Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 69 material.
Addison xəstəliyi
Addison xəstəliyi — böyrəküstü vəzinin qabıq maddəsinin hormonunun çatızmaşlığı olduqda yaranan xəstəlik. Dərinin tunc rəng alması xəstəliyin spesifik əlamətidir.
Ətraflı oxu →Ağ ciyərin ödemi
Ağ ciyərin ödemi – arterial kapillyarlardan süzülən mayenin miqdarı venoz kapillyarlarla və limfa sistemi ilə çəkilən mayedən artıq olduqda baş verən xəstəlik. Ağ ciyərin ödemi qan dövranının sol mədəcik tipli pozulması, böyrəklərin bəzi zədələnmələri və s. səbəblərdən inkişaf edir.
Ətraflı oxu →Anoreksiya
Anoreksiya və ya nevrotik anoreksiya (lat. anorexia neurosa, an – inkar şəkilçisi + yun. όρυός – iştaha ) – qidalanmaya olan fizioloji tələbatın saxlanması ilə iştahanın olmaması, kökəlmədən əsassız qorxu hissi, eyni zamanda arıqlamağa güclü və dayanıqlı meyllə səciyyələnən qida qəbulu pozuntusudur. Qida mərkəzinin üzvi zədələnmələri (məs., şişlər, travma, insult, zəhərlənmələr və s.), sinir sisteminin funksional pozğunluqları (məs., nevrozlar, stress vəziyyətləri və s.), endokrin xəstəlikləri (hipofiz kaxeksiyası, addison xəstəliyi və s.), xroniki üzücü xəstəliklər (vərəm, yaman şişlər və...
Ətraflı oxu →Appendisit
Appendisit (lat. appendicitis) — kor bağırsağın soxulcanabənzər çıxıntısının iltihabı. Qarın boşluğunun ən geniş yayılmış kəskin xəstəliyi hesab olunur. Appendisit çox vaxt daima bağırsaqlarda qalan və normal həzm prosesi üçün lazım olan qarışıq qeyri-spesfik bakteriyaların fəaliyyəti ilə əlaqədar baş verir. Qeyri-spesfik bakteriyalardan bağırsaq çöpləri üstünlük təşkil edir. Soxulcanabənzər çıxıntının spesifik flora ilə (vərəm, sifilis və s.) zədələnməsinə çox nadir hallarda təsadüf edilir. Morfoloji olaraq kataral (ancaq selikli qişanın iltihabı), fleqmonoz (çıxıntının bütün qişalarının i...
Ətraflı oxu →At quyruğu sindromu
At quyruğu sindromu – onurğa beyni kötüklərinin bel-oma nahiyəsində sıxılması nəticəsində onurğa sutununun aşağı hissəsində ağrı, aşağı ətraflarda əzələ zəifliyi, yəhərvarı anesteziya (S4 zədələnməsi), həmçinin sidik və nəcisi saxlaya bilməmək. Səbəblər – fəqərə diskinin yırtığı, şiş, infeksion xəstəliklər, re-gionar anestesiya ilə bağlı ağırlaşma.
Ətraflı oxu →Barakat sindromu
Barakat sindromu — genetik xəstəlik. Əsasən hipoparatiroidizm (paratiroid hormonunun azlığı), karlıq (sensorinevral eşitmə itkisi) və böyrək pozğunluqları (renal displaziya) ilə xarakterizə olunur. İlk dəfə 1977-ci ildə Amin Barakat tərəfindən təsvir edilən bu sindrom tibbi ədəbiyyatda HDR sindromu kimi də tanınır.
Ətraflı oxu →Behçet xəstəliyi
Behçet xəstəliyi — ağız boşluğu və cinsiyyət orqanlarının selikli, gözün ağlı qişasının residiv verən xroniki xəstəliyi. Etiologiyası məlum deyildir. Türk dermatoloqu H.Behçet müəyyən etdiyinə görə, onun adı ilə adlanır. Əlamətləri: ümumi narahatlıq, temperaturun yüksəlməsi, revmatoid xarakterli ağrılar, müxtəlif böyüklükdə eroziya və xoralar və s. ağız boşluğunda xəstəliyin klinik gedişi aftoz stomatit tipli olur, bəzən tez partlayan suluqlar əmələ gəlir. Ağrının təsirindən xəstənin qida qəbulu və danışığı çətinləşir. Suluqlar partladıqdan sonra yerində səthi eroziya izləri qalır. Behç...
