ABŞ-da aparılan yeni bir araşdırmaya görə, yaşlılarda gündüz yuxululuğu tip 2 diabet, xərçəng və hipertoniya riskinin artması ilə əlaqələndirilir. Nəticələr 25 aprel – 1 may 2020-ci il tarixlərində Torontoda keçiriləcək Amerika Nevrologiya Akademiyasının 72-ci illik toplantısında təqdim olunacaq.
Stenford Universitetinin tədqiqatçıları araşdırmaları üçün 34%-i 65 yaşdan yuxarı olan 10 930 nəfərlə telefon müsahibəsi aparıblar. Müsahibələr üç il fasilə ilə iki dəfə aparılıb. Birinci müsahibədə 65 yaşdan yuxarı iştirakçıların 23%-i həddindən artıq yuxululuq, ikincidə 24%-i, onların 41%-i üçün yuxululuğun xroniki problem olduğunu bildirib.
Tədqiqat, ilkin telefon müsahibəsində gündüz yuxululuğunu bildirən insanların problemi olmayan iştirakçılara nisbətən üç ildən sonra diabet və ya hipertoniyaya tutulma ehtimalının 2,3 dəfə, xərçəngə tutulma ehtimalının isə iki dəfə çox olduğunu müəyyən etdi.
Amerika Nevrologiya Akademiyasının üzvü, tədqiqat müəllifi Maurice M. Ohayon deyir: “Yaşlı insanların yuxululuq probleminə diqqət yetirilməsi həkimlərə gələcək xəstəliklərin proqnozlaşdırılmasına və qarşısının alınmasına kömək edəcək. “Yaşlılar və onların ailələri daha ciddi xəstəliklərə tutulma riskini anlamaq üçün yuxu vərdişlərinə baxmaq istəyə bilərlər”.
Hər iki müsahibə zamanı gündüz yuxulu olduğunu bildirən insanların ürək xəstəliyinə tutulma ehtimalı 2,5 dəfə çox olub. Və yalnız ikinci müsahibədə yuxululuq bildirənlərin, hipersomniya olmayan iştirakçılarla müqayisədə əzələ-skelet sistemi və birləşdirici toxuma pozğunluqlarına (artrit, tendonit və lupus) 50% daha çox rast gəlinir.
Alimlər hipersomniyaya yeddi və ya daha çox saatlıq gecə yuxusundan sonra həddindən artıq gündüz yuxululuğu deyirlər. Tədqiqatın məhdudiyyətləri var, çünki o, xüsusi bir klinikada gecə yuxusunun və gündüz yuxusunun müddəti və keyfiyyətinə nəzarət etməkdənsə, iştirakçıların şəxsi yaddaşına əsaslanıb.