Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 181 material.
Miller-Diker Sindromu
Miller-Diker Sindromu — anadangəlmə qüsurlarla xarakterizə olunan sindromdur. Doğuş qüsurları körpədə doğulanda tapılan fiziki qüsurlardır və beyin, ürək, ağciyər, qaraciyər, sümük və ya bağırsaq daxil olmaqla bədənin bir çox fərqli hissəsini təsir edə bilər. MDS bitişik gen sindromudur, bir-birinə bitişik çoxsaylı gen lokuslarının silinməsi nəticəsində yaranan bir xəstəlikdir. Xəstəlik 17p xromosomun kiçik qolunun bir hissəsinin (LIS1 və 14-3-3 epsilon genlərini əhatə edən) silinməsi səbəbindən meydana gəlir və bu da qismən monosomiya ilə nəticələnir. Balanssız translokasiyalar ola bilər (...
Ətraflı oxu →Miokard infarktı
Miokard infarktı ürək əzələsinin bir hissəsinin qan təchizatının kəskin pozulması nəticəsində nekroza uğramasıdır. Ən çox koronar arteriyaların trombozu ilə bağlıdır və təcili tibbi yardım tələb edir.
Ətraflı oxu →Miqren
Miqren (fr. migraine) — başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur. Miqren zamanı baş ağrıları arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları və ya kəllədaxili təzyiqin artması ilə əlaqədar deyil. Miqren ağır formalı birincili baş ağrısının ən geniş yayılmışnövüdür. Yayılma dərəcəsinə görə 10% kişilərdə, 22% qadınlarda müşahidə olunur. "Miqren" sözü fransız mənşəli olub, öz növbəsində yunan dilində "başın yarısı...
Ətraflı oxu →Mitoxondrial xəstəliklər
Mitoxondrial xəstəliklər — mitoxondrilərin genetik, struktur və biokimyəvi defektləri ilə şərtlənən heterogen sinir-əzələ xəstəlikləri qrupu. Enerjinin yaranmasında aparıcı rol mitoxondrilərə məxsusdur. İnsanın mitoxondrial DNT-si 2 zəncirli halqavari molekuldan ibarətdir. Mitoxondrial genom 16569 nukleotid, 22 nəqliyyat RNT-si geni, 2 ribosom RNT-si geni, 13 zülal genlərindən ibarətdir. Mitoxondrial DNT 200000-300000 nüsxədə, demək olar ki, tam yumurtahüceyrələrin sitoplazması ilə ötürülür (spermatazoidlər də praktik olaraq mitoxondrilər olmadığı üçün onlarla cüzi ötürülür). Ona görə də, m...
Ətraflı oxu →Mitral qapaq çatışmazlığı
Mitral qapaq çatışmazlığı və ya mitral çatışmazlıq — anadangəlmə və əsasən qazanılma ürək qüsuru olub, ikitaylı qapaqların iltihabi proseslərlə: revmatizma, sistemli qırmızı qurd eşənəyi, sistemli sklerodermiya, arteriit və s.-lərlə zədələnməsi ilə meydana çıxmış olur.
Ətraflı oxu →Nəfəs darlığı
Nəfəs darlığı (dispnoe) — orqanizmin adaptiv funksiyalarından biri olub çox vaxt tənəffüs tezliyində, ritmində və dərinliyində dəyişikliklərlə ifadə edilir, tez-tez hava çatışmazlığı hissləri ilə müşayiət olunur. Ürək xəstəliyində nəfəs darlığı fiziki gərginlik zamanı, sonra isə istirahətdə, xüsusilə üfüqi vəziyyətdə, xəstələri oturmağa məcbur edir (ortopne). Ürək xəstəliyi ilə şiddətli nəfəs darlığı (adətən gecə) hücumları ürək astmasının təzahürüdür; bu hallarda nəfəs darlığı inspiratordur (tənəffüs çətinliyi). Ekspirator nəfəs darlığı (ekshalasiyada çətinlik) kiçik bronxların və bronxiol...
