Amerika Ürək Assosiasiyasının statistikasına görə, ABŞ-da böyüklər gündə orta hesabla 10,5 saat kompüter, televizor və ya smartfon qarşısında oturaraq keçirirlər və bu, ilk növbədə 50-64 yaşlı insanlar üçün doğrudur. İnsultdan ölüm halları 65 və daha yuxarı yaş qrupunda azalsa da, 35-64 yaşlı insanlar arasında yüksəlir.
Oturaq həyat tərzi ilə insult riski arasındakı əlaqəni qiymətləndirmək üçün Kalqari Universitetinin tədqiqatçıları ürək xəstəliyi, xərçəng və ya insult tarixi olmayan 143.000 böyüklər arasında sağlamlıq və həyat tərzi məlumatlarını təhlil ediblər. Onların hamısı 2000-ci ildən bəri müxtəlif vaxtlarda Kanada Milli Sağlamlıq Müsahibə Sorğusunda iştirak etmişlər.
İştirakçılar təxminən 9,5 il izlənilib və bu müddət ərzində 3 minə yaxın insult qeydə alınıb. Orta hesabla, könüllülər oturaq istirahətə gündəlik 4,08 saat sərf ediblər; 60 və daha kiçik yaşlı insanlar üçün belə istirahətin orta müddəti 3,9 saat təşkil etmişdir.
Tədqiqatçılar bu yaş qrupunda səkkiz saat və ya daha çox oturan insanların insult riskinin dörd saatdan az oturanlara nisbətən 4,2 dəfə yüksək olduğunu təxmin ediblər. Kompüterdə dörd saatdan az vaxt keçirən və yüksək fiziki fəaliyyət göstərənlərlə müqayisədə – 7 dəfə.
Tədqiqat müəlliflərinin fikrincə, bu, sağlam fiziki fəaliyyətin oturaq həyat tərzinin mənfi təsirini kompensasiya edə biləcəyini göstərir.