Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 181 material.
Hemangioma
Hemangioma — qan damarlarının kistşəkilli genişlənməsi və qan dövranının yavaşıması ilə xarakterizə olunan törəmədir. Genişlənən damardan asılı olaraq kapillyar və kavernoz hemangiomalar ayırd edilir. Kapillyar hemangiomlar kapillyarların genişlənməsi olub çox kiçikdirlər. Kavernoz hemangiomalar isə, böyük damarların genişlənməsi nəticəsində əmələ gəlir və ölçüsünə görə kiçik (<5 sm), orta (5–10 sm) və böyük (>10 sm) ola bilir. Klinik gedişinə görə isə, asimptomatik, simptomatik və ağırlaşmış formaları var. Hemangiomalar qaraciyər törəmələri arasında metastatik şişlərdən sonra ikinci, xoş x...
Ətraflı oxu →Hemofiliya A
Hemofiliya A xəstəliyi VIII faktorun molekulyar anomaliyaları ilə və ya çatışmazlığı nəticəsində yaranan bir xəstəlikdir. Xəstəlik 30% spontan mutasiyalar, 70% isə X xromosomu ilə əlaqədar resessiv yolla nəsildən-nəslə keçməklə baş verir. Statistikaya əsasən, dünya əhalisinin hər bir milyonunun (1000000) 30–100 nəfərində aşkar olunur. Azərbaycanda Hemofiliya A xəstəliyinin rast gəlmə tezliyi 1:20000-ə bərabərdir.Qan laxtalanma sisteminin VIII faktoru və ya antihemofiliya faktoru, damarların endotel hüceyrələri və qaraciyər sinusitləri də daxil olmaqla müxtəlif toxumalarda sintez olunan poli...
Ətraflı oxu →Hemoxromotoz
Hemoxromotoz (ing. haemochromatosis), bürünc diabet (ing. bronze diabetes), siderofiliya (ing. iron-storage disease) – Anadangəlmə olub, dəmirin toxumalara artıq toplanması, hepatomeqaliya, artropatiya (II və III əl darağı falanqa oynaqlarının zədələnməsi), qəhvəyi rəngli dəri, hipoqonodizm, şəkərli diabet, durğunluq ürək çatışmazlığı ilə xarakterizə olunur. Yatrogen səbəbdən 2-cili hemoxromatoz yarana bilər.
Ətraflı oxu →Hepatit A
Hepatit A (xalq arasında "sarılıq" deyilir) virusu ən çox çirkli sulardan keçdiyi üçün yay aylarında bu xəstəliyə tutulanların sayında hədsiz dərəcədə artım görünür. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da Hepatit A virusuna yoluxma riski daha çoxdur. Hepatit A xəstəliyinin simptomları: solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsi.
Ətraflı oxu →Hiperemiya
Hiperemiya (yun. ὑπερ- "super-" + αἷμα "qan") — bədənin müxtəlif toxumalarına qan axınının artması. Kliniki olaraq toxumaların hiperemiyası qan damarlarının oksigenli qanla dolması nəticəsində eritema (dərinin qızarması) ilə özünü göstərir.
Ətraflı oxu →Hipertonik kriz
Hipertonik kriz — arterial təzyiqin başlanğıc səviyyədən (normal və ya yüksəlmiş) qəflətən yüksək həddə yüksəlməsidir. Hipertonik kriz zamanı beyin, ürək, böyrək qan dövranı kəskin pisləşir və ciddi ağırlaçmalar meydana çıxır (insult, infarkt, aorta divarının laylanması, ağciyər ödəmi, kəskin böyrək çatmamazlığı). Hipertonik krizlər bir neçə prinsiplər üzrə təsnif edilir. AT-nin yüksəlmə mexanizmlərinə əsasən hipertonik krizlər hiperkinetik, hipokinetik və eukinetik tiplərə bölünür. Hiperkinetik krizlər periferik damarların normal və ya zəifləmiş tonusu, ürək atımının yüksəlməsi ilə xarakte...
Ətraflı oxu →Hipertoniya
Arterial hipertoniya — qan təzyiqinin davamlı yüksəlməsi ilə xarakterizə olunan vəziyyətdir. Vaxtında müalicə olunmadıqda ürək, beyin və böyrək fəsadlarına səbəb ola bilər.
