Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyası COVID-19-u pandemiya elan edib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə bildirib.
"Bu, təkcə sağlamlıq böhranı deyil, bu, hər sektora təsir edəcək böhrandır. Ona görə də hər bir sektor və hər bir insan mübarizədə iştirak etməlidir", – ÜST-nin baş direktoru bildirib.
“Daha minlərlə insan xəstəxanalarda həyatları üçün mübarizə aparır.
Qarşıdakı günlərdə və həftələrdə #COVID19 hadisələrinin, ölənlərin sayının və təsirlənən ölkələrin sayının daha da artacağını gözləyirik"-@DrTedros #coronavirus
— Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) (@WHO) 11 mart 2020-ci il
Tedros Adhanom Ghebreyesus bütün ölkələri aşağıdakılara çağırdı:
· xəstəliyə qarşı mübarizəni gücləndirmək;
· insanlar arasında potensial risklər və xəstəlikdən qorunma yolları haqqında məlumat yaymaq;
· yoluxmuş insanları müəyyən etmək, təcrid etmək və müalicə etmək, onların təmaslarını izləmək;
· xəstəxanaların hazırlanması;
· səhiyyə işçilərini qorumaq və öyrətmək.
ÜST pandemiyanı yeni bir xəstəliyin qlobal yayılması kimi müəyyən edir. Təşkilat konkret kəmiyyət tərifləri vermir. Çox vaxt bu termin qripin müxtəlif suşları üçün istifadə edilmişdir. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri bildirir ki, pandemiya virusların dünyanın bir çox yerlərində “insanlara asanlıqla yoluxa bildiyi və insandan insana effektiv şəkildə yayıldığı” zamandır.