Ətraflı oxu →Norovirus
Norovirus ("Noruolk virusu" — ing. Norwalk virus) — lat. Caliciviridae ailəsindən olan, RNT tərkibli virus. Dünyada 90% hallarda bakteriyasız keçən mədə-bağırsaq epidemiyalarının səbəbkarı norovirus törədicisidir. Virus xəstə ilə birbaşa təmasdan, yoluxmuş qida məhsullarından əsasən fekal-oral yolu ilə ötürülür. Bu hal "bağırsaq qripi" də adlandırılır. İlk olaraq norovirus özünü 1968-ci ildə Ohayo ştatının Noruolk şəhərində, ibtidai məktəb şagirdləri arasında kəskin baş qaldırmış mədə-bağırsaq pozğunluqları ilə büruzə verdiyinə görə ing. Norwalk-like virus adlandırılmışdır. Virus 1972-ci il...
Ətraflı oxu →Onixomikoz
Onixomikoz və ya dırnaq göbələyi (lat. Onychomycosis) — dırnağın göbələk infeksiyası. Trichophyton rubrum, Trichophyton interdigitale, Trichophyton tonsurans və digər göbələklər tərəfindən törədilir. Xəstəlik törədicisi Epidermophyton floccosum və Microsporum canis də ola bilir. Simptomlara ağ və ya sarı dırnaq rənginin dəyişməsi, dırnağın qalınlaşması və dırnağın dırnaq yatağından ayrılması daxil ola bilər. Ayaq və ya əl dırnaqları təsirlənə bilər, lakin ayaq dırnaqlarında daha çox rast gəlinir. Bir sıra müxtəlif növ göbələklər dermatofitlər və Fusarium da daxil olmaqla onikomikoza səbəb o...
Ətraflı oxu →Ormand xəstəliyi
Ormand xəstəliyi, idiopatik retroperitoneal fibroz – idiopatikdir, izoləolunmuş aortitin növüdür. Klinika: daha çox kişilər, 40–60 yaş, 90% halda ağrı (fəqərə sütununun aşağı hissəsi, qarın, xaya, gövdənin yanı). Bəzi hallarda – arterial hipertenziya, sistem əlamətləri.
Ətraflı oxu →Osteoxondritlər
Osteoxondritlər – rentgenoloji əlamətlərlə gedən heterogen qrup xəstəlikdir. Bəzən təsadüfən tapılır. Çox vaxtı ağrı olur, 3-16 yaşda (xüsusi ilə oğlanlar) yaranır, daha çox periferik skelet zədələnir. Bəzən subxondral hissənin infarktı ilə əlaqədar olur.
Ətraflı oxu →Otahara sindromu
Otahara sindromu - körpələrin erkən epileptik ensefalopatiyası. Etiologiya: polietioloji sindromdur, lakin əksər hallarda beynin prenatal zədələnməsi (baş beynin anadangəlmə qüsurları, Aykardi sindromu, neyro-dəri sindromları və s.) qeyd olunur. Başlandığı yaş dövrü: uşağın 3 aylığına qədər, daha çox isə 1-ci ay ərzində başlayır. Klinik mənzərə: tutmaların əsas tipi – 10 san hüdudlarında davam edən tonik spazmlardır. Adətən seriya şəklində (bir seriyada 10-40 spazm) meydana çıxır. Sutka ərzində spazmların ümumi miqdarı 300-400-ə çata bilər. Onlar həm oyaqlıq, həm də yuxu dövründə əmələ gəli...
