Müxtəlif yaş qruplarında miokard infarktı ilə əlaqədar xəstəxanaya yerləşdirmə tezliyindəki dəyişikliklərin dinamikasını qiymətləndirmək üçün Oksford Universitetinin rəhbərlik etdiyi beynəlxalq tədqiqatçılar qrupu 1968-2016-cı illərdə İngiltərədəki xəstəxanaların məlumatlarından istifadə edib.
Tədqiqata ümumilikdə 3,5 milyon hadisə daxil edilib, xəstələrin 68%-i kişilər olub. Kişilərdə qeydə alınan infarktların təxminən yarısı (48%), qadınlarda isə 71%-i 65 yaşdan yuxarı xəstələrdə baş verib. Müşahidə dövrünün əvvəlində xəstəxanaya yerləşdirilmələrin sayı durmadan artaraq 1980-ci illərin ortalarında pik həddə çatmış, sonra isə 2011-ci ilə qədər tədricən azalmışdır. İstisnalar 35-49 yaşlı gənc qadınlar və 15-34 yaşlı kişilər idi; bu yaş qruplarında göstəricilərdə cüzi artım qeydə alınıb.
Lakin 2012-ci ildən hər iki cinsdən infarkt keçirən xəstələrin sayı yenidən artmağa başlayıb. Bundan əlavə, alimlər 15-34 yaşlı kişi xəstələrdə (ildə 7,2% artım) və 40-49 yaşlı qadınlarda (ildə 6,9-7,3%) ən nəzərəçarpacaq artımı aşkar ediblər.
Elm adamları bu fenomenin mümkün izahının İngiltərədəki xəstəxanalarda daha həssas diaqnostik testlərin tətbiqi ola biləcəyini söyləyirlər, lakin əhəmiyyətli artımın digər ciddi amillərlə də əlaqəli olacağı ehtimal edilir.
“Gənc qadınlar və kişilər arasında miokard infarktı üçün xəstəxanaya yerləşdirmələrin artması böyük narahatlıq doğurur. İlkin profilaktika qaydalarına ürək-damar xəstəliklərinin yalnız kişilərin və yaşlı insanların xəstəliyi olmadığına dair vacib mesaj daxil edilməlidir”, – tədqiqat müəllifləri deyirlər.
Bundan əvvəl amerikalı alimlər 2010-cu ildən bəri gənc qadınlar arasında ürək xəstəliklərindən ölüm hallarının əhəmiyyətli dərəcədə artdığını bildirmişdilər.Qadınlarda ürək problemlərinin əksəriyyətinin menopozun başlanğıcı ilə baş verdiyinə dair məşhur inancın əksinə olaraq, təhlillər göstərdi ki, xəstələrin ən azı üçdə birində 65 yaşından əvvəl yaxşı inkişaf edib.
Araşdırmanın aparıcı müəllifi Cons Hopkins Universitetinin doktoru Erin Michos deyir ki, bu həyəcanverici tendensiya əsasən qadınların öz ailə üzvlərinin sağlamlığına daha çox diqqət yetirmələri ilə bağlıdır.