Təcili tibbi yardım: 103
Hekiminiz

Tibbi ensiklopediya

Xəstəliklər Ensiklopediyası

Simptomlar, diaqnostika və müalicə haqqında yoxlanılmış məlumat. Hazırda 63 material.

Onkoloji xəstəliklər

Meqasistis (döldə)

Dölün meqasistisi (sinonimi Meqalosistis) ultrasəs müayinəsi zamanı anormal dərəcədə böyük və ya şişmiş sidik kisəsinin görünməsidir. Bu hal, əsasən hamilə qadınlarda oliqohidramniosun olması ilə müşayiət olunur. Anadangəlmə posterior uretra qapağı sindromu olan şəxslərdə də bu vəziyyətə tez-tez rast gəlinir (57%). Meqasistis halların yarısından çoxu fetal ölümlə nəticələnir.

Ətraflı oxu →
Onkoloji xəstəliklər

Meymunçiçəyi

Mpox (meymunçiçəyi kimi də tanınır) — insanların və digər heyvanların yoluxa biləcəyi infeksion virus xəstəliyi. Simptomlarına qabarcıqlar əmələ gətirən və sonra qabıq bağlayan səpgilər, qızdırma və şişmiş limfa düyünləri daxildir. Xəstəlik adətən yüngül keçir və yoluxmuş şəxslərin əksəriyyəti müalicə olunmadan bir neçə həftə ərzində sağalır. Məruz qaldıqdan sonra simptomların yaranmasına qədər olan müddət beş ilə iyirmi bir gün arasında dəyişir və simptomlar adətən iki-dörd həftə davam edir. Bununla belə, xüsusilə uşaqlarda, hamilə qadınlarda və ya immun sistemi zəif olan insanlarda hallar...

Ətraflı oxu →
Qadın xəstəlikləri və ginekologiya

Nimfomaniya

Nimfomaniya (yun. νύμφη (nymphe) — gəlin, μανία (mania) — ehtiras, dəlilik; lat. nymphomania) — qadınlarda həddindən artıq cinsi əlaqə hərisliyi, hipersekssuallıqla özünü büruzə verən patoloji hal ya xəstəlik. Bu haldan əziyyət çəkən qadınlar nimfomanlar adlanılırlar. Bəzən bu termindən cəmiyyət arasında bu və ya digər qadının normadan kənar seksual davranışlarına işarə olaraq işlədilir. Nimfomaniya halı bəzən Histeriya (yun. ὑστέρα (hystera) — "quduz uşaqlıq") ilə eyniləşdirilir. Nimfomanlarda hədsiz, idarəolunmaz dərəcədə müxtəlif partnyorlarla cinsi əlaqəyə girmək hərisliyi mövcud olur....

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Patau sindromu

Patau sindromu və ya Trisomiya 13 xromosom anamaliyasıdır. Trisomiya 13 sindromunda hüceyrələrdə 13-cü xromosom cütündə 2 xromosom yerinə 3 xromosom olur. 13-cü xromosom aşağıdakı xüsusiyyətlərə görə fərqlənir. Bu xüsusiyyətlərin birləşməsi Trisom 13 sindromuna tutulmuş uşaqlarda müəyyən problemlərə yol açır. Hərtərəfli əqli yubanma Qeyri-adi kiçik gözlər İnkişaf gecikməsi Dovşan dodaqlılıq - yuxarı dodaqda qeyri-adi yarıq Damaqda yarıq Əlavə əl vəya ayaq barmaqlarının olması 13-cü xromosom uşağın normal inkişafını pozur, yəni uşağın ürəyində, böyrəyində deffektlər əmələ gəlir. Ayrılmamaqla...

Ətraflı oxu →
Endokrin xəstəliklər

Prader-Villi sindromu

Prader-Villi sindromu — 15-ci xromosomdakı bəzi genlərin funksiyasını itirməsindən yaranan genetik bir xəstəlik. Yeni doğulmuş uşaqlarda simptomlara əzələ zəifliyi, zəif qidalanma və yavaş inkişaf daxildir. Uşaqlıqdan bu xəstəliyə tutulmuş insanlar daimi bir aclıq yaşayırlar, bu da tez-tez piylənməyə və tip 2 diabetə səbəb olur. Bu xəstəliyə malik olan insanlarda yüngül və orta dərəcədə zəka qüsurları və davranış problemləri də geniş yayılmışdır. Çox vaxt bu xəstəliyə məruz qalmış insanlar dar bir alına, kiçik qollara və ayaqlara, qısa boya və açıq dəri və saç rənginə malik olurlar. Onların...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Prostat xərçəngi

