipertenziya – arterial təzyiqin (AT) 140/90 mm.c.süt-dan yuxarı qalxmasına deyilir. Arterial hipertenziya birincili və ikincili olur. Birincili arterial hipertenziya – Hipertoniya xəstəliyi ayrıca bir xəstəlik olub əsas və aparıcı əlaməti AT-in qalxmasıdır. İkincili arterial hipertenziya simptomatik hipertoniya adlanır və bu zaman arterial hipertenziya başqa xəstəliklər nəticəsində əmələ gəlir.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Asherson sindromu

Katastrofik AFS, Asherson sindromu (Asherson´s sindromu) – klassik formada trombozlar iri və orta damarlarda baş verirsə, katastrofikdə mikrovaskulyar trombotik proses üstünlük təşkil edir. Klinika: çoxsaylı damar oklüziyası (3 və daha çox üzv); seroloji AFLA aşkarı; ən azı bir üzvdə damar oklüziyasının histoloji təsdiqi (bəzən vaskulit əlamətlərinin olmasına baxmayaraq, trombozun etibarlı histoloji əlamətləri olmalıdır); klinik əlamətlərin tez inkişafı (1 həftədən az).

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Asperger sindromu

Asperger sindromu — psixi pozğunluq olub, bəzən onu Autizmin bir forması da hesab edirlər. Bu sindromlu insanlar normal və yüksək intelektə malik olsalar da, lakin onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf etmiş olur. Onların emosional və sosial inkişafı ləngidiyindən onların inteqrasiyası da gecikmiş olur. Autistik psixopatiya halı ilk dəfə ingilis psixiatrı Lorna Uinq tərəfindən Avstriya psixiatr və pediatrı Hans Aspergerin şərəfinə Asperger sindromu adlandırılmışdır. Autizmli əksər insanlarda, xüsusən, uşaqlarda inkişafdan qalmanı asanlıqla müşahidə etmək mümkündür. Lakin...

Ətraflı oxu →
XBT-10: I70Ürək-damar xəstəlikləri

Ateroskleroz

Ateroskleroz arteriya divarında yağlı lövhələrin toplanması ilə damarların daralmasıdır. Ürək, beyin və periferik arteriyaları təsir edərək infarkt, insult və qanqrena riskini artırır.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Autoimmunitet

Autoimmunitet orqanizmin öz sağlam hüceyrələrinə və toxumalarına qarşı immun reaksiyaları sistemidir. Bu cür anormal immun reaksiya nəticəsində yaranan hər hansı bir xəstəliyə "autoimmun xəstəlik" deyilir. Autoimmun xəstəliklərin simptomları, ilk növbədə, xəstəliyin spesifik növündən və təsir etdiyi bədənin hissəsindən asılı olaraq geniş şəkildə fərqlənə bilər. Simptomlar müxtəlifdir və mülayimdən şiddətə qədər dəyişən keçici ola bilər və adətən bədən hərarətində cüzi artım, yorğunluq və ümumiyyətlə özünü pis hiss etmək halları olur. Bununla belə, bəzi autoimmun xəstəliklər oynaq ağrısı, də...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Babasil

Babasil (ing. Hemorrhoid) — düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının (düyünlərin) patoloji şəkildə dəyişməsindən ibarətdir. Qəbizlik, düz bağırsağın venoz sistemində durğunluq və digər faktorların təsiri altında bu düyünlərin öz yerini dəyişməsi baş verir. Bir çox hallarda düyünlərin ölçüləri xeyli artaraq onların hətta anal dəlikdən xaricə çıxmasına, qanaxmaya, ağrıların və s. əlamətlərin yaranmasına səbəb olur. Bu halda xəstədə hemorroy xəstəliyinin olmasını qeyd etmək olar. Babasil xəstəliyinin əvvəlində defekasiya aktının bir qədər çəti...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Başgicəllənmə

