Ən yaxın HəkiminizƏn yaxın HəkiminizƏn yaxın Həkiminiz
  • Ana səhifə
  • Xəstəliklər
    • Xəstəliklər A-Z
    • Xəstəliklər və müalicəsi
    • Simptomlara görə axtarış
    • Müalicə Yolları
  • Uşaqlar və Analar
    • Uşaq Sağlamlığı
    • Ginekologiya və Doğuş
    • Hamiləlik və Doğuşdan sonra
    • Pediatr tövsiyələri
    • Uşaq Ginekologiyası
  • Dərman və BAƏ
    • Dərmanlar və istifadə qaydaları A-Z
    • Bioloji Aktiv Əlavələr
  • Xəstəxanalar, Klinikalar
  • Bölmələr
    • Sağlamlıq
    • Həkim məsləhəti
    • Tibbi yeniliklər
    • Müasir Tibb
    • Epidemiya
    • Güvənli Cinsi Həyat
    • Qastroenterologiya
Bildiriş Daha Çox
Font ResizerAa
Ən yaxın HəkiminizƏn yaxın Həkiminiz
Font ResizerAa
  • Ana səhifə
  • Xəstəliklər
    • Xəstəliklər A-Z
    • Xəstəliklər və müalicəsi
    • Simptomlara görə axtarış
    • Müalicə Yolları
  • Uşaqlar və Analar
    • Uşaq Sağlamlığı
    • Ginekologiya və Doğuş
    • Hamiləlik və Doğuşdan sonra
    • Pediatr tövsiyələri
    • Uşaq Ginekologiyası
  • Dərman və BAƏ
    • Dərmanlar və istifadə qaydaları A-Z
    • Bioloji Aktiv Əlavələr
  • Xəstəxanalar, Klinikalar
  • Bölmələr
    • Sağlamlıq
    • Həkim məsləhəti
    • Tibbi yeniliklər
    • Müasir Tibb
    • Epidemiya
    • Güvənli Cinsi Həyat
    • Qastroenterologiya
Follow US
Həkim məsləhətiXəstəliklər və müalicəsi

Göbək yırtığı nə üçün yaranır, necə müalicə olunur?

hekiminiz.az
Yenilənib: 01 İyul 2025 01:12
Müəllif hekiminiz.az
Paylaş
3 Dəq. oxunma vaxtı
Paylaş

Əhalidə rast gəlmə tezliyi 2-4% olan yırtıq, həyat keyfiyyətini aşağı salan, iş qabiliyyətini azaldan və bəzən həyati təhlükə yaradan ciddi bir xəstəlikdir.

Mündəricat
Göbək yırtığı nədir?Göbək yırtığı hansı səbəblərdən yaranır?Göbək yırtığının əlamətləriGöbək yırtığının müalicəsi

Yırtıq — bədənin daxilində yerləşən bir orqanın və ya toxumanın, özünün yerləşdiyi bədən bölgəsindəki zəif nöqtədən çölə çıxması halıdır. Bu, həm anadangəlmə, həm də sonradan qazanılmış ola bilər. Ən çox rast gəlinən yırtıq növü qasıq yırtığıdır. Bundan əlavə, göbək yırtığı, epigastrik bölgə yırtığı, çox nadir hallarda isə yan və arxa qarın divarı yırtıqları da müşahidə oluna bilər. Eyni zamanda, mədə kimi daxili orqanlarda da yırtıqlar ola bilər.

Göbək yırtığı nədir?

Göbək çuxurunun içindən və ya yaxınlığında yerləşən bir nöqtədən çölə çıxan göbək yırtığı, fındıq böyüklüyündən portağal böyüklüyünə qədər ola bilər. Bu xəstəlik qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir və əsasən hamiləlik dövründə ortaya çıxır. Normalda göbək dəliyi içəriyə doğru olur, lakin yırtıq baş verdikdə, çölə doğru şiş və qabarıq bir formalaşma əmələ gəlir. Hamiləlikdən sonra yoxa çıxa bildiyi kimi, bəzən də qalır. Qarın yırtığı kimi də tanınan göbək yırtığı, aktiv şəkildə idman edən insanlarda da daha çox rast gəlinir.

Göbək yırtığı hansı səbəblərdən yaranır?

Göbək yırtığının çıxdığı yer, ana ilə körpə arasında qan dövranını təmin edən kordonun körpənin qarın divarına daxil olduğu, yəni göbək dəliyinin tam içidir. Doğuşdan bir neçə gün sonra göbək bağı düşür və bu hissə tamamilə bağlanır. Körpəlik dövründə bu hissənin tam bağlanmaması uşaqda qarın yırtığının yaranmasına səbəb olur. Böyüklərdə isə qarın içi təzyiqin kəskin artması göbək yırtığının əsas səbəbidir. Həddindən artıq sıxılma, artıq çəki, oturub-qalxma zamanı diqqətsizlik, ani və tez hərəkətlər, yüksək təzyiq, bel nahiyəsinə artıq yük düşməsi, ağır yük qaldırmaq, sirroz xəstəliyi, qəbizlik, prostat və hamiləlik dövründə yaşanan bəzi çətinliklər göbək yırtığının əsas səbəbləri sırasındadır.

