Avstraliyalı alimlər bitki mənşəli vasitələrin artıq çəki ilə mübarizədə effektiv kömək edə biləcəyinə dair kifayət qədər sübut tapmayıblar. Diabetes, Obesity & Metabolism jurnalında 19 illik məlumatları qiymətləndirən böyük bir araşdırma dərc edildi.
Sidney Universitetinin professoru və tədqiqatın aparıcı müəllifi Dr Nick Fuller bildirib ki, dünyada piylənmə nisbətləri artdıqca, daha çox insan arıqlamaq üçün alternativ həll yollarına müraciət edir.
"Əlavələrlə bağlı problem odur ki, onlar dərman deyillər və satılmaq üçün effektivliyin sübutunu tələb etmirlər" dedi.
Alimlər artıq çəki ilə mübarizədə bitki mənşəli vasitələri plasebo ilə müqayisə edən 54 araşdırmanı nəzərdən keçiriblər. Onların arasında yaşıl çay, efedra, lobya, qarsiniya və başqalarının ekstraktları var idi. Bəzi tədqiqatlar bitki ekstraktlarının bəzi effektivliyini göstərmişdir. Lakin onların təsiri o qədər kiçik (2,5 kiloqramdan az) idi ki, bunu statistik cəhətdən əhəmiyyətli hesab etmək mümkün deyildi.
Müəlliflər bioaktiv əlavələrin yüksək qiymətinin tamamilə əsassız olduğunu vurğuladılar.
"Bu məhsulların istehsalının və populyarlığının artması onların çəki itirmək üçün effektivliyi və təhlükəsizliyi ilə bağlı daha yaxşı araşdırmaların aparılmasının vacibliyini vurğulayır" dedi Dr.Fuller.