Alimlər diabet, ürək xəstəlikləri və xərçəng olmadan daha uzun yaşamaq üçün hansı həyat tərzi faktorlarına və pis vərdişlərə diqqət etməli olduğunuzu açıqlayıb. Onlar öz işlərində siqaretdən, alkoqoldan və qeyri-sağlam qidalanmadan, həmçinin çəkiyə nəzarət və fiziki fəaliyyətdən imtina etməklə neçə il sağlam həyat əlavə edə biləcəyimizi təhlil ediblər. Araşdırmanın nəticələri BMJ -də dərc olunub.
Araşdırmanın həmmüəllifi Frank Hu deyib: “Biz aşkar etdik ki, sağlam həyat tərzinə riayət etmək insanın xəstəliksiz ömrünü əhəmiyyətli dərəcədə uzada bilər. Xüsusilə bütün beş amili müşahidə edən qadınların sağlam həyatlarına 10 il, kişilər isə demək olar ki, 8 il əlavə ediblər”.
Tədqiqatda müvafiq olaraq 28 və 34 il izlənilən 38 366 kişi və 73 196 qadın iştirak edib. Tədqiqatçılar sağlam həyat tərzinin beş amilinin təsirini qiymətləndiriblər: sağlam çəki (bədən kütləsi indeksi 25-dən aşağı), gündəlik ən azı 30 dəqiqə fiziki fəaliyyət, orta dərəcədə spirt istehlakı, yaxşı pəhriz və siqaret çəkməmək.
Əldə edilən məlumatlara görə, sadalanan bütün sağlam vərdişlərə sahib olan 50 yaşlı qadınlar bu vərdişlərə sahib olmayan qadınlardan 14 il, kişilər isə 12 il daha çox yaşayıblar.
Həyat tərzi növbəti 20-30 il ərzində dörd və ya beş sağlam vərdişdən ibarət olan qadınlar, pis vərdişlərini tərk etməyən qadınlarla müqayisədə əlavə olaraq 10,6 il xəstəliksiz yaşayıblar. Orta hesabla bu, xərçəngsiz 8 il, ürək-damar xəstəlikləri olmadan 10 il və şəkərli diabet olmadan 12 il təşkil edib. Kişilər üçün sağlam ömür uzunluğu 7,6 il artıb. Orta hesabla, xərçəngsiz 6 il, ürək xəstəliyi olmadan demək olar ki, 9 il və diabet olmadan 10 ildən çox.
Tədqiqat zamanı xərçəng diaqnozu qoyulduğu hallarda, 5 sağlam vərdişdən 4-nü tətbiq edən iştirakçılar əlavə olaraq 23 il yaşadılar. Qeyri-sağlam həyat tərzi sürməyə davam edənlər isə cəmi 11 il yaşadılar. Bənzər mənzərə ürək xəstəlikləri və şəkərli diabetdə müşahidə olunub.
“Sağlam həyat tərzi vərdişləri təkcə ömrü uzatmır, həm də həyat keyfiyyətini yaxşılaşdırır və xroniki xəstəliklərlə bağlı iztirabları azaldır. Bu vərdişləri mənimsəmək heç vaxt gec deyil” dedi Frank Hu.