Göbək yırtığının əlamətləri

Göbək yırtığının ən əsas əlaməti göbək nahiyəsində çölə doğru olan şiş və forma pozuntusudur. Şişkin bölgənin ətrafında təzyiq hissi və ağrı da yırtığın əlamətləri arasındadır. Fiziki aktivlik zamanı xəstənin şikayətləri artır. Göbək yırtığı içində, adətən, incə bağırsaq və qarın daxili yağ toxuması olur. Göbəkdəki şişin içəriyə itələnməməsi, ürəkbulanma, qusma və qəbizlik kimi hallar isə təcili tibbi yardım tələb edən vəziyyətlərdir. Bu əlamətlər, yırtıq dəliyindən çıxan orqanların sıxışması və bu səbəbdən qan dövranının pozulması və toxuma zədələnməsi ilə bağlıdır. Belə hallarda xəstə vaxt itirmədən cərrahi müdaxilə olunmalıdır.

Göbək yırtığının müalicəsi

Göbək yırtığının yeganə müalicə üsulu əməliyyatdır. Vaxt keçdikcə böyüyən göbək yırtığı ciddi problemlərə səbəb ola bilər. Erkən mərhələdə cərrahi müdaxilə əməliyyatın uğur şansını xeyli artırır. Yırtıq əməliyyatı açıq və ya laparoskopik üsulla aparıla bilər. Əməliyyata qədər keçən müddətdə xəstənin ağrılarının azalması üçün göbək yırtığı üçün xüsusi korset istifadə olunması tövsiyə edilir.

Bu Yazını Paylaş
Facebook Whatsapp Whatsapp Copy Link Print
Paylaş
Şərh edilməmiş Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daimi yoqa məşqi qəfil huşunu itirmə riskini üç dəfə azaldır

Vazovagal bayılma, ürək döyüntüsünün və qan təzyiqinin qəfil azalmasından sonra baş verən…

Yuxu apnesinin müalicəsi infarkt və insult riskini 70%-dən çox azaldır

Obstruktiv yuxu apne sindromu (OSAS) insan yatarkən tez-tez tənəffüs fasilələri ilə xarakterizə…

Gənc yaşda hipertoniya beyni daraldır və demans riskini artırır

Tədqiqatçılar öz məqalələrində hipertansiyonun 45-64 yaş arası xəstələrdə daha çox rast gəlindiyini…

Panik atak: Narahat olmaq üçün 6 səbəb

Panik atak zamanı insanlar sanki ölürlər. Qəfildən başlayan güclü qorxu, sürətli ürək…

Plastilinlə modelləşdirmə və rəsm çəkmək Parkinson xəstəliyinin inkişafını ləngidir

Parkinson xəstəliyi Alzheimer xəstəliyindən sonra ikinci ən çox yayılmış neyrodegenerativ patologiyadır və…

Alimlər yay infarktlarının qışdan nə ilə fərqləndiyini izah ediblər

 

Melanomanın 5 əlaməti: niyə qışda mollarınızı yoxlamaq lazımdır

Moles melanomaya necə çevrilir: yeni bir görünüşElmi xəbərlərdən başlayaq. Kaliforniya Universiteti, Huntsman…

Bu məqalələr də maraqlıdır

giriş şəkli
Xəstəliklər və müalicəsi

Xorultuya nə səbəb olur? Xorultu nə dayandırır?

Müəllif hekiminiz.az

Qlükoza tolerantlığı testi nədir? Qlükoza tolerantlığı testi necə aparılır?

Müəllif hekiminiz.az
giriş şəkli
Xəstəliklər və müalicəsi

Oksipital lob nədir? Oksipital lobun funksiyaları hansılardır?

Müəllif hekiminiz.az
giriş şəkli
Xəstəliklər və müalicəsi

Dırnaqların qırılmasının səbəbləri nələrdir? Qırılan dırnaqlara nə yaxşıdır?

Müəllif hekiminiz.az
Facebook Twitter Pinterest Youtube Instagram
  • Ginekologiya və Doğuş
  • Hamiləlik və Doğuşdan sonra
  • Həkim məsləhəti
  • Müasir Tibb
  • Uşaq Ginekologiyası
  • Tibbi yeniliklər
  • Sağlamlıq
  • Epidemiya
  • Xəstəliklər və müalicəsi

Made by Alba Media Group. All rights reserved

Salamlar!

Hesabına daxil ol

Username or Email Address
Password

Lost your password?