Prostat vəzinin xərçəngi — bədxassəli şiş. Dünyada prostat vəzinin xərçəngi ilə xəstələnmə halları xüsusən yaşlı kişilər arasında ilbəil artmaqda davam edir. Hazırkı dövrə qədər, xəstəliyin əmələgəlmə səbəbləri, hələ də dəqiq şəkildə müəyyən edilməmişdir. Həkimlər xəstəliyin əmələ gəlməsində bir sıra əsas risk (təhlükə) faktorlarının olduğunu qeyd edirlər: — yaş faktoru; ən əsas faktor hesab edilir; kişinin yaşı nə qədər çox olarsa, prostat vəzinin xərçənginin inkişaf etməsi təhlükəsi bir o qədər də artmış olur; — kişi cinsiyyət üzvlərinin uzun müddət ərzində mövcud olan müxtəlif iltihabi v...

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Qərbi Nil qızdırması

Qərbi Nil qızdırması — adətən ağcaqanadlarla yayılan Qərbi Nil virusunun səbəb olduğu infeksiya. Yoluxan insanların təqribən 80%-də simptomlar az olur və ya heç olmur. Təxminən 20%-də isə qızdırma, baş ağrısı, qusma və səpgilər müşahidə olunur. 1%-dən az insanlarda ensefalit və ya meningit baş verir, buna boyun sərtliyi, bulanıq şüur və ya epileptik tutmalar da daxildir. Sağalmaq həftələrdən aylara qədər çəkə bilər. Nerv sisteminə təsir edənlərdə ölüm riski təxminən 10 faizdir. Qərbi Nil virusu adətən yoluxmuş quşlarla qidalanan və tez-tez xəstəlik daşıyıcısı olan ağcaqanadlar tərəfindən ya...

Ətraflı oxu →
Qadın xəstəlikləri və ginekologiya

Rektosele

Rektosele — düz bağırsağın uşaqlıq yoluna tərəf qabarmasıdır. Düz bağırsağın divarı incəlir və o, defekasiya (gücənmə) zamanı uşaqlıq yolunu qabardır. Adətən qadınlarda müşahidə olunur.

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Rektovaginal fistul

Rektovaginal fistul — doğuş, travma və ya digər səbəblərdən düz bağırsaq və uşaqlıq yolu arasında yaranan patoloji əlaqədir.

Ətraflı oxu →
Sinir sistemi xəstəlikləri

Rett sindromu

Rett sindromu (ing. Rett syndrome) - ağır dərəcəli əqli geriliyə səbəb olan irsi psixonevroloji xəstəlik olub, 1:10000 - 1:15000 nisbətində qız uşaqlarında rast gəlinir. Xəstəlik ilk dəfə 1966-cı ildə avstriyalı nevroloq Andreas Rett tərəfindən təsvir edilmişdir. 6-18 aya qədər uşağın inkişafı normal şəkildə davam edir, lakin sonra qız qazanılmış nitq, motor və mövzu-rol bacarıqlarını itirməyə başlayır. Bu vəziyyətin xarakterik xüsusiyyətləri məqsədyönlü olmayan əllərin stereotipik, monoton hərəkətləri, sürtünmə, sıxmadır. Bu zaman nitq çətinləşir, cavablar monoton və ya exolalik olur. Bəzi...

Ətraflı oxu →
Ürək-damar xəstəlikləri

Sarkoma

Sarkoma — bədxassəli şişdir, mezenximal (birləşdirici toxuma) mənşəli hüceyrələrdən yaranan xərçəng növüdür. Birləşdirici toxuma sümük, qığırdaq, əzələ, yağ, damar və ya digər struktur toxumaları əhatə edən geniş bir termindir və sarkomalar bu toxumaların hər hansı birində yarana bilər. Nəticədə, şişin yarandığı xüsusi toxuma və hüceyrə növünə görə təsnif edilən sarkomanın bir çox alt növləri var. Sarkomalar ilkin birləşdirici toxuma şişləridir, yəni birləşdirici toxumalarda yaranır. Bu, bədənin başqa yerindən (məsələn, ağciyər, döş toxuması və ya prostat vəzi) xərçəngin birləşdirici toxuma...

Ətraflı oxu →
Uroloji xəstəliklər

Sistosele

Sistosele — Qarının alt divarını təşkil edən əzələ və fassiyaların zəifləməsi nəticəsində sidik kisəsinin uşaqlıq yoluna doğru qabarmasıdır. Yüngül dərəcəli sistosele zamanı xəstələrin şikayətləri olmur. Tez-tez sidik qaçırma, usaqlıq yolundan sallanan sidik kisəsinin əllənməsi əsas şikayətlərdir.

