Əməliyyat qərargahı qeyd edib ki, şərti ölüm nisbəti 2,46% təşkil edir, yekun rəqəmlər yalnız epidemiya bitdikdən sonra müəyyən edilə bilər.
Rusiya şəhərləri arasında koronavirus infeksiyasından ölüm üzrə antirekord Moskvada qeydə alınıb, burada bir gündə 114 nəfər, Sankt-Peterburqda isə 99 nəfər ölüb. Eyni zamanda, bu şəhərlərdə ölüm göstəricisi iyun ayı ilə müqayisədə bir qədər azalıb: iyunun 28-də paytaxtda 124, Sankt-Peterburqda isə 119 xəstə dünyasını dəyişib.
Beləliklə, Rusiyada SARS-CoV-2 deltasının yeni variantının yayılması ilə bağlı epidemiyanın “üçüncü dalğası” gec başladığı regionlar səbəbindən COVID-19-dan ölüm nisbəti artır. İrkutsk vilayətində 33, Nijni Novqorod vilayətində 26, Buryatiyada 24, Krasnodar vilayətində 23 ölüm hadisəsi qeydə alınıb.
Rusiyada son 24 saat ərzində 23 378 yeni koronavirusa yoluxma faktı aşkarlanıb. Ən çox yoluxanlar Moskva (5498 hadisə), Moskva vilayəti (2536) və Sankt-Peterburqda (1869) qeydə alınıb.
Ümumilikdə, Rusiyada pandemiya zamanı, rəsmi məlumatlara görə, 5,6 milyondan çox yoluxma aşkarlanıb, 139,3 mindən çox insan ölüb.