Ətraflı oxu →Böyrək daşı
Böyrək daşları - böyrəkdə və böyrək ətrafı nahiyələrdə şiddətli ağrılara səbəb olur.
Ətraflı oxu →Böyrək daşı xəstəliyi
Böyrək daşı xəstəliyi – böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. Böyrəkdaşı xəstəliyi (BDX) – maddələr mübadiləsinin müxtəlif endogen və/və ya ekzogen səbəblərdən pozulması xəstəliyidir. Bəzi hallarda irsi xarakter daşıyır, həmin zaman sidik yolları sistemində daşların yaranması ilə səciyyələnir. Bu zaman böyrəklərdə və/və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir. Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər. Bəzi hallarda böyrək daşları özünü heç bir əlamətlə büruzə vermədən uzun müddət mövcud ola bilər. Bu halda onlar digər orqanların...
Ətraflı oxu →De-Lanqe sindromu
De-Lanqe sindromu — ilk dəfə 1933-cü ildə Hollandiya həkimi De-Lanqe tərəfindən təsvir edilmişdir. Sindromun başlıca cəhətləri bunlardır: xəstələr boyca kiçik, arıq olub özünəməxsus sifətləri ilə diqqəti cəlb edir. Qaşları həddindən artıq tüklü, burunları qısa, burun deşikləri bir qədər yuxarıda yerləşir. Kəllə həcmcə kiçik, braxisefal quruluşa malik olur. Əlləri kiçik, şəhadət barmaqları qısa, çəçələ barmaqları içəri doğru əyilir, bəzən bir barmaqları çatmır. Bədənin digər hissələrinin (onurğa sütunu, köks qəfəsi) və daxili orqanların (böyrəklərin) anomaliyası da tez-tez təsadüf edilir. Xə...
Ətraflı oxu →Dəniz xəstəliyi
Dəniz xəstəliyi bir digə adı ilə yırğalanma olan bu hal gəmidə olarkən dəniz bərk dalğalandıqda, təyyarədə və ya maşında gedərkən baş verə bilir. əsas səbəbi daxili qulağın vestibulyar aparatının qıcıqlanmasıdır. əsasən sağlamlığı zəif adamlarda və vegetoniklərdə baş verir. əsas səbəblərdən biri vestibulyar aparatın oyanması zamanı qanda natriumun miqdarının azalmasıdır. iki variantda özünü göstərir: astenik variant zamanı baş ağrısı, ürəkbulanma, qusma, iştahanın pozulması, başgicəllənmə, soyuq tər, bradikardiya, hipotoniya, huşun tormozlanması və yuxuculuq əlamətləri özünü göstərir. ajiot...
Ətraflı oxu →Diabetik neyropatiya
Diabetik neyropatiya (q.yun. νεϋρον — "sinir" + q.yun. πάθος — "əzab, xəstəlik") — şəkərli diabetdə kiçik qan damarlarının zədələnməsi ilə əlaqəli sinir sisteminin pozğunluqları — yalnız iş qabiliyyətinin azalmasına deyil, həm də tez-tez baş verən ağırlaşmalardan biridir. Ağır əlillik hallarının yaranmasına və xəstələrin ölümünə səbəb olur. Patoloji proses bütün sinir liflərinə təsir göstərir. Müəyyən liflərin zədələnmə dərəcəsindən asılı olaraq müxtəlif növ diabetik neyropatiya müşahidə olunur: sensor (həssas), sensor-motor, avtonom. Eləcə də neyropatiyalar mərkəzi və periferik olaraq ayır...
