Çində son 24 saat ərzində yeni COVOD-19 koronavirus infeksiyası ilə bağlı rəqəmlər yanvarın 20-dən bəri ən aşağı göstəricidir: yeni hallar – 125, ölüm – 31.
Son 24 saat ərzində altı yeni ölkədə: Ermənistan, Çexiya, Dominikan Respublikası, Lüksemburq, İslandiya və İndoneziyada COVID-19 infeksiyası aşkar edilib. Ümumilikdə 65 ölkədə xəstəlik halları qeydə alınıb.
Hazırda Cənubi Koreyada (4812), İranda (1500-dən çox) və İtaliyada (2000-dən çox) mindən çox yoluxma var. ABŞ-da xəstələrin sayı 100-ü keçib.
Ümumilikdə, epidemiya zamanı dünyada 90 926 nəfər yoluxub, 3 124 nəfər ölüb, 47 871 nəfər sağalıb.