Məlumdur ki, fiziki fəaliyyət sağlamlığın yaxşılaşdırılması və qorunmasında əsas rol oynayır. Bununla belə, məhdud hərəkətliliyi olan insanlar üçün müntəzəm məşq etmək asan bir iş deyil. Kaliforniyadakı Salk Bioloji Tədqiqatlar İnstitutunun alimləri normal olaraq qaçmaqla stimullaşdırılan geni aktivləşdirən kimyəvi maddə aşkar ediblər. Tədqiqat Cell Metabolism jurnalında dərc olunub.
Oturaq siçanlarda PPAR delta (PPARD) adlanan bu geni aktivləşdirərək, alimlər aerobik məşqlərin faydalarını – artan dözümlülüyü və yağ yandırmasını təqlid edə bildilər. Tədqiqatın rəhbəri Ronald Evans və həmkarları deyirlər ki, onların tapıntıları “idman həbi”nin – məşqin faydalarını təqlid edən dərmanın – reallığa daha da yaxınlaşdırıb.
Mövcud elm, böyüklərə ümumi sağlamlığı və fiziki hazırlığı yaxşılaşdırmaq üçün həftədə ən azı 150 dəqiqə orta intensivlikdə aerobik məşq və ya 75 dəqiqə güclü intensivlikdə məşq etməyi tövsiyə edir. Əsasən insanlar motivasiyaları olmadığı üçün bunu etmirlər, lakin elələri də var – yaşlı insanlar və ya hərəkətlilik problemi olan insanlar – ümumiyyətlə idmanla məşğul ola bilmirlər.
Alimlər PPARD geninin siçanlarda GW1516 adlı kimyəvi maddə ilə aktivləşdiyini aşkar ediblər. Alimlər bu maddənin bir dozasını iki ay oturaq siçanlara verdilər və sonra gəmiriciləri bir növ qaçış bandında sınaqdan keçirdilər. Siçanlar GW1516 verilməyən gəmiricilərdən 70% daha uzun hərəkət edə bildilər.
Alimlər etiraf edirlər ki, əldə etdikləri tapıntılar aerobik hazırlığını yaxşılaşdırmaq istəyən idmançılar tərəfindən istifadə edilə bilər, lakin onların fiziki fəaliyyət çatışmazlığından xroniki xəstəlik riskini azaltmaqla məşq edə bilməyənlərə də fayda verə biləcəyini söyləyirlər. “İdman demək olar ki, hər kəs üçün faydalıdır. Araşdırmalarımızdan sonra biz fitnesin faydalarını təmin edəcək və insanlara kömək edəcək bir dərman hazırlamaq barədə düşünməyə başlaya bilərik. “Potensial mahiyyət etibarilə qeyri-məhduddur” deyə Evans şərh edir.