“Rossiyskaya qazeta” xəbər verir ki, “Diamond Princess” kruiz gəmisində olan iki rusiyalı Yaponiyada COVID-19 koronavirusuna yoluxub. Onlar tezliklə yerli tibb müəssisələrində xəstəxanaya yerləşdiriləcəklər.
"Yaponiyalı həkimlər tərəfindən aparılan testlər nəticəsində daha iki Rusiya vətəndaşında koronavirus aşkarlanıb. Onlar tezliklə xəstəxanaya aparılacaq və orada onlara lazımi tibbi yardım göstəriləcək", – "Rossiyskaya qazeta" Rusiyanın Yaponiyadakı səfirliyinin Facebook səhifəsindən sitat gətirir. Diplomatların sözlərinə görə, ruslar özlərini yaxşı hiss edirlər.
Gəmidəki daha 500-ə yaxın sərnişin bu gün gəmidən düşməlidir. Yaponiya hökuməti fevralın 19-da gəmidəki karantini ləğv edib.
Fevralın 17 və 18-də məlum olub ki, Diamond Princess-də ilk iki Rusiya vətəndaşı koronavirusa yoluxub.