Başgicəllənmə — insanın hərəkətdə olduqlarını və ya ətrafdakı əşyaların əslində hərəkət etmədiyi halda hərəkət etdiyini hiss etdiyi vəziyyət. Çox vaxt fırlanma və ya yırğalanan hərəkət kimi hiss olunur. Bu, ürəkbulanma, qusma, tərləmə və ya yerimə çətinliyi ilə əlaqəli ola bilər. Başı hərəkət etdirdikdə adətən daha pis olur. Vertigo başgicəllənmənin ən çox yayılmış növüdür.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Beri-beri

Beri-beri — xəstəliyi B1 vitamininin çatışmazlığından irəli gəlir. Göstərilən xəstəliyi keçirən xəstələrin ürək nahiyəsində pozulmalar müşahidə olunur. Bu xəstəlikdə qıcolmalar və iflicolma baş verir. B1 vitamini əsasən qabığı soyulmamış dəndə, yumurta sarısında, paxlalı bitkilərin toxumalarında, az miqdarda ispanaqda, kələmdə, yerkökü və almada vardır.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Beyin qansızması

Beyin qansızması və ya Hemorragik insult — qeyri-travmatik beyin qansızması daha çox (60% hallarda) arterial hipertenziyanın fəsadı kimi baş verir. Hipertenziv beyindaxili qansızma başlıca olaraq, beynin perforasiyaedici arteriyaları hövzəsində — bazal nüvələr – (50%), talamus (15%), beynin ağ maddəsi (15%), körpü (10%) və beyincik (10%) hövzəsində lokallaşır. Beyin qansızmasının başqa bir səbəbi aretriovenoz malformasiyanın (AVM) yırtılması və ya kisəli anevrizmadır. AVM zamanı hematomalar əsas baş beyinin ağ maddəsində və ya bazal nüvələrdə lokallaşır. Ahıl yaşlarda əsas səbəb isə amiloid...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Beyin xərçəngi

Beyin xərçəngi — keçmişdə beyin toxumasının özünün normal komponentləri (neyronlar, glial hüceyrələr, astrositlər, oliqodendrositlər, ependimal hüceyrələr), limfa toxuması, beynin qan damarları, kəllə sinirləri, beyin qişaları, kəllə, beynin qlandalar formasiyalar (hipofiz və epifiz) və ya başqa bir orqanda yerləşən ilkin şişin metastazı nəticəsində yaranır. Şişin növü onu meydana gətirən hüceyrələr tərəfindən müəyyən edilir. Lokalizasiyadan və histoloji variantdan asılı olaraq xəstəliyin simptomları formalaşır.

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Bradikardiya

Bradikardiya (yun. βραδυ - yavaş və καρδιά - ürək) — idmanla məşğul olmayan yetkinlərdə 1 dəqiqədə 59 döyüntüdən az və uşaqlarda və yeniyetmələrdə yaşından asılı olaraq 100-59-dan aşağı ürək döyüntüsü. Bradikardiyaya həmçinin sinus bradikardiyası da deyilir. Bəzi insanlarda dəqiqədə 59 vuruşdan aşağı olan bradikardiya yorğunluq, zəiflik, başgicəllənmə, tərləmə və huşunu itirmə ilə əlaqələndirilə bilər. "Nisbi bradikardiya" termini bir insanın tipik istirahətdə olan ürək döyüntüsü daha yavaş olan ürək döyüntüsini ifadə etmək üçün istifadə olunur. İdmançılarda ürək-damar sisteminin məşqə uyğu...

Ətraflı oxu →
XBT-10: J45Tənəffüs sistemi xəstəlikləri

Bronxial astma

Bronxial astma – ilk növbədə bronxların – ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmanı qeyri-allergik astmadan fərqləndirirlər. Qeyri-allergik astmada xroniki iltihablı tənəffüs yolları həddən artıq həssasdırlar. Hər hansı qıcıqlanma bronxların spazmasına aparır, tənəffüs məhdudlaşır və bu da öskürək və boğulmalara gətirib çıxarır. Astmatiklər üçün tutmalara səbəb olan bir çox faktorlar vardır, məsələn; siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, sabun,...

Ətraflı oxu →