Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 181 material.
Bruqada sindromu
Brugada sindromu — ürəyin elektrik sisteminin qeyri-adi bir genetik xəstəliyidir. İnsanlar bu sindromla anadangəlmə olsalar da, adətən 30 və ya 40 yaşlarına çatana qədər bu sindroma yoluxduqlarını bilmirlər. Brugada sindromunun yeganə simptomları huşunu itirmə (sinkop adlanır), ürək döyüntüsü və ya qəfil ürək ölümüdür.
Ətraflı oxu →Bürqer xəstəliyi
Bürqer xəstəliyi (Buerger´s dis., thromboangiitis obliterans) – qeyri-ateromatoz iltihabi obliterəedici damar xəstəliyidir (amma digət vaskulitlərdən burada iltihab zəifdir): xüsusi ilə aşağı ətrafın kiçik və orta damarları zədələnir; siqaret çəkən cavan kişilər; fasiləli axsama, sakitlikdə ağrı, barmaqlarda xoralar. Bəzən yuxarı ətraflar da zədələnir. İlk əlaməti miqrəedici tromboflebit ola bilər. Arterioqrafiya vacibdir, kəskin mərhələdə biopsiya aparılmır.
Ətraflı oxu →Burun qanaxması
Burun qanaxması (epistaksis) — burun boşluğundan gələn qanın burun dəliklərindən axmasıdır. Burun qanaxmasının ön burun qanaxması və arxa burun qanaxması olmaqla iki növü fərqləndirilir. Ön burun qanaxması ən çox rast gəlinən formadır. Arxa burun qanaxmasına isə nisbətən az rast gəlinir, lakin daha çox tibbi diqqət tələb edir. Bəzən daha ağır hallarda qan gözyaşı kanalı ilə yuxarı qalxaraq göz çuxurundan çölə də axa bilir. Təzə və laxtalanmış qanın mədəyə axaraq ürəkbulanma və qusmaya səbəb olduğu hallara da rast gəlinir. Burun qanaxmaları çox nadir hallarda ölümlə nəticələnir. Məsələn, 199...
Ətraflı oxu →Çəkilmə sindromu
Çəkilmə sindromu — dərman maddəsinin qəbulunun dayandırılması və ya dozunun azaldılması zamanı orqanizmdə yaranan bir reaksiyadır. Bu zaman xəstənin vəziyyəti pisləşir, müalicədən əvvəlki simptomlar geri qayıdır. Bəzi hallarda isə yeni simptomlar əmələ gəlir. Çəkilmə sindromu istənilən psixotrop maddənin intensiv istifadəsinin kəsilməsi nəticəsində də yarana bilir. Bu hal abstinensiya kimi də tanınır. Bunlara hipotenziv dərmanların (təzyiq salan dərmanların) dayandırılmasından sonra arterial təzyiqin yüksəlməsini, antianginal preparatların (məsələn, nitroqliserin) dayandırılmasından sonra s...
Ətraflı oxu →Çiyin sümüyünün sınıqları
Çiyin sümüyünün sınıqları — mexaniki təsirin xarakterindən asılı olaraq (qabağa uzadılmış əlin və bədənə sıxılmış əlin üstünə yıxıldıqda) çiyin sümüyü baş hissəsində, üst 1/3, orta 1/3 hissədə sına bilər, lakin iri damarların və sinirlərin zədələnməsi ehtimalı olan daha təhlükəli sınıqlar çiyin sümüyünün aşağı hissəsindədir.
Ətraflı oxu →Degenerativ xəstəlik
Degenerativ xəstəlik toxuma və ya orqanlara təsir edən və zamanla daha da pisləşən degenerativ hüceyrə dəyişikliklərinə əsaslanan davamlı prosesin nəticəsidir. Neyrodegenerativ xəstəliklər zamanı mərkəzi sinir sisteminin hüceyrələri fəaliyyətini dayandırır və ya neyrodegenerasiya nəticəsində ölür (məsələn, altsheymer xəstəliyi). Degenerativ xəstəliklərin digər iki ümumi qrupu qan dövranı sisteminə təsir edənlər (məsələn, koronar arteriya xəstəliyi) və neoplastik xəstəliklərdir (məsələn, xərçəng xəstəliyi). Bir çox degenerativ xəstəliklər mövcuddur və bəziləri yaşlanma ilə əlaqələndirilir. B...
