JAMA Cardiology jurnalında dərc olunan araşdırmaya görə, insanlar nə qədər uzun müddət sağlam həyat tərzi keçirsələr, onların sonrakı diabet, hipertoniya, xroniki böyrək xəstəlikləri, ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riskləri bir o qədər az olar.
Boston Universitetinin Tibb fakültəsinin alimləri 1445 orta yaşlı insanın məlumatlarını təhlil ediblər. Xəstələrin sağlam həyat tərzi pəhriz, fiziki aktivlik, çəki, siqaret, qan təzyiqi, qlükoza və xolesterin səviyyələrini nəzərə alan standart testdən istifadə etməklə qiymətləndirilib.
Tədqiqatçılar hər beş ildən bir sağlam həyat tərzinin aşağıdakıların azalması ilə əlaqəli olduğunu müəyyən etdilər:
· hipertansiyonun inkişaf ehtimalı – 33%;
· şəkərli diabet, xroniki böyrək xəstəliyi və ya ürək-damar xəstəlikləri – 25%;
· bütün səbəblərdən ölümlər – 14%.
Tədqiqatın həmmüəllifi Vanessa Xanthakis yekunlaşdırdı: "Ümumiyyətlə, əldə etdiyimiz tapıntılar həyat boyu sağlam davranışların təşviq edilməsinin vacibliyini vurğulayır".