Ətraflı oxu →Di Georq sindromu
Di Georq sindromu — 22q11.2 silinmə sindromu olaraq da bilinir, xromosomun 22 kiçik bir hissəsinin silinməsindən qaynaqlanan bir sindromdur. Semptomlar dəyişsə də, bunlara tez-tez anadangəlmə ürək problemləri, spesifik üz xüsusiyyətləri, tez-tez infeksiyalar, gecikmə inkişaf, öyrənmə problemləri və damaq yarığı. Komorbiditelere böyrək problemləri, eşitmə itkisi və romatoid artrit və ya Qraves xəstəliyi kimi otoimmün xəstəliklər daxildir. Di Georq sindromu ümumiyyətlə 22q11.2 kimi tanınan bir yerdə 22-ci xromosomun ortasında 30-40 genin silinməsi səbəbindən meydana gəlir. Vəziyyətlərin təxmi...
Ətraflı oxu →Eklampsiya
Eklampsiya — ağır preeklampsiya və eklampsiya, az hallarda rast gəlinsə də, hamiləliyin çox ciddi fəsadı hesab olunur. Eklampsiyadan ölüm halları 1,8%, eklampsiyanın başqa ağırlaşmaları 35% təşkil edir. Ağır preeklampsiya hamilə qadınların ölümünə səbəb olan xəstəliklər sırasında qanaxma və emboliyalarla birlikdə ilk 3 yeri bölüşdürür. Preeklampsiya kəskin böyrək çatışmazlığı, serebrovaskulyar və kardiovaskulyar ağırlaşmalar, DDL sindrom ilə təzahür edir, bununla da ana ölümü riskinin artmasına səbəb olur. Eklampsiya preeklampsiyanın ağırlaşmasıdır; Hamiləliyin 3-cü trimestrində və doğuşdan...
Ətraflı oxu →Epispadiya
Epispadiya (yun. epispadias) ― sidik kanalının nadir anadangəlmə inkişaf qüsuru. Bu zaman kişilərdə sidik kanalı penisin yuxarı tərəfində xaricə açılır, qadınlarda isə sidik kanalının önə doğru çox inkişafı halında rast gəlinir. Təxminən 100.000 yenidoğulandan 2,4-də rast gəlinir.
Ətraflı oxu →Hantavirus infeksiyası
Hantavirus infeksiyası — böyrək sindromlu Hantavirus hemorragik qızdırması və Hantavirus ağciyər sindromu kimi xəstəliklərə səbəb olan infeksiyadır. Böyrək sindromlu Hantavirus hemorragik qızdırması simptomlarına əsasən baş ağrısı, qarın ağrısı, qızdırma, ürəkbulanma, qanaxma və böyrək çatışmazlığı daxildir. Hantavirus ağciyər sindromunda isə yorğunluq, qızdırma, əzələ ağrısı, öskürək və nəfəs darlığı müşahidə edilir. İlkin simptomlar yoluxmadan 1–8 həftə sonra ortaya çıxır. Böyrək sindromlu Hantavirus hemorragik qızdırması Köhnə Dünya hantaviruslarından, Hantavirus ağciyər sindromu isə Yen...
Ətraflı oxu →Hepatit A
Hepatit A (xalq arasında "sarılıq" deyilir) virusu ən çox çirkli sulardan keçdiyi üçün yay aylarında bu xəstəliyə tutulanların sayında hədsiz dərəcədə artım görünür. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da Hepatit A virusuna yoluxma riski daha çoxdur. Hepatit A xəstəliyinin simptomları: solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsi.
Ətraflı oxu →Hepatorenal sindrom
Hepatorenal sindrom — ağır qaraciyər xəstələrində böyrək funksiyalarının pozulması və hətta böyrək çatışmazlığı ilə müşayiət olunan patoloji vəziyyət. Bərabər zamanlı meydana gələ bilən karbontetraxlorid zəhərlənməsi, bəzi mikotoksinlərə məruz qalma, ya da Vilson xəstəliyində müşahidə edilən mis toksikliyi kimi vəziyyətlər belə bu zaman kənarda qalır. Ayrıca, irəli dərəcədə qaraciyər çatışmazlığı zamanı ortaya çıxan və kəskin tubulyar nekroz və böyrək çatışmazlığına səbəb olan qan dövranı problemləri belə bu sindroma aid deyil. Qaraciyər çatışmazlığı düzələrsə böyrək funksiyaları da sürətlə...
Ətraflı oxu →