Tibbi ensiklopediya
Xəstəliklər Ensiklopediyası
Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 69 material.
Hiperlipidemiya
Hiperlipidemiya- - qanda triqliseridlərin və xolesterinin həddindən artıq yüksək cəmləşməsidir. Lipid piyin digər adıdır. Lipidlər bədəndə asanlıqla yığılır və enerji mənbəyi kimi istifadə olunur. Xolesterin qaraciyərimizdə yediyimiz yağlı yeməklərdən əmələ gələn yağlı kimyəvi maddədir (lipid). Xolesterin qanda müəyyən miqdarda olur. Sağlam qalmağınız üçün insana bir qədər xolesterin lazımdır. Xolesterin qanda lipoproteinlər adlanan hissəciklərin bir hissəsi kimi daşınır. Triqliseridlər bədəndə olan əsas piy formasıdır. Omba, bud və ya mədə nahiyyəsində piy toplanması haqqında fikirləşdikdə...
Ətraflı oxu →Hiperparatiroidizm
Hiperparatiroidizm qanda paratiroid hormonunun (PTH) səviyyəsinin artmasıdır. Bu vəziyyət paratiroid vəzilərində pozğunluq səbəbindən (birinci dərəcəli hiperparatireoz) və ya xarici stimullara (ikinci dərəcəli hiperparatireoz) cavab olaraq baş verir. Hiperparatireozun simptomları paratiroid hormonunun istehsalının artmasına cavab olaraq sümüklərdən və qan dövranına xaric edilən qan kalsiumunun qeyri-adekvat normal və ya yüksək səviyyədə olması ilə əlaqədardır. Sağlam insanlarda qanda kalsium səviyyəsi yüksək olduqda, paratiroid hormonu səviyyəsi aşağı olmalıdır. Uzun müddət davam edən hiper...
Ətraflı oxu →Hipertonik kriz
Hipertonik kriz — arterial təzyiqin başlanğıc səviyyədən (normal və ya yüksəlmiş) qəflətən yüksək həddə yüksəlməsidir. Hipertonik kriz zamanı beyin, ürək, böyrək qan dövranı kəskin pisləşir və ciddi ağırlaçmalar meydana çıxır (insult, infarkt, aorta divarının laylanması, ağciyər ödəmi, kəskin böyrək çatmamazlığı). Hipertonik krizlər bir neçə prinsiplər üzrə təsnif edilir. AT-nin yüksəlmə mexanizmlərinə əsasən hipertonik krizlər hiperkinetik, hipokinetik və eukinetik tiplərə bölünür. Hiperkinetik krizlər periferik damarların normal və ya zəifləmiş tonusu, ürək atımının yüksəlməsi ilə xarakte...
Ətraflı oxu →Hipospadiya
Hipospadiya (yun. hipospadias) — anadangəlmə olaraq uretral boşluğun lazım olan yerdə olmamasını təsvir edir. Oğlanlarda hər 250 doğuşdan 1-i olmaqla, ikinci ən çox rast gəlinən anadangəlmə anomaliyadır. Uşağın sidik ifraz etdiyi dəliyin penisin ucunda deyil, altında olması halı hipospadiyadır. and 50% of proximal hypospadias Bu dəliklə cinsiyyət orqanının ucu arasındakı nahiyədə sidik kanalı tam formalaşmamışdır. Hipospadiyalar sidik ifrazat dəliyinin yerinə görə fərqli-fərqli formada təsnif edilə bilər. Penisin başında yerləşən və normal sidik ifrazının olması lazım olan yerə çox yaxın ol...
Ətraflı oxu →Homosistinuriya
Homosistinuriya (ing. homocystinuria) – ferment defisiti ilə bağlı irsi xəstəlikdir, homosistein artıq əmələ gəlir, sidiklə ifraz olunur. Klinik – əqli cəhətdən geriqalma və fəqərə anamoliyası, hündür boy, araxnodaktiliya, billurun çıxığı, damar trombozu.
Ətraflı oxu →HUS
HUS (ing. haemolytic uraemic syndrome) – mikroangiopatik trombositopeniyalara aid olub, ibarətdir: hemolitik anemiya, kəskin böyrək pozğunluğu, trombositopeniya. Uşaqlarda daha çox görünür, Escherichia Coli ilə bağlıdır, qanlı ishalla özünü göstərir. Septisemiya, hamiləlik eklampsiyası, dərman reaksiyası nətəcəsində yarana bilər, protrombin indeksi, aktivləşmiş hissəvi tromboplastin vaxtı və fibrinigen normaldır, D-dimer artmır, dializ letallığı azaldır.
Ətraflı oxu →Kardiogen şok
Kardiogen şok, ürəyin funksiyasının kəskin pozulması nəticəsində orqanlara kifayət qədər qan axınının olmaması ilə əlaqəli təcili tibbi vəziyyətdir. Kifayət qədər qan axınının olmamasının əlamətləri arasında oliquriya (azalmış sidik ifrazı), ətrafların soyuması, həmçinin şüurun bulanıqlaşması yer alır. Xəstələrdə eyni zamanda çox aşağı qan təzyiqi və ürək ritmi müşahidə oluna bilər. Kardiogen şokun səbəbləri arasında kardiomiyopatiyalar, aritmiya və mexaniki faktorlar yer alır. Kardiogen şokun ən çox rast gəlinən səbəbi miokard infarktıdır. Kardiogen şokun müalicəsi onun səbəbindən asılıdır...
Ətraflı oxu →Kəskin böyrək çatışmazlığı
Kəskin böyrək çatışmazlığı — böyrək funksiyasının ani, saatlar və ya günlər ərzində əmələ gələn, geri dönəbilən pozğunluğu. Əvvəlki normal böyrək funksiyası bərpa oluna və ya kəskin böyrək çatışmazlığı fonunda xroniki böyrək çatışmazlığı meydana çıxa bilər. Normal böyrək funksiyasından sonra, artıq mövcud xroniki böyrək xəstəliyi fonunda və ya kəskin böyrək xəstəliyi çərçivəsində meydana çıxa bilər.
Ətraflı oxu →Kəskin sistit
Kəskin sistit sidik kisəsinin iltihabıdır; əsasən bakterial mənşəlidir. Qadınlarda daha tez rast gəlinir və tez müalicə olunmalıdır.
Ətraflı oxu →Kor həlqə sindromu
Kor həlqə sindromu (ing. blind loop syndrome) – bağırsaq anastomozlarında nazik bağırsaqda staz nəticəsində bakteriyaların sürətlə artması, malabsorbsiya və steatoreya, oynaq sindromu baş verir. Kor ilgək və ya durğun bağırsaq sindromu nazik bağırsaqda bakteriyaların çox artması ilə (bakteriyaların miqdarı >105/ml) əlaqədar meydana çıxan funksional pozğunluqlar (diareya, steatoreya) və malabsorbsiyadır. Malabsorbsiya malnutrisiyaya, sepsisisə və böyrək çatmazlığına gətirib çıxara bilir.
Ətraflı oxu →Meningit
Meningit — baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyi. Bütün yaş qruplarında rast gəlinir. Hava-damcı yolu ilə keçir. Bəzi bakteriyalar (meninqokoklar, pnevmokoklar, streptokoklar, haemophilus, vərəm çöpləri, qarın yatalağı çöpləri, listeriyalar), viruslar (enteroviruslar, I və II tip sadə herpes virusu, epidemik parotit virusu, arboviruslar), parazitlər (amöb, malyariya) və göbələklər tərəfindən törədilir. Müxtəlif ağırlıq dərəcələri və təzahürləri (yüngül nazofaringit və meninqokokk gəzdiriciliyindən yayılmış meninqokokkemiya və meninqoensefalitə qədər) olur. Mümkün olan fəs...
Ətraflı oxu →Meqasistis (döldə)
Dölün meqasistisi (sinonimi Meqalosistis) ultrasəs müayinəsi zamanı anormal dərəcədə böyük və ya şişmiş sidik kisəsinin görünməsidir. Bu hal, əsasən hamilə qadınlarda oliqohidramniosun olması ilə müşayiət olunur. Anadangəlmə posterior uretra qapağı sindromu olan şəxslərdə də bu vəziyyətə tez-tez rast gəlinir (57%). Meqasistis halların yarısından çoxu fetal ölümlə nəticələnir.
Ətraflı oxu →Mərkəzi şəkərsiz diabet
Mərkəzi şəkərsiz diabet — neyrogen şəkərsiz diabet olaraq da adlandırılan, beyində vazopressinin kifayət qədər olmayan istehsalı nəticəsində yaranan xəstəlik. Neyrogen şəkərsiz diabet xəstəliyi şəkərsiz diabetin bir növüdür. Vasopressin qan həcmini (damardaxili) artırır və sidik ifrazını azaldır. Buna görə də, onun çatışmazlığı sidik istehsalının artmasına və həcminin azalmasına səbəb olur. O, həmçinin beyindəki hipotalamus tərəfindən təmin edilən posterior hipofiza (neyrohipofiz) aid olan neyrohipofiz şəkərsiz diabet kimi də tanınır. Bu vəziyyətdə yalnız şəkərli diabetlə ümumi olan poliuri...
Ətraflı oxu →Mitoxondrial xəstəliklər
Mitoxondrial xəstəliklər — mitoxondrilərin genetik, struktur və biokimyəvi defektləri ilə şərtlənən heterogen sinir-əzələ xəstəlikləri qrupu. Enerjinin yaranmasında aparıcı rol mitoxondrilərə məxsusdur. İnsanın mitoxondrial DNT-si 2 zəncirli halqavari molekuldan ibarətdir. Mitoxondrial genom 16569 nukleotid, 22 nəqliyyat RNT-si geni, 2 ribosom RNT-si geni, 13 zülal genlərindən ibarətdir. Mitoxondrial DNT 200000-300000 nüsxədə, demək olar ki, tam yumurtahüceyrələrin sitoplazması ilə ötürülür (spermatazoidlər də praktik olaraq mitoxondrilər olmadığı üçün onlarla cüzi ötürülür). Ona görə də, m...
Ətraflı oxu →Nefrit (xəstəlik)
Nefrit (yun. νεφρός, hərf. "böyrək") — müxtəlif etiopatogenezi, hər birinin özünəməxsus patomorfoloji və klinik xüsusiyyətləri olan böyrəklərin iltihabı xəstəlikləri qrupu. Nefrit böyrəklərdə glomeruli, borucuqları və ya interstisial böyrək toxumasını əhatə edən yerli və ya diffuz proliferativ və ya destruktiv proseslərə aiddir. Mənşəyinə görə ilkin nefrit (böyrəklərin ilkin patologiyası) və ikincili nefrit (başqa patoloji proseslə əlaqədar yaranan - şəkərli diabet, amiloidoz, birləşdirici toxuma sistemli xəstəlikləri, miyeloma xəstəliyi və s.) fərqlənir.
Ətraflı oxu →Nefrogenik şəkərsiz diabet
Nefrogenik şəkərsiz diabet — əsasən böyrək xəstəliklərindən qaynaqlanan şəkərsiz diabetin bir növü. O, böyrək şəkərsiz diabeti kimi də tanınır. Nefrogenik şəkərsiz diabet antidiuretik hormonun (həmçinin vazopressin adlanır) qeyri-kafi səviyyələrinin səbəb olduğu mərkəzi və ya neyrogenik şəkərsiz diabetdən fərqlidir. Nefrogenik şəkərsiz diabet böyrəklərin antidiuretik hormona düzgün reaksiya verməməsi ilə qaynaqlanır və nəticədə böyrəklərin sərbəst suyu çıxararaq sidiyi konsentrasiya etmək qabiliyyətini azaldır.
Ətraflı oxu →Neyromiyelit Optika
Neyromiyelit Optika (Devik xəstəliyi) — seçici olaraq görmə sinirinin (akut və subakut nevrit) və onurğa beyninin (geniş yayılmış eninə miyelit, LETM) zədələnməsi ilə xarakterizə olunan iltihabi, demielinləşdirici xəstəlikdir. Neyromiyelit Optika əvvəllər çox vaxt sklerozun ağır forması kimi qəbul edilirdi və diaqnozu sklerozla səhv salınırdı. Hal-hazırda, sklerozda rast gəlinməyən spesifik marker (NMO-IgG) aşkarlandığı və xəstəliyin gediş xüsusiyyətləri səbəbindən Neyromiyelit Optika ayrıca bir xəstəlik kimi qəbul edilir. Sklerozun xüsusi bir forması 1894-cü ildə Devik tərəfindən təsvir ed...
Ətraflı oxu →Nimann-Pik xəstəliyi
Nimann-Pik xəstəliyi və ya sfinqomielinlipidoz – irsi sfinqomielinaza fermentinin irsi defekti ilə əlaqədar baş verən xəstəlik. Xəstəlik zamanı beyin qabığı hüceyrələrində, beynin ağ maddəsində, qaraciyərdə, dalaqda, sümük iliyində, böyrəküstü vəzilərdə, böyrəklərdə, limfa düyünlərdə, dəridə və qanın mononuklear hüceyrələrində (monositlər və limfositlər) sfinqomielinlərin miqdarı artır.
Ətraflı oxu →