Ətraflı oxu →Dekstrokardiya
Dekstrokardiya (lat. dexter — sağ и q.yun. καρδία — ürək) — nadir anadangəlmə anomaliya, bu zaman ürək tipik olaraq sol tərəfdə deyil, sağ tərəfdə simmetrik olaraq yerləşmiş olur. Bu zaman ürəkdən çıxan damarların da mövqeyi ürəyin yerləşməsinə müvafiq olur. Çox vaxt bu vəziyyət digər orqanların da güzgü şəkilli yerdəyişmələri ilə müşayiət olunur (elmi adı: dextrocardia situs inversus totalis). İlk dəfə dektrokardiyanı Marko Avreli Severino 1643-cü ildə təsvir etmişdir. Adətən dektrokardiya həmin şəxs üçün heç bir mənfi patologiya törətmir.
Ətraflı oxu →Dəniz xəstəliyi
Dəniz xəstəliyi bir digə adı ilə yırğalanma olan bu hal gəmidə olarkən dəniz bərk dalğalandıqda, təyyarədə və ya maşında gedərkən baş verə bilir. əsas səbəbi daxili qulağın vestibulyar aparatının qıcıqlanmasıdır. əsasən sağlamlığı zəif adamlarda və vegetoniklərdə baş verir. əsas səbəblərdən biri vestibulyar aparatın oyanması zamanı qanda natriumun miqdarının azalmasıdır. iki variantda özünü göstərir: astenik variant zamanı baş ağrısı, ürəkbulanma, qusma, iştahanın pozulması, başgicəllənmə, soyuq tər, bradikardiya, hipotoniya, huşun tormozlanması və yuxuculuq əlamətləri özünü göstərir. ajiot...
Ətraflı oxu →Diabetik neyropatiya
Diabetik neyropatiya (q.yun. νεϋρον — "sinir" + q.yun. πάθος — "əzab, xəstəlik") — şəkərli diabetdə kiçik qan damarlarının zədələnməsi ilə əlaqəli sinir sisteminin pozğunluqları — yalnız iş qabiliyyətinin azalmasına deyil, həm də tez-tez baş verən ağırlaşmalardan biridir. Ağır əlillik hallarının yaranmasına və xəstələrin ölümünə səbəb olur. Patoloji proses bütün sinir liflərinə təsir göstərir. Müəyyən liflərin zədələnmə dərəcəsindən asılı olaraq müxtəlif növ diabetik neyropatiya müşahidə olunur: sensor (həssas), sensor-motor, avtonom. Eləcə də neyropatiyalar mərkəzi və periferik olaraq ayır...
Ətraflı oxu →Di Georq sindromu
Di Georq sindromu — 22q11.2 silinmə sindromu olaraq da bilinir, xromosomun 22 kiçik bir hissəsinin silinməsindən qaynaqlanan bir sindromdur. Semptomlar dəyişsə də, bunlara tez-tez anadangəlmə ürək problemləri, spesifik üz xüsusiyyətləri, tez-tez infeksiyalar, gecikmə inkişaf, öyrənmə problemləri və damaq yarığı. Komorbiditelere böyrək problemləri, eşitmə itkisi və romatoid artrit və ya Qraves xəstəliyi kimi otoimmün xəstəliklər daxildir. Di Georq sindromu ümumiyyətlə 22q11.2 kimi tanınan bir yerdə 22-ci xromosomun ortasında 30-40 genin silinməsi səbəbindən meydana gəlir. Vəziyyətlərin təxmi...
Ətraflı oxu →Disqrafiya
Disqrafiya (yun. δυσ — mənfi, γράφω — "yazıram") zəka ilə əlaqəli olmayan yazının pozulması. Bu, spesifik öyrənmə əlilliyidir, həmçinin transkripsiya, əl yazısı, orfoqrafik kodlaşdırma və barmaqların ardıcıllığı (yazmaq üçün lazım olan əzələlərin hərəkəti) ilə əlaqəli bir yazı pozuntusudur. Tez-tez nitq pozuntusu, diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DÇHP), inkişaf koordinasiya pozuntusu kimi digər öyrənmə və neyro-inkişaf pozuntuları ilə üst-üstə düşür. Psixi pozuntuların diaqnostik və statistik təlimat mərkəzi zəka və yaşa uyğun təhsillə ölçülən fərdin yaşını nəzərə alaraq, yaz...
Ətraflı oxu →Doğuş zamanı temperatur
Doğuş zamanı temperatur (doğuş zamanı infeksiya, Puerperalfieber, MKB 10. Klass XV O85 Doğum sonrası sepsis) — doğuş zamanı yoluxucu infeksiyanın yaratdığı xəstəliklərin kollektiv adı. Bu tip xəstəliklərin təsvirinə Hippokratda artıq rast gəlinir. Xəstəlik XVII əsrdə ilk doğum xəstəxanasının qurulmasından bəri epidemiyaya çevrilmişdir. Epidemiya XVIII və XIX əsrlərdə, doğum evlərində şagirdlərə mamalıq öyrənməyə icazə verməyə başladıqda daha da gücləndi. Xəstəliyin səbəbi 1847-ci ildə antiseptiklərin istifadəsinə ehtiyac olduğuna işarə edən İqnats Zemmelveys tərəfindən aşkar edildi - kəşfi...
