Martın 16-da ABŞ-ın Sietl şəhərində COVID-19-a qarşı eksperimental peyvəndin ilk klinik sınaqları başlayıb. Agence France-Presse xəbər verir ki, ilkin olaraq onun effekti 45 iştirakçı üzərində sınaqdan keçiriləcək.
Dörd iştirakçı artıq ilk dozanı qəbul edib. Hazırda mRNA-1273 adlanan eksperimental vaksin Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu (NIAID) və Kembricdə yerləşən Moderna biotexnologiya şirkəti tərəfindən hazırlanıb.
Hər bir tədqiqat iştirakçısı altı həftə ərzində peyvəndin iki dozasını alacaq. Peyvənd və revaksinasiya arasındakı interval 28 gündür. Bundan sonra peyvənd edilmiş hər bir şəxsin sağlamlığına 14 ay ərzində nəzarət ediləcək: şəxsi səfərlər zamanı və telefonla. Alimlər insanların vaksinlərə qarşı immun reaksiyasını qan testləri əsasında qiymətləndirəcəklər.
Peyvəndin tərkibində canlı və ya inaktivləşdirilmiş virus yoxdur. Onun əsas aktiv komponenti viral messencer RNT-dir. Bədənlə qarşılıqlı əlaqə qurduqdan sonra immunitet sistemi koronavirusun hüceyrələrə yapışmasına kömək edən zülala qarşı immunitet inkişaf etdirməlidir.
Moderna əvvəllər koronavirus ailəsinin başqa bir üzvü tərəfindən törədilən Yaxın Şərq tənəffüs sindromuna qarşı peyvənd üzərində çalışmışdı. Buna görə də biz rekord müddətdə COVID-19-a qarşı ilk peyvəndin klinik sınaqlarının başlanmasına hazırlaşa bildik.