Böyüklər adətən uşaqların səhər yeməyi yeməsinə əmin olurlar. Lakin onlar özləri də tez-tez bu yeməyi atlayırlar. Elmi sübutlar bunun sağlamlığa zərərli ola biləcəyini göstərir. Əvvəlki araşdırmalar göstərib ki, müntəzəm olaraq səhər yeməyi yeyən insanlar səhər yeməyini atlayanlara nisbətən daha çox zəruri vitamin və minerallar alır və bu maddələrin çatışmazlığı xroniki xəstəliklərin inkişafına və ya kəskinləşməsinə səbəb ola bilər.
Yeni araşdırmada müəlliflər 30 000-dən çox ABŞ sakininin məlumatlarını təhlil ediblər. Onlar səhər yeməyi yeyən insanların onu atlayanlarla müqayisədə nə qədər qida və enerji aldığını qiymətləndirməyi hədəfləyiblər. Onlar həmçinin insanların pəhrizlərinin ümumi keyfiyyətini təhlil ediblər.
Alimlər araşdırmaları üçün illik Milli Sağlamlıq və Qidalanma Müayinə Sorğusundan məlumat götürüblər. Hər il orada 5 minə yaxın insan iştirak edir. Respondentlər qidalanmaları barədə ətraflı məlumat verir, müxtəlif tibbi müayinələrdən keçirlər. Müəlliflər iştirakçıların qəbul etdiyi müxtəlif qida maddələrinin miqdarını hesablayıb və onları ABŞ Qida Təlimatlarında tövsiyə olunan gündəlik qəbullarla müqayisə ediblər.
Tədqiqat müəyyən edib ki, müntəzəm olaraq səhər yeməyi yeməyən insanlar süddən daha az kalsium, meyvələrdən C vitamini, zənginləşdirilmiş taxıllardan lif və minerallar alırlar. Bundan əlavə, səhər yeməyini atlayanlar çox vaxt kifayət qədər dəmir, kalsium, fol turşusu, B1, B2, B3, C və D vitaminləri almırlar. Digər yeməklərdə də bu qidaları kifayət qədər almadıqları ortaya çıxdı.
Araşdırmanın əsas nəticələri haqqında Ohayo Dövlət Universitetinin professoru və tədqiqatın həmmüəllifi Kristofer Taylor, “Bu, müəyyən qida maddələrinin qəbulunda boşluq yaradır” dedi: “Biz aşkar etdik ki, əgər siz normal olaraq səhər yeməyinizdə yediyiniz qidaları yeməsəniz, günün qalan hissəsi üçün də yeməyəcəksiniz. “Bu, müəyyən qida maddələrinin qəbulunda boşluq yaradır”.
Alimlər yazır: “Səhər yeməyi sonrakı yeməklərdə yediyimiz qidalarda zəif olan vacib mikroelementləri əldə etmək üçün unikal imkandır”.
Səhər yeməyini atlayan insanların ümumi pəhriz keyfiyyəti aşağı idi. Onlar daha çox şəkər, karbohidrat və yağ əlavə edirdilər. Bu, əsas yeməklər arasında tez-tez qəlyanaltılara müraciət etmələri ilə əlaqədar idi.