Əməliyyat 7 yanvar 2022-ci ildə Merilend Universitetinin Tibb Mərkəzində həyata keçirilib. Cərrahlar sağalmaz ürək xəstəliyi olan 57 yaşlı David Bennettə geni dəyişdirilmiş donuz ürəyini uğurla köçürdülər. Xəstə əvvəlcə özünü yaxşı hiss etsə də, iki aydan sonra vəziyyəti pisləşməyə başlayıb və iki gün əvvəl dünyasını dəyişib.
Bennett əməliyyatla bağlı riskləri bilirdi, lakin bu, onun yeganə şansı idi – əməliyyatdan əvvəl o, bir neçə ay yataq xəstəsi idi və onun həyatı xüsusi avadanlıqların köməyi ilə qorunurdu.
Ürək transplantasiyasından sonra o, ailəsi ilə vaxt keçirib, televizora baxıb və evinə iti Lucky ilə getmək istədiyini danışıb. Transplantasiyanı həyata keçirən cərrah Bartley Griffith açıqlamasında "O, sona qədər mübarizə aparan cəsur və nəcib bir xəstə idi" dedi. Cənab Bennettin oğlu David Jr, atasının transplantasiyasının son deyil, ümidin başlanğıcı olacağına ümid etdiyini söylədi.
Transplantasiya göstərdi ki, geni dəyişdirilmiş heyvan ürəyi bədən tərəfindən dərhal rədd edilmədən insan ürəyi kimi fəaliyyət göstərə bilər. Donor donuzdan insan immun sistemi tərəfindən donuz orqanlarının rədd edilməsinə cavabdeh olan üç gen çıxarılmışdı. Və donuz ürək toxumasının həddindən artıq böyüməsinin qarşısını almaq üçün bir gen silindi. İmmun həssaslıqdan məsul olan altı insan geni də əlavə edildi.
Transplantasiyadan dərhal sonra cərrah Bartley Griffith, "Bizim kifayət qədər donor insan ürəyimiz yoxdur. Biz ehtiyatla davam edirik və inanırıq ki, dünyada ilk dəfə həyata keçirilən bu əməliyyat xəstələrə gələcəkdə mühüm yeni variantlar təqdim edəcək".