Ətraflı oxu →
Qadın xəstəlikləri və ginekologiya

Şixan sindromu

Şixan sindromu ― (ing. Sheehan's syndrome) doğuşdan sonrakı (postpartum) hipofiz nekrozudur. Hamiləlik müddətində həcmi və metabolik ehtiyacı artdığı üçün hipofiz hipoksiyaya daha həssas olur. Doğum əsnasında həddən artıq qanaması olan qadında hipofiz postpartum nekrozu və buna bağlı hipofiz çatışmazlığı əmələ gəlir. İlk əlamətlər doğum sonrası laktasiyanın olmaması (prolaktin səviyyəsi aşağı olur) və menstural tsiklin təkrar başlamamasıdır. MRT-də nekroz kimi görüntülənir.

Ətraflı oxu →
Qadın xəstəlikləri və ginekologiya

Skrofula

Skrofula və ya skrofuloz — bu xəstəliyin köhnəlmiş adıdır. Müasir dövrdə isə eksudativ diatez və ya xarici vərəm (dərinin, selikli qişaların və limfa düyünlərinin) kimi tanınır. Tibbi diaqnostika üsullarının inkişaf etməməsi səbəbindən dəri, üz, boyun və hətta gözlərin zədələnməsi ilə əlaqəli müxtəlif xəstəliklər əvvəllər skrofula ilə səhv salınırdı. Hal-hazırda, tibbi, sanitar və gigiyenik tədbirlərin daha da yaxşılaşdırılması ilə əlaqədar olaraq skrofuloz xəstəliyinə olduqca nadir (ən çox uşaqlıq və yeniyetməlik dövründə) rast gəlinir. Xəstəliyin tarixi çox qədim dövrlərə təsadüf edir. Or...

Ətraflı oxu →
Mədə-bağırsaq xəstəlikləri

Sonsuzluq (biologiya)

Biologiyada sonsuzluq — bitki və heyvanların cinsi yolla çoxalma qabiliyyətinin itirilməsi. Tibbdə sonsuzluq və ya qısırlıq (infertillik) (lat. Sterilitas) — reproduktiv yaşda olan cütlüyün müntəzəm cinsi fəaliyyətlə uşaq dünyaya gətirə bilməməsi. Əgər qadın kontraseptivlərdən və üsullardan istifadə etmədən müntəzəm cinsi əlaqədə olduqda (həftədə ən azı 2 dəfə cinsi əlaqə) bir il ərzində hamilə qalmazsa, ər-arvad sonsuz hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, "…evli cütlüklərin təxminən 8%-i həyatın reproduktiv dövründə sonsuzluq problemi ilə üzləşir".

Ətraflı oxu →
Qadın xəstəlikləri və ginekologiya

Sosial media asılılığı

Sosial media asılılığı — şəxsi, sosial və ya peşə fəaliyyətində əhəmiyyətli mənfi nəticələrə baxmayaraq davam edən sosial medianın həddindən artıq və ya nəzarətsiz istifadəsi kimi təsvir edilə bilən davranış asılılığının bir forması. Sosial mediadan ifrat istifadə gözlərdə qıcıqlanma və görmə qabiliyyətinin azalması, beyin funksiyalarının zəifləməsi, qamətdə əyilmələr, psixoloji problemlərin yaranması və digər arzuolunmaz halların yaranması ilə müşahidə olunur. Dünya üzrə mütəxəssislərin, xüsusən də JAMAPediatrics jurnalının redaktoru professor Dimitri Christiakisin fikrincə, "hələ rəsmi ol...

Ətraflı oxu →
Qadın xəstəlikləri və ginekologiya

Spontan abort

Spontan abort, uşaq salma, uşaq itirmə və ya hamiləliyin erkən itirilməsi — hamiləliyin özbaşına, patoloji şəkildə yarımçıq dayanması prosesi və ya dölün ana orqanizmi xaricində yaşamaq üçün yetkinliyə çatmadan bədəndən xaric olunması. Hamiləliyin 20-ci həftəsinədək və ya dölün çəkisi 500 qramdan az olduqda hamiləlik itkisi "spontan abort" adlanır. Bu göstəriciləri aşan hallarda isə "ölü doğum" və ya "vaxtından əvvəl doğum" terminləri işlədilir. Klinik olaraq müəyyən edilmiş hamiləliklərin təxminən 15–20%-i spontan abortla nəticələnir. Bu göstəricilər minimal hesab olunur, çünki bir çox hal...

Ətraflı oxu →
XBT-10: C50Onkoloji xəstəliklər

Süd vəzisi xərçəngi

Süd vəzisi xərçəngi qadınlarda ən çox rast gəlinən onkoloji xəstəliklərdəndir. Mamografiya skrininqi və özünümüayinə erkən aşkarlamaya kömək edir.

Ətraflı oxu →