49 ölkədə yeni koronavirus infeksiyasına yoluxma halları qeydə alınıb. Son 24 saat ərzində Belarus, Yeni Zelandiya, Litva, Hollandiya və Nigeriyada ilk yoluxma halları qeydə alınıb. Bir çox hal İran və İtaliyaya səfərlərlə bağlıdır.
Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Tedros Adhanom Ghebreyesus, "Bu virusun pandemiya potensialı var. Biz epidemiyanın ona necə reaksiya verdiyimizdən asılı olaraq hər iki istiqamətdə gedə biləcəyi həssas bir vəziyyətdəyik" dedi və əlavə etdi ki, bu, epidemiya ilə mübarizədə kritik bir məqamdır.
Avropa ölkələrində yoluxanların sayı artmaqda davam edir: İspaniyada 25, İsveçrədə 6, Fransada 38 (ikiqat), İsveçdə 7, Almaniyada 44.
Dünya üzrə ümumi yoluxma sayı 83 389 nəfərdir, 2 858 nəfər ölüb, 36 5576 nəfər sağalıb.