Ətraflı oxu →Panik atak
Panik atak, panik hücum və ya təşviş hücumu — əzabverici hisslərlə (məsələn, yüksək ürək döyüntüsü, boğulma hissi, sinə ağrısı, başgicəllənmə, ishal, ürəkbulanma) müşayiət olunan qəfil və şiddətli narahatlıq simptomu. Panik ataklar ölümcül deyil və həyati təhlükəsi olan xəstəliklərə səbəb ola bilməz. Panik atak qorxunun sürətli artması və əksər hallarda qısa müddətli olması ilə xarakterizə olunur. Adətən bu vəziyyət müxtəlif qorxularla müşayiət olunur, məsələn, ölüm qorxusu, dəli olmaq və ya özünə nəzarəti itirmək qorxusu. Həmçinin, panik ataklardan əziyyət çəkən xəstələr tez-tez panik atak...
Ətraflı oxu →Pankost şişi
Pankost şişi – ağciyər zirvəsinin şişi olub, yuxarı ətrafın nevroloji və damar simptomları ilə müşayiət olunur.
Ətraflı oxu →Papilyar tiroid xərçəngi
Papilyar xərçəng — qalxanabənzər vəzi şişlərinin 50–72%-ni təşkil edir və qadınlar arasında kişilərə nisbətən çox rast gəlir. Proqnostik cəhətdən xoşgedişlidir. Gedişinə görə yerli, yerli-metastatik və metastatik formaları ayırd edilir. Xərçəngin bu növü boyunun sinir-damar dəstəsinin önü ilə qırtlaqönü, traxeyaönü, yuxarı, orta və aşağı vidaci limfa düyünlərinə limfogen yolla metastazlar verir.
Ətraflı oxu →Parazitar xəstəliklər
Parazitar xəstəliklər — parazitlərin (protozoylar, helmintlər və buğumayaqlılar) yaratdığı xəstəliklər qrupu. Bu xəstəlikdə parazit insan orqanizminə zərər verir və ya onun hesabına yaşayır. Onlar yoluxucu xəstəliklərin tərkib hissəsidir. Parazitar xəstəliklər yoluxucu xəstəliklərin bir hissəsi olsa da, adətən bir-birindən ayrılırlar və yoluxucu xəstəliklər birhüceyrəli orqanizmlərin (viruslar, bakteriya, göbələklər, ibtidailər) törətdiyi xəstəliklər hesab olunur. Bir sözlə viruslar maddə quruluşunun qeyri-hüceyrəvi formasına aiddir. Parazitar xəstəliklərin törədiciləri - çoxhüceyrəli heyva...
Ətraflı oxu →Patau sindromu
Patau sindromu və ya Trisomiya 13 xromosom anamaliyasıdır. Trisomiya 13 sindromunda hüceyrələrdə 13-cü xromosom cütündə 2 xromosom yerinə 3 xromosom olur. 13-cü xromosom aşağıdakı xüsusiyyətlərə görə fərqlənir. Bu xüsusiyyətlərin birləşməsi Trisom 13 sindromuna tutulmuş uşaqlarda müəyyən problemlərə yol açır. Hərtərəfli əqli yubanma Qeyri-adi kiçik gözlər İnkişaf gecikməsi Dovşan dodaqlılıq - yuxarı dodaqda qeyri-adi yarıq Damaqda yarıq Əlavə əl vəya ayaq barmaqlarının olması 13-cü xromosom uşağın normal inkişafını pozur, yəni uşağın ürəyində, böyrəyində deffektlər əmələ gəlir. Ayrılmamaqla...
Ətraflı oxu →Periferik arteriyaların daralması
Periferik arteriyaların daralması yaxud okklyuziyası (ing. peripheral artery disease - PAD, peripheral vascular disease - PVD) — özünü periferik arteriya damarlarının daralması və tutulması nəticəsində qan təchizatının pozulması ilə xarakterizə olunan xronik damar xəstəliyidir.
Ətraflı oxu →Perikardit
Perikardit – ürəyin seroz qişasının ya ürək kisəsinin iltihabı. Müxtəlif xəstəliklər fonunda və müstəqil olaraq meydana çıxır. Etiologiyasına görə infeksion, autoimmun, travmatik və ideopatik perikarditlər ayird edilir.
Ətraflı oxu →