Ətraflı oxu →His dəstəsinin sağ ayaqcığınıın blokadası
His dəstəsinin sağ ayaqcığınıın blokadası (ing. right bundle branch block) tibbdə ürəyin keçiricilik sistemində baş verən pozğunluq olub, Elektrokardioqrafiya müşahidəsində öz əksini tapmış olur. Bu patoloji hal heç bir şikayətə səbəb olmasa da, amma hər hansı bir sağ mədəciyin disfunksiyasına səbəb ola bilir. Bu patoloji hala səbəb ürək əzələsinin qan təchizatıının pozulması — işemiya, iltihabı — miokardit, bəzən də zəhərlənmə, sağ mədəciyin həddən ziyadə yüklənməsi halları ola bilər. Bu hal elə bir xüsusi müalicə tələb etmir, amma onu üzə çıxara bilən səbəblərə qarşı müalicə labüddür.
Ətraflı oxu →His dəstəsinin sol ayaqcığınıın blokadası
His dəstəsinin sol ayaqcığınıın blokadası (ing. left bundle branch block) tibbdə ürəyin keçiricilik sistemində baş verən pozğunluq olub, Elektrokardioqrafiya müşahidəsində öz əksini tapmış olur. Bu patoloji hal çox vaxt heç bir şikayətə səbəb olmasa da, amma hər hansı bir sol mədəciyin disfunksiyasına səbəb ola bilir. Bu patoloji hala səbəb ürək əzələsinin qan təchizatıının pozulması — işemiya, iltihabı — miokardit, bəzən də zəhərlənmə, sol mədəciyin həddən ziyadə yüklənməsi halları ola bilər. Bu hal bəzən elə bir xüsusi müalicə tələb etmir, amma onu üzə çıxara bilən səbəblərə qarşı müalicə...
Ətraflı oxu →Holt-Orama sindromu
Holt-Orama sindromu, ürək-əl sindromu (ing. Holt-Oram syndrome, Heart and Hand syndrome) olaraq da tanınır. Bu sindrom yuxarı ətrafların və ürəyin inkişafına təsir edən irsi genetik xəstəlikdir. TBX5 genində əmələ gəlmiş qüsurdan qaynaqlanır. Xəstəliyin rast gəlinmə ehtimalı 1:100.000-dir. Bu halların 60% -i ailədə qeydə alınır. Kişilər və qadınlar arasında sindromun rast gəlinmə tezliyi eynidir. Sindrom 1960-cı ildə Meri Holt və Samuel Oramın şərəfinə adlandırılmışdır.
Ətraflı oxu →Homosistinuriya
Homosistinuriya (ing. homocystinuria) – ferment defisiti ilə bağlı irsi xəstəlikdir, homosistein artıq əmələ gəlir, sidiklə ifraz olunur. Klinik – əqli cəhətdən geriqalma və fəqərə anamoliyası, hündür boy, araxnodaktiliya, billurun çıxığı, damar trombozu.
Ətraflı oxu →Hörümçək angioma
Hörümçək angioma və ya hörümçək naevusu, həmçinin nevus araneus, dərinin səthinin bir az altında yerləşən, tez-tez mərkəzi qırmızı ləkə və hörümçək toru və ya hörümçək ayaqları kimi xaricə yayılan uzantılara(Qan rənginə baxın) malik telangiektaziya növüdür(dəridə şişmiş, hörümçəkəbənzər qan damarları). Onlar geniş yayılmış və tez-tez xoşxassəli olmaqla, sağlam yetkinlərin və azyaşlı uşaqların təxminən 10–15%-də özünü göstərir. Lakin, üçdən çox hörümçək angiomasının olması anormal olma ehtimalı yüksəkdir və qaraciyər xəstəliyinin və/və ya hepatit C-nin (HCV virusu) əlaməti ola bilər; bu, həm...