Ətraflı oxu →Donma
Donma — dəri, dərialtı və daha dərin toxumaların soyuğun təsirindən yerli zədələnməsi. Donmalar zamanı toxumaların nekrozu soyuğun bilavasitə təsiri ilə deyil, yerli qan dövranının və innervasiyanın pozulması ilə şərtlənir: reaktivliyə qədərki dövrdə kapilyarların və kiçik arteriyaların spazmı, reaktiv dövrdə isə onların parezi, yerli qan dövranının zəifləməsi, qan damarlarında staz, kiçik damarlarda tromboz proseslərinin inkişafı. Sonralar damar divarında morfoloji dəyişikliklər başlayır: endotelin şişməsi, endotelial hüceyrələrin plazmatik hüceyrələr tərəfindən hopulması, nekrozun əmələ g...
Ətraflı oxu →Dressler sindromu
Dressler sindromu və ya postinfarkt sindromu — ürək infarktı (miokard infarktı) və ya ürək əməliyyatından sonra inkişaf edən immunoloji reaksiya nəticəsində yaranan sekonder perikardit növü. Bu sindrom, infarktdan 2–6 həftə sonra meydana gəlir və immun sisteminin ürək toxumasına qarşı reaksiyası nəticəsində perikard (ürəyi əhatə edən qığırdaqlı kisə) iltihablanır. Nəticədə ağrı, qızdırma və digər simptomlar meydana gəlir.
Ətraflı oxu →Düyünlü eritema
Düyünlü eritema (ing. eritema nodosum) – pannikulitin bir növüdür, daha çox 20–45 yaşlı qadınlarda, hiperemiyalı, ağrılı, müxtəlif ölçülü düyüncüklərdir, dərialtı piy toxumasının geniş yayılmış kəskin iltihabıdır. Dəri əvvəl çərhayı və qırmızı, sonra isə qəhvəyi və göyərmiş olur. Ən çox aşağı ərtaflarda (baldırın ön səthində) olur. Bakteriya və göbələk infeksiyaları, vərəm, sarkoidoz, BİX və xərçəng kimi xəstəliklərin ilk əlaməti ola bilər. Əsas xəstəliklə əlaqədar yarandıqda halsızlıq, qızdırma, çəki itirmə, öskürək və sümüklərdə ağrı olur. Sağalma 4–6 həftə ərzində, nadir hallarda xora ya...
Ətraflı oxu →Ebşteyn anomaliyası
Ebşteyn anomaliyası nadir anadangəlmə ürək qüsuru, üçtaylı qapaq anomaliyası olub, rastgəlmə tezliyi digər anadangəlmə ürək qüsurları ilə müqayisədə 1%-dir. İlk dəfə 1866-cı ildə patoloq-anatom Ebşteyn tərəfindən izahı verilmişdir. Bu zaman üçtaylı qapağın arxa və arakəsmə qapaqcığı müxtəlif dərəcədə aşağı sürüşmüş ya düşmüş olaraq mədəcik divarına pərçimlənmiş və sağ mədəciyin proksimal hissəsi nazik, məməyəbənzər əzələ və xordalar deformasiyalaşmış olur. Çox vaxt dartılmış açıq qalmış oval dəlik vasitəsilə qulaqcıqlarla rabitədə olur.
Ətraflı oxu →Eklampsiya
Eklampsiya — ağır preeklampsiya və eklampsiya, az hallarda rast gəlinsə də, hamiləliyin çox ciddi fəsadı hesab olunur. Eklampsiyadan ölüm halları 1,8%, eklampsiyanın başqa ağırlaşmaları 35% təşkil edir. Ağır preeklampsiya hamilə qadınların ölümünə səbəb olan xəstəliklər sırasında qanaxma və emboliyalarla birlikdə ilk 3 yeri bölüşdürür. Preeklampsiya kəskin böyrək çatışmazlığı, serebrovaskulyar və kardiovaskulyar ağırlaşmalar, DDL sindrom ilə təzahür edir, bununla da ana ölümü riskinin artmasına səbəb olur. Eklampsiya preeklampsiyanın ağırlaşmasıdır; Hamiləliyin 3-cü trimestrində və doğuşdan...
Ətraflı oxu →Elastik psevdoksantoma
Elastik psevdoksantoma (ing. pseudoxanthoma elasticum) – autosom-resessiv xəstəlikdir, göz, dəri və arteriyaların elastik liflərində degenerasiya, kalsifikasiya baş verir. Xarakter əlaməti bükücü səthlərin büküşlərində ksantomatoz papulaların tapılmasıdır.
Ətraflı oxu →