Tədqiqatda elm adamları təxminən 20 il ərzində 495 iştirakçını (90% kişi) izləyib. Onlar müəyyən ediblər ki, infarktdan sonrakı 6 ay ərzində cinsi həyat intensivliyi dəyişməyib, ölüm riski “yavaşlayan”larla müqayisədə 35% azdır.
Təl-Əviv Universitetinin professoru Yariv Gerber, “Seksuallıq və cinsi fəaliyyət sağlamlığın göstəriciləridir. “İnfarktdan dərhal sonra cinsi fəaliyyətin bərpası kiminsə özünü sağlam, işlək və enerjili qəbul etməsinin bir hissəsi ola bilər” dedi.
Alimlər bir tərəfdən cinsi əlaqə zamanı kimi qəfil fiziki gərginliyin infarkt keçirməsinə səbəb ola biləcəyinə diqqət çəkirlər. Digər tərəfdən, fiziki fəaliyyətlə uzun müddətli ürək problemləri riski azalır. Tədqiqatın müəlliflərinin fikrincə, ürək problemləri çox vaxt cinsi fəaliyyətin “təcrid olunmuş” partlayışlarından qaynaqlanır. Daimi aktiv olan insanlarda risk daha azdır.
Alimlər cinsi fəaliyyətinin intensivliyini dəyişən və ya dəyişməyən xəstələrin sağ qalma nisbətlərini müqayisə etdikdə maraqlı bir fenomen aşkar etdilər. Məlum olub ki, müntəzəm cinsi əlaqədə olan insanlar, əsasən, ürək-damar xəstəlikləri ilə əlaqəli olmayan ölüm hallarının azalması səbəbindən daha uzun yaşayırlar. Onlar xərçəng və digər xroniki xəstəliklərdən daha az ölüblər.
CNN-ə verdiyi şərhdə Gerber, bir mildən çox məsafəni asanlıqla yeriyə bilən, pilləkənlərlə qalxıb-enə bilən, qaçan insanların infarktdan sonra təhlükəsiz cinsi əlaqədə ola biləcəyini söylədi. Bununla belə, o xəbərdarlıq edir ki, infarktın nəticələri ürək çatışmazlığı və anormal ürək ritmləri də daxil olmaqla təhlükəli ola bilər. Buna görə də cinsi fəaliyyətin bərpası məsələsini həkimlə müzakirə etmək daha yaxşıdır.
Gerberin fikrincə, cinsi fəaliyyət daha yaxşı sağalmanın göstəricisidir, çünki bu, yaxşı fiziki hazırlıq, tərəfdaşla yaxşı münasibət və ciddi xəstəliyin şokundan xilas olmaq üçün psixoloji qabiliyyəti göstərir.