Təxminən 2438 metr yüksəklikdə uçan təyyarələr hipobarikdir, yəni kabinədəki hava təzyiqi və oksigen səviyyələri yerdəkindən daha aşağıdır. Və bu faktı alkoqol qəbulu və yuxu ilə birləşdirsəniz, elm adamlarının fikrincə, bir insanın sağlamlıq problemlərini inkişaf etdirmə ehtimalı yüksəkdir.
Tədqiqat üçün təyyarənin uçuşunu simulyasiya edən xüsusi atmosfer mühiti yaradılmışdır. İki gecə ərzində 48 sağlam yetkin iki fərqli şəraitdə dörd saat yatıb – bir dəfə spirtsiz və bir dəfə iki stəkan şərab və ya pivə qutusu ekvivalentində içdikdən sonra.
Araşdırma nəticəsində məlum olub ki, spirtli içki qəbul etdikdən sonra yatanlarda oksigen səviyyəsi azalıb və ürək döyüntüləri artıb.
"Alkoqol istehlakı və hipobarik şəraitdə yatmağın birləşməsi ürək sisteminə əhəmiyyətli stress yaradır və ürək və ya ağciyər xəstəliyi olan xəstələrdə simptomların kəskinləşməsinə səbəb ola bilər" dedi tədqiqatçılar.
Bundan əlavə, alimlər iştirakçıların yuxu keyfiyyətini də yaxından araşdırıblar. Tədqiqat nəticəsində məlum olub ki, REM yuxu müddəti – beynin bərpası üçün vacib ola biləcək yuxunun sürətli göz hərəkəti mərhələsi – spirtli içki qəbul edən insanlarda daha qısa olub. Alimlərin fikrincə, kəşf təəccüblü deyil. Alkoqol həqiqətən yatmağınıza kömək edə bilər, lakin yuxunun keyfiyyəti ən yaxşı olmayacaq.