Ətraflı oxu →Hurler sindromu
Hurler sindromu — Hurler xəstəliyi və əvvəllər qorqulizm adlanan mukopolisakkaridoz tip IH (MPS-IH) olaraq da bilinən Hurler sindromu, lizosomlarda qlikozaminoglikanlar (GAG) adlanan böyük şəkər molekullarının yığılması ilə nəticələnən genetik bir xəstəlikdir. Bu molekulların parçalanmaması, sinir sistemi, skelet sistemi, gözlər və ürək daxil olmaqla bunlarla məhdudlaşmayan müxtəlif orqan sistemlərinin zədələnməsinə səbəb olan geniş bir sıra simptomlarla nəticələnir. Əsas mexanizm, QAQ-larin dağılmasından məsul olan bir ferment alfa-L iduronidaz çatışmazlığıdır. Bu ferment olmadan bədəndə d...
Ətraflı oxu →İnsult
İnsult (Vurğun)— beyin qan dövranının kəskin pozulmasıdır. BQDKP-ı 2 yerə ayrılır: keçib gedən bqdkp (24 saat ərzində) insultlar. İnsultun iki tipi fərqləndirilir: işemik(80-85%) və hemorragik(15-20%). İşemik insult — qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Bütün halların 80%-də işemik insult karotid hövzədə, 20%-də isə vertebrobazilyar hövzədə baş verir. Kəskin serebral işemiya nəticəsində yaranan o...
Ətraflı oxu →İşemik insult
İşemik insult – qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Bütün halların 80%-də işemik insult karotid hövzədə, 20%-də isə vertebrobazilyar hövzədə baş verir. Kəskin serebral işemiya nəticəsində yaranan ocaqlı nevroloji defisit və ya retinal işemiya nəticəsində yaranan görmənin monokulyar pisləşməsi (amaurosis fugax) 24 saat ərzində tam keçib gedirsə, bu sindrom tranzitor işemik həmlə (TİH) kimi təsnifa...
Ətraflı oxu →Kardiogen şok
Kardiogen şok, ürəyin funksiyasının kəskin pozulması nəticəsində orqanlara kifayət qədər qan axınının olmaması ilə əlaqəli təcili tibbi vəziyyətdir. Kifayət qədər qan axınının olmamasının əlamətləri arasında oliquriya (azalmış sidik ifrazı), ətrafların soyuması, həmçinin şüurun bulanıqlaşması yer alır. Xəstələrdə eyni zamanda çox aşağı qan təzyiqi və ürək ritmi müşahidə oluna bilər. Kardiogen şokun səbəbləri arasında kardiomiyopatiyalar, aritmiya və mexaniki faktorlar yer alır. Kardiogen şokun ən çox rast gəlinən səbəbi miokard infarktıdır. Kardiogen şokun müalicəsi onun səbəbindən asılıdır...
Ətraflı oxu →Kardioskleroz
Kardioskleroz (yun. καρδία "ürək" və σκληρός "bərk" söz.) — ürək əzələsinin patologiyası, miyokardda birləşdirici çapıq toxumasının böyüməsi, əzələ liflərinin dəyişdirilməsi və klapanların deformasiyası ilə xarakterizə olunur. Kardioskleroz sahələrinin inkişafı miokard liflərinin məhv olduğu yerdə baş verir, bu da əvvəlcə kompensasiyaedici miokard hipertrofiyasına, sonra nisbi qapaq çatışmazlığının inkişafı ilə ürəyin genişlənməsinə səbəb olur. Kardioskleroz koronar damarların aterosklerozu, koronar ürək xəstəliyi, müxtəlif mənşəli miokardit, miokard distrofiyasının nəticəsidir.
Ətraflı oxu →Karni kompleksi
Karni kompleksi — nadir görülən genetik xəstəlik. Əsasən, dəri, ürək, endokrin sistemi və digər orqanları təsir edən müxtəlif şişlərlə xarakterizə olunur. Bu kompleks "PRKAR1A" genindəki mutasiyalar nəticəsində yaranır və adətən uşaqlıq və ya yeniyetməlik dövründə müşahidə edilir. Karni kompleksi xəstənin həyat keyfiyyətinə ciddi şəkildə təsir edə bilən və müxtəlif klinik əlamətlərlə müşahidə olunan bir vəziyyətdir.
Ətraflı oxu →