Fevralın 21-i cümə günü Çində yeni koronavirus infeksiyasına (COVID-19) yoluxanların ümumi sayı 75 685 nəfərə yüksəlib. Bir gündə yeni yoluxma hallarının sayı 1109 nəfər artaraq, əvvəlki günün göstəricilərini (394) xeyli üstələdi. 118 ölüm qeydə alınıb.
Qlobal miqyasda COVID-19-a yoluxanların sayı 76 726 nəfərə çatıb, 2 247 nəfər ölüb, 18 548 nəfər sağalıb.
Cənubi Koreyada yeni koronavirusa yoluxanların sayı üç gündə təxminən üç dəfə artaraq 156-ya çatıb.