Əgər gənc analar körpələrini ən azı bir neçə ay ana südü ilə qidalandırırlarsa, sonrakı yaşlarda yumurtalıq xərçənginə tutulma riski daha az olur. Bu , JAMA Oncology jurnalında dərc olunan tədqiqatların icmalı ilə göstərilib.
Tədqiqatçılar təxminən 10.000 yumurtalıq xərçəngi hadisəsi və nəzarət qrupunda 15.000-ə yaxın sağlam qadını əhatə edən 13 tədqiqatın məlumatlarını təhlil etdilər.
Məlum olub ki, orta hesabla istənilən uzunluqda ana südü ilə qidalanma yumurtalıq xərçəngi riskini ümumiyyətlə ana südü ilə qidalanmamaqla müqayisədə 24% azaldır. Alimlər bildirirlər ki, ən aqressiv xərçənglərin inkişaf ehtimalı ən əhəmiyyətli dərəcədə azalıb.
Alimlər ana südü ilə qidalanma müddəti nə qədər uzun olarsa, yumurtalıq xərçəngi riskinin də bir o qədər az olduğunu müəyyən ediblər. Bir aydan üç aya qədər qidalanma zamanı 18%, bir ildən sonra isə 34% azalıb. Bu əlaqə onilliklər boyu davam etdi.
Alimlər bildirirlər ki, ana südü ilə qidalanma ilə yumurtalıq xərçəngi riskinin azalması arasında əlaqənin səbəbi